B) 0,57
C) 1,25
D) 1,05
E) 0,25
1334) Rentgenoloji müayinə zamanı plyonkada ağız boşluğunun bəzi anatomik
strukturlarının öz real ölçülərindən böyük düşməsinin səbəbi nədir?
A) Rentgen şüalarının müxtəlif sıxlıqlı toxumalardan müxtəlif intensivlikdə keçməsi
B) Rentgen şüalarının 45 dərəcə bucaq altında sınması
C) Rentgen şüalarının düz istiqamətli-xətti olması
D) Rentgen şüalarının sərt toxumalardan keçə bilməməsi
E) Rentgen şülarının fraksiyalara ayrılması
1335) Stomatoloji praktikada rentgen şəkillərində sərt toxumanın destruksiyası
ilə əlaqədar baş verən patoloji dəyişikliklər ... görüntü adlanır. (Nöqtələrin
yerinə uyğun termini qoyun).
A) Radioopak
B) Radiolusent
C) Ultralusent
D) Ultraopak
E) Nərdivanvari
1336) Kalsium hidroksid tərkibli müalicəvi araqatların təsiri ilə dentinin əmələ
gəlməsi zamanı sərf olunan Kalsium elementi hardan təmin edilir?
A) Pulpaya qan vasitəsilə gələn kalsiumdan
B) Kalsium hidroksidə tərkibli müalicəvi araqatın tərkibindəki kalsium hidroksidlə
hidrogen peroksidin qarşılıqlı təsiri nəticəsində ayrılan sərbəst kalsiumdan
C) Kalsium hidroksid tərkibli müalicəvi araqatın 37°C temperaturda
parçalanmasından ayrılan kalsiumdan
D) Kalsium hidroksid tərkibli müalicəvi araqatın tərkibindən
E) Kalsium hidroksid tərkibli müalicəvi araqatın tərkibindəki kalsiumun su ilə
reaksiyasından
Dostları ilə paylaş: