2.2.1. Felin r
əvayət olunan keçmiş zamanının iki növü
Az
ərbaycan dilində felin indiki, müəyyən və qeyri-müəyyən
g
ələcək, -dı, -di, -du, -dü və -mış, -miş, -muş, -müş şəkilçiləri ilə
düz
ələn keçmiş zaman şəkilləri vardır. Həmin şəkillər sözügedən
dilin qrammatika kitablarında “Cədvəl”dəki göstərilən formada
t
əsvir olunmuşdur (Hüseynzadə 1973: 190-198). Azərbaycan dilndə
-
mış, -miş, -muş, -müş keçmiş zaman şəkilçiləri ilə paralel olaraq -
ıb,-ib,-ub,-üb feli bağlama morfoloji əlamətlərinin də sözügedən
qrammatik funksiyada işlənilməsindən bəhs edilmişdir (Hüseynzadə
1973:194). Buna baxmayaraq, -
ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli sözügedən
keçmiş zaman şəklinin ikinci bir növü səviyyəsində paradiqmatik
olaraq ayrıca təsnifləndirilməmişdir. Halbuki, -ıb, -ib, -ub, -üb (-yıb,
-yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli-
nin hekay
əsi xaricindəki digər təsdiq, inkar və sual mürəkkəb
şəkillərində də paradiqmatik olaraq işlənildiyi və bütövlükdə
r
əvayət olunan zaman qavrayışının qrammatik əlaməti kimi dərk
olunduğu yuxarıda sözükeçən “Cədvəl”də də bariz bir şəkildə
müşahidə olunmaqdadır. Bununla bərabər, -mış, -miş, -muş, -müş
şəkilçisi ilə düzələn zaman şəkli Azərbaycan dilində daha çox tam
üslub
da, başqa bir ifadə ilə kitab dilndə işlənilməkdədir. -Ib, -ib, -
ub, -üb (-
yıb, -yib, -yub, -yüb) feli bağlama şəkilçiləri ilə
formalaşan zaman şəklinin diskursda işlənilmə tezliyi isə birinci ilə
müqayis
ədə daha genişdir. Sözügedən zaman şəkli həm tam, həm də
s
ərbəst üslubda, başqa bir ifadə ilə dildə və danışıqda (nitqdə) ən
yayğın bir formada yer almaqdadır. Buna görə də, sözügedən
r
əvayət olunan keçmiş zaman xəbər şəklinin müasir Azərbaycan
dilinin qrammatikasında ikinci bir növ olaraq fərqliləşdirilməsinə
ehtiyac
vardır. İkinci şəkil, yuxarıda göstərildiyi kimi, daha çox
danışıq dilinə xasdır. Məsələn:
Sən bizə xoş gəlmi(ş)sən.
Sən bizə xoş gəlibsən.
Sən bizə xoş gəlib, səfa gətiribsən.
*Sən bizə xoş gəlmişsən.
37
*Sən bizə xoş gəlmiş, səfa gətirmişsən.
Siz bizə xoş gəlmi(ş)siz (siniz)
Siz bizə xoş gəlibsiz.
Siz bizə xoş gəlib, səfa gətiribsiz.
*Siz bizə xoş gəlmişsiniz.
*Siz bizə xoş gəlmiş, səfa gətirmişsiniz.
Bütün protokolllar yazılmışdır.
Bütün protokollar yazılıb.
*Bütün protokollar yazılmış.
Müəllim gəlmişdir.
Müəllim gəlib
*Müəllim gəlibdir.
Müəllimlər gəlmişdir (lər)
Müəllimlər gəlib (lər)
*Müəllimlər gəlibdir(lər).
Tələbə lazım olan ədəbiyyatı oxumuşdur.
Tələbə lazım olan ədəbiyyatı oxuyub.
*Tələbə lazım olan ədəbiyyatı oxumuş.
*Tələbə lazım olan ədəbiyyatı oxuyubdur.
Tələbələr lazım olan ədəbiyyatı oxumuşdur.
Tələbələr lazım olan ədəbiyyatı oxuyub(lar).
*Tələbələr lazım olan ədəbiyyatı oxumuş.
*Tələblər lazım olan ədəbiyyatı oxuyubdur(lar).
Yaxşı eləyib kinoya bilet almı(ş)sınız.
Yaxşı eləyib kinoya bilet alıbsız(sınız).
Yaxşı eləyib kinoya bilet alıb(lar).
*Yaxşı eləyib kinoya bilet almış (lar).
38
İkinci şəxs təkdə -mış, -miş, -muş, -müş şəkilçisinin ş
komponentin
ə aktif olaraq diferensiallaşan dil-danışıq zəncirində
t
əsadüf olunmur. Həmin morfoloji şəklin bütününün işlənilməsinə
is
ə yayğın olaraq yazılı mətnlərdə rast gəlinir. Göstərilən
komponentin sözüged
ən işlənilmə tezliyi -mış, -miş, -muş, -müş
şəkilçisinin dörd variantlı olaması ilə əlaqədardır. Necə ki,
sözüged
ən morfoloji şəklin işlənilməsi -ıb, -ib, -ub, -üb (-yıb, -yib,
-yub, -
yüb) şəkilçisi ilə paradiqmatik müqayisədə bir qrammatik
əlamət kimi fakültativ səciyyəlidir. Müqayisə et:
Mən gəlmişəm
Sən gəlmisən
O gəlmişdir
Biz gəlmişik
Siz gəlmişsiniz
Onlar gəlmiş(dir)(lər)
Mən gəlmişəm.
Sən gəlibsən
O gəlib
Biz g
əlmişik.
Siz gəlibsiz (siniz)
Onlar gəlib (lər)
-Ubdur
şəkilçisi -ıbdır, -ibdir, -ubdur, -übdür (-ıbdı, -ibdi, -
ubdu, -
übdü) morfoloji variantlarında Anadolu-Qafqaz coğrafiyası
Oğuz türkcəsində, onun dialekt və ağızlarında, özəlliklə də müxtəlif
xalq
ədəbiyyatı örnəklərinin dilində vaxtilə çox geniş miqyasda
işlənilmişdir (Adamoviç 1985: 202-2005). Bəlkə bu gün də həmin
morfoloji
əlamətlə formalaşan felin rəvayət olunan keçmiş və ya
əslində tamamlanmış indiki zamanına (perfekt) bəzi yazarların və
ana dilind
ə birinci dil olaraq danışan şəxslərin dilində təsadüf
olunur. Ancaq çağdaş Azərbaycan dilində diskursiv xarakterli ədəbi
ünsiyy
ət ortamı üçün sözügedən morfoloji əlamət -mışdır, -mişdir, -
muşdur, -müşdür şəkilçisi ilə uyğun bir paradiqmatik-sintaqmatik
paralellik t
əşkil edə bilmir. Buna görə də, yuxarıda -ıbdır, -ibdir, -
ubdur, -
übdür şəkilçisi ilə işlənilən cümlələrin funksional və
39
konseptual baxımdan xətalı deyil, çox vaxt bir xalq danışığı şəkli
olduğu ulduz işarəsi ilə göstərilmişdir.
2.2.2. Felin dar v
ə geniş mənalı vacib şəkli
Felin vacib şəkli müasir Azərbaycan dilində -malı, -məli
morfoloji
əlamətinin və şəxs şəkilçilərinin feil kökü və ya əsasına
artırılması ilə sintetik olaraq əmələ gəlir (Hüseynzadə 1973: 224).
Bununla b
ərabər, felin sözügedən şəkli morfoloji-sintaktik
xarakterli
malı+olmaq və şəxs şəkilçiləri sıralanması ilə də qurulur.
Daha doğrusu, -malı, -məli şəkilçili feil kökünə və ya əsasına olmaq
köm
əkçi morfeminin artırılması ilə əmələ gələn feil şəklinin
analitik forması da Azərbaycan dilində işlənilir (Rəhimov 1965:
215; Khudazarov 2005:194-195). Felin morfoloji-sintaktik üsulla
formalaşan vacib şəklinin ifadəsi Azərbaycan dilində əsas etibarilə
h
ər hansı bir iş və ya hərəkətin bəlli bir ölçüdə daha geniş səciyyəli
keçmiş və gələcək zamanlardakı baş vermə əsnası ilə əlaqədardır.
Birinci şəkil daha çox hər hansı bir işi görənin öz aldığı qərara
əsasən yerinə yetirdiyi iş və ya dar bir fəaliyyət sahəsi ilə bağlı
olaraq işləniilr. İkinci şəkil isə Azərbaycan dilində xaricdən gələn
h
ər hansı bir təzyiq və diqtə edilən konkret bir məcburiyyətlə
gerç
əkləşmiş olmaq və ya ola bilmək anları ilə bağlı olaraq ortaya
çıxır (Khudazarov 2005:194). Beləliklə, dar və geniş mənalı
birinci v
ə ikinci şəkillərin Azərbaycan dilində paralel olaraq
işlənilməsi ayrılıqda sintaqmatik bir özəllik, bütövlükdə isə
qrammatik-sintaktik çoxm
ənalılıq olaraq qiymətləndirilə bilər.
Morfoloji-
sintaktik xarakterli vacib şəklinin ifadəsi felin hər
üç zamanındakı hər hansı bir iş və ya hərəkətin yerinə yetirlməsinin
daha geniş bir zamanının “baş vermə çərçivərləri” ilə bağlı olur.
Daha doğrusu, sözügedən şəkil məhdud olmayan daha geniş bir
zaman müst
əvisindəki xaricdən gələn hər hansı bir təzyiqlə yerinə
yetiril
ən və ya yetiriləcək gerçəkləşmə müddətlərini bildirir.
Aşağıda felin dar və geniş mənalı vacib şəkillərinə dair
örn
əklər gətirilmişdir. Həmin örnəklər bu və ya digr şəkildə
sözüged
ən özü qərara gəlmə və ya xaricdən olan bir təzyiqlə yerinə
40
yetirilm
ə nəticəsində baş verən iş və ya hərəkət aktlarını iadə edir.
H
əmin iş-hərəkət mənalarının diskursiv səciyyəli örnəklərlə
deskriptiv olaraq t
əsviri onların bir-birindən fərqliliyini bəlli bir
ölçüd
ə göstərməkdədir. Məsələn:
Mən də Bakıya getməliyəm.
Mən də Bakıya getməli oluram.
Mən də sabah Bakıya getməliyəm.
*Mən də sabah Bakıya getməli oluram.
Sən də bu kitabları almalısan.
İndi sən də bu kitabları almalısan.
İndi sən də bu kitabları almalı olursan.
*İndi sən də bu kitabları almalı olarsan.
*İndi sən də bu kitabları almalı olacaqsan (Musaoğlu 2008).
Biz yuxarıda felin rəvayət olunan keçmiş zamanı ilə ifadə
olunan x
əbər və ayrıca da vacib şəklinin qrammatika kitablarımızda
v
ə türkoloji dilçilik araşdırmalarında daha geniş bir şəkildə
öyr
ənilməyən bəzi mövzuları üzərində durduq. Daha doğrusu, ana
dilinin t
əlimi və tədrisi məqsədilə onun paradiqmatik olaraq təsbit
edilm
əyən bəzi şəkillərini göstərdik. Azərbaycan dilinin tədrisində
felin zaman v
ə şəkil kateqoriyası bəhslərinin ayrıca bir morfoloji və
morfoloji-sintaktik bölüml
əri səviyyəsində öyrədilməyən bəzi
konseptual v
ə funksional özəlliklərinə toxunduq. Ancaq felin istər
x
əbər, istərsə də digər bütün şəkilləri struktur, funksional və
semantik
əlamətləri ilə konseptual olaraq kateqoriyalaşdırılmalıdır.
Әdəbiyyat
ADAMOVİÇ, MİLAN 1985, KONJUGATİONSGESHICHTE
DER TÜRKISCHEN SPRACHE, leiden, 337 s.
Axundov A. Feilin zamanları. Bakı: ADU, 140 s.
Az
ərbaycan dilinin izahlı lüğəti. I cild, 1964, 593 s.; II cild, 1980,
576 s.; III cild, 1983, 554 s.; IV cil
d, 1987, 541 s., Bakı: “Elm”
41
ДМИТРИЕВ Н.К. 1948, Строй тюркских языков. Изд-во
восточной литературы. Москва.
ERGUVANLI, Eser Taylan 2002, The Verb in Turkish.
LINGUISTİK AKTUELL / LINGUISTICS TODAY, Offprint, s. 1-
45
HENGİRMEN, Metmet 1999, Yabancılar İçin Türkçe Dilbilgisi,
Ankara, 350 s.
Hüseynzad
ə, Muxtar 1973, Müasir Azərbaycan dili. Morfologiya,
III, Bakı, “Maarif”, 356 s.
KHUDAZAROV T.M. 2005, Teach yourself Azeri, For English
students, Baku.
Кононов А.Н. 1982, Грамматика современного тюркского
литературного языка. Изд-во АН СССР, М.:-Л.
M
USAOĞLU, Mehman 2003, Türkeçenin işlevsel Dilbilgisi ve
Metin Kompozisyonu. Dil Dergisi, sayı:120, s. 22-40
MUSAOĞLU, Mehman 2008, Türkçede Çatı. –Prof.Dr. Ahmet
Bican Ercilasun Armağanı. Akçağ, Ankara, s. 207-234.
Musayev M.M. 2011, Türk
ədəbi dillərində mürəkkəb cümlə
sintaksisi, Bakı, 401 s.
ÖZTOPÇU, Kurtuluş 1994, Colloqual Azerbaijani. A Mini Course,
Copyrigt, 47 s.
RƏHİMOV, Mirzə 1965, Azərbaycan dilində feil şəkillərinin
formalaşması tarixi, Azərb. SSR Elmlər Akademiyası Nəşriyyatı,
Bakı: 1965, 267 s.
SEZER, Engin 2002, Finiteinflection in Turkish, The Verb in
Turkish. LINGUISTIK AKTUEL/LINGUISTICS TODAY, s. 1-45.
Türkçe sözlük, 1, 2, Türk Dil Kurumu, Ankara, 1998, 2523 s.
Türkçe sözlük, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2005, 2243 s.
42
III FӘSİL
SÖZ: VURĞUSU, MӘNASI, ANLAMI, ӘSASI VӘ ŞӘKLİ
3.1.
Morfemika, söz və morfem
Linqvistika elmində sözün mənalı hissələri morfem termini ilə
adlandırılır. Morfemikada hər hansı bir dilin özünə məxsus olan
morfem
tərkibi və quruluşu təsvir olunur, sözün tərkibində leksik-
qrammatik mənaları ilə seçilən morfemlərin tipləri və növləri
müəyyənləşdirilir. Danışıq prosesində morfemlərin sintaktik
əhatədə işlənilməsini gerçəkləşdirən morfların konkret söz
şəkillərində bir-biriylə fonematik bağlılığı və ya bir xətt üzərindəki
sintaqmatik ardıcıllığı da morfemikada öyrənilir (ЛЭС 1990: 313;
Татaрская грамматика 1993: 142; DE 2006: 447). Morfemika və
morfemlər, həm emik, həm də etik baxımdan linqvistik mahiyyəti
etibarilə dilin fonetika, qrammatika və leksika bölmələri ilə çox
yaxından bağlıdır. Ona görə ki, morfemlər fonemlərdən təşkil
olunur və bugünkü dilçilikdə fonem və morfem ən çox dilin ifadə
planına aid olan vahidlər kimi işıqlandırılır. Ancaq morfem həm də
dilin m
əna tərəfinə malik olan bir dil-nitq vahididir, çünki dilin
məna planına aid olan leksemə çox yaxınlaşır (Veysəlli 2008:6).
Digər tərəfdən isə qrammatik və köməkçi morfemlər daha çox
qrammatikanın obyekti olduğundan morfemika həm də qram-
matikanın bir bölməsi kimi götürülür. Ona görə ki, “Morfologiya”
və “Söz yaradıcılığı” bəhslərinin bölmələrinin müəyyən aspektləri
qrammatik morfemlərin köməyi ilə ifadə olunan qrammatik və
leksik mənalarla bağlantılıdır (ЛЭС 1990: 313). Morfemikanın əsas
vəzifəsi söz, söz forması, söz əsası, morfem, morf və allomorf anla-
yışlarının dilin daxili quruluşuna əsasən onun linqvistik səciyyəli
konkret örnəkləri ilə açıqlanmasından ibarətdir (Татaрская
грамматика 1993: 142). Elə buna bağlı olaraq öyrənilən hər hansı
bir konkret di
ldə sözün tərkibinin öyrənilməsilə yanaşı, onun
43
morfem inventarının müəyyənləşdirilməsi də morfemikanın əsas
prinsipləri arasında yer almaqdadır.
Beləliklə, bütövlükdə türk dillərinin və ayrılıqda Azərbaycan
dilinin morfem inventarının müəyənləşdirilməsi bu gün türkoloji
dilçiliyin ən aktual məsələlərindən biridir. Azərbaycan dilinin
morfemikası türk dillərinin aqqilütintav quruluşu, samit və sait
səslərin xarakterik harmoniyası, cümlə və mətnlərin özünə məxsus
ontoloji səciyyəli sabit sintaktik sıralanmasına əsasən öyrənil-
məlidir. Belə ki, türk dillərində prefiks, infiks, suffiks kimi şəkilçi
növləri yoxdur. Cümlələrdə sözlərin, mürəkkəb sintaktik bütövlərdə
sintaktik və mətnlinqvistik
3
sıralanmanın isə sözügedən dillərdə
digər genoloji və tipoloji sistemli dillərdən fərqli olaraq özəl bir
simmetrik və asimmetrik ierarxiyası mövcuddur. Buna görə də
Azərbaycan dilinin morfem inventarı müəyyənləşdirilərkən, onun
uyğun bir morfematik lüğəti hazırlanarkən, eyni zamanda
morfemlərin quruluşu təsvir edilərkən, morffların və allomorfların
işlənilmə mexanizmi göstərilərkən aşağıdakı xüsuslara diqqət
edilməlidir. Birincisi, müasir dilçilikdəki uyğun müqayisəli-tipoloji
nəzəriyyələrə, konseptual səciyyəli yeni linqvistik gəlişmələrə və
praktik təcrübələrə istinad olunmalıdır. İkincisi isə ümumtürk
dilinin kommunikativ məntiqinə, kök, şəkilçi və digər morfemlərin
dizimiylə gerçəkləşən ünsiyyət modelinə və onun aşağıda da qismən
göstərilən digər özəlliklərinə söykənilməlidir.
Bu gün dünyanın dil xəritəsi konseptual-linqvistik aspektdə
ümumi müqayisəli-tipoloji prinsiplərlə təsvir olunur. Müxtəlif
dillərin təlimi, tədrisi və öyrənilməsi qlobal dil siyasətinə görə
yenidən qurulur. Belə bir siyasətin qurulmasında və
müəyyənləşdirilməsində, əsasən, Avropa mərkəzli fransızca dövlət-
3
Azərbaycan türkcəsində tərəfimizdən “mətnlinqvistik” şəklində işlədilən söz
mətnə aid olan linqvistik-sintaktik özəllikləri bütövlükdə ehtiva edir. Həmin söz
bir linqvistik termin olaraq i
ngiliscə Text Linguistics almanca texstlengüistik,
rusca
лингвиcтикa тeкcтa, Türkiyə türkcəsində isə metindilbilimsel sözləri ilə
ifadə olunur (Musayev 2012: 17).
