Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas dövrə görə hesablanan indekslərdən istifadə edilməsi müəyyən



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə166/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   262
2-ci movzu demoqrafiya

Əsas
dövrə görə hesablanan indekslərdən istifadə edilməsi müəyyən
üstünlüyə malikdir. 
Bu, mütləq ifadədə ÜDM-i və onun tərkib hissə­
lərinin müqayisəsini həyata keçirməyə imkan verir. Lakin artıq qeyd 
olunduğu kimi, böyük struktur dəyişmələri şəraitində əsas dövrə görə 
hesablanan indekslər təhriflərə gətirib çıxara bilər. Ona görə ki, əsas 
dövrdən uzaqlaşma artdıqca məhsulların fiziki həcmi və qiymətləri ara­
sındakı əlaqə daha çox pozulur. Bununla əlaqədar olaraq əvvəlki ilin 
(dövrün) çəkiləri ilə hesablanan indekslərdən (məsələn, əvvəlki ilin 
qiymətləri ilə hesablanan fiziki həcm indeksi, yaxud da əvvəlki ilin fiziki 
həcmi ilə hesablanan qiymət indeksi) istifadə olunur.
Beləliklə, 
zəncirvarı və əsas dövrə görə hesablanan 
indekslərdən 
hansının seçilməsi məsələsində aşağıdakılara diqqət yetirmək lazımdır:
1) hər il üzrə aparılan hesablamaların daha dəqiq olmasını təmin 
etmək vəzifəsi qarşıya qoyulduqda üstünlük dəyişən çəkili zəncirvarı 
indekslərə verilməlidir;
2) uzun bir dövr üzrə indekslərin müqayisəsini təmin etmək vəzifəsi 
qarşıya qoyulduqda isə əsas dövrə görə hesablanan sabit çəkili indekslərə 
üstünlük verilməlidir.
9.7. Ümumi daxili məhsulun sabit qiymətlərlə hesablanması
metodları
Ümumi daxili məhsulun sabit qiymətlərlə hesablanması əslində onun 
cari qiymətlərlə ayrı-ayrı tərkib hissələrinə bölünməsini nəzərdə tutur. 
Burada məqsəd ÜDM-i və onun tərkib hissələrini əsas dövrün (ilin) 
qiymətləri ilə qiymətləndirməkdən ibarətdir. Bu isə iki metodla həyata 
keçirilir. 
Bunlardan biri deflyasiya, digəri isə ekstrapolyasiya meto­
dudur. 
Bəzi hallarda isə birbaşa və xərc maddələri üzrə yenidən- 
qiymətləndirmə metodlarından istifadə olunur.
Deflyasiya metodunda əmtəə və xidmətlərin cari dövrdəki dəyəri 
(p ı q ı) bu məhsulların qiymətlərinin əsas dövrə nisbətən cari dövrdə 
dəyişməsini ifadə edən indeksə bölməklə aşağıdakı kimi hesablana bilər:
r n n _ Z 4 ıP ı
Zİ^ıPo - |
»

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin