6
Müdadiəyə çıxarılan əsas müddəalar:
– Müharibə mövzusu II Dünya müharibəsindən sonra ABŞ
ədəbi-mədəni
mühitində
mühüm
istiqamətlərdən
birinə
çevrilmişdir;
– Müharibə mövzusu özlüyündə
tarixi şəraitlə əlaqədar
olaraq bir neçə mərhələyə bölünür, lakin ənənələrə sadiq qalaraq
onun yeni dərki hər iki ədəbiyyatı səciyyələndirən əsas
xüsusiyyətlərdəndir;
– Müharibə mövzusu nəsrin hər janrında təmsil olunur və
sənətkarın həyata münasibətinin və onu bədii təcəssüm imkanları
ilə hüdudlanan müxtəlif ədəbi növləri ilə müşahidə olunur;
– ABŞ ədəbiyyatında
həm ssientist, həm də antissientist
əsərlər yaranaraq XXI əsr müharibələrinin artıq bir ölkə üçün
yox, bütün bəşəriyyət üçün təhlükə yaratmış olacağını
diqqətə
çatdırırlar;
– ABŞ ədəbiyyatında insan şəxsiyyətinin faciəvi taleyi
şahid ədiblərin realist əsərlərinin amansız təsvir obyektinə
çevirir;
– Müasir müharibə mövzusunda yazılmış
nəsrin janr
sərhədlərinin
genişləndirilməsi
zəminində
yeni
forma
modifikasiyalarının yaradılmasını mümkün etmişdir;
– Amerika və Azərbaycan müharibə mövzusunda yazılmış
ədəbiyyatda kəsişən oxşar cəhətlərlə yanaşı fərqli cəhətlər daha
çox sənətkarların estetik ideallarının fərqində reallaşır;
– Müharibə mövzusunda yazılan əsərlərdə realizm,
modernizm və postmodernizm elementlərinin
sintezi müşahidə
olunur;
– Şəhidlik, həyat, əbədilik və Vətən məfhumları Qarabağ
haqqında nəsrin əsasını təşkil edir;
– Müharibə mövzusunda postmodernist dövründə yazılmış
əsərlərdə dövrün mühüm ideoloji,
sosioloji və humanitar
problemlərin həllinə yönəlməsi müşayət olunur;
– Müharibə mövzusunda yazılmış əsərlərdə ekzistensial,
mənəvi-etik problemlərə qəhrəmanın fərdi və ümumbəşəri birlik
mövqeyinin birləşməsi ilə şərtlənir.