44
dil ənənəsinə və ingiliscənin dünyadakı dil-yayılma miqyasına
əsaslanılır. Hind-Avropa dilləri kontekstində latın mənşəli və
yayılma xarakterli çağdaş dil-işlənilmə modelləşdirilməsi göstərilən
hər iki linqvistik və siyasi səciyyəli meyarı bu və ya digər şəkildə
bir bütün olaraq ehtiva edir. Sözügedən modelləşdirmə, hər şeydən
öncə, dil hafizəsində yer alan və dil saxlancı və ya qabiliyyəti
bankında əvvəlcədən hazır olan söz formalarının ünsiyyət əsnasında
və ya konkret danışıq ortamlarında seçilə bilməsi ilə qurulur. Daha
doğrusu, Hind-Avropa dillərində kommunikasiya adresantla
(danışanla) adresatın (dinləyənin) dil hafizəsində öncədən hazır olan
söz şəkillərinin ünsiyyət əsnasında seçilərək işlənilməsilə reallaşır.
Ümumtürk dilində və ya Türkcədə (İng. Turkic, Rus. Тюркcкий
язык) isə söz şəkli yuxarıda göstərilən söz işlənilmə formasından
fərqli olaraq müxtəlif söz kökü, gövdəsi və şəkilçilərinin ifadə
etdiyi funksiya və anlam sahələrinin ünsiyyət əsnasında və ya
“dolğun an”dakı (Kamal Abdulla) ard-arda düzülüşüylə gerçəkləşir.
Məsələn, rus dilində “в eгo твoрчecтвe”, ingilis dilində isə “in his
works” kimi işlənilən sözlərin söz sırasına görə ifadə edə bildiyi
məna Türkcədə “yaradıcılığındakı” sözünün etimoloji baxımdan
komponentlərinə paraçalana bilən səciyyədəki “yarat” söz kök-
gövdəsi və -ıcı, -lıq, -ın, -dakı şəkilçiləri vasitəsilə formalaşan
düzülüş şəkliylə ifadə edilir. Türkcədə əsas və köməkçi morfemlər
və ya köklər və şəkilçilər; düz, yan və qrammatik anlamlarının yer
tutduğu ard-arda bölünməyən bir düzülüşlə sıralanır. Sözügedən
düzülüş dil-danışıq ortamında konkret bir ünsiyyət ehtiyacına bağlı
olaraq dolğun anda və ya dil və düşüncə fəaliyyətinin gerçəkləşdiyi
aktual zaman kəsimində bir kommunikativ model olaraq reallaşır.
Beləliklə, flektiv dillərdə söz leksikonuna və sərbəst sırasına görə
ünsiyyət öncəsi durum səviyyəsində müəyyənləşən söz forması
türkcədə ünsiyyətin dolğun anı və bir dil daxili fəaliyyət fenomeni
olaraq xaraterizə oluna bilər. Belə bir söz forması dünyanın dil
xəritəsini təşkil edən üst və alt qavramların dərk olunmasını, hər
şeydən öncə, sözdüzəldici (leksik), formadüzəldici (leksik-
qrammatik) və sözdəyişdirici (qrammatik) şəkilçilərin söz kökündən
45
sonrakı
məntiqi-fenomenal
sıralanmasıyla
gerçəkləşdirir.
Sözügedən dil-danışıq fenomeni bu gün ümumtürk dilinə söykənən
Avrasiya
mərkəzli
ikinci
bir
dil-kommunikasiya
modelləşdirməsinin semantik, struktur və funksional mexanizminin
qurulmasında konseptual-koqnitiv dərk etmə əsasını təşkil edə bilər.
Çağdaş dünyanın qavramlar xəritəsi dillə dərk edilərək
açıqlanır və sözlərlə ifadə olunaraq üst və alt qavramlarına əsasən
kateqoriyalaşdırılır. Maddi və mənəvi mədəniyyətin komponentləri
dilin funksional açılımı içərisində və ya indi bir linqvistik fənn
olaraq yeni meydana çıxan linqvokulturoloji aspektdə
qiymətləndirilir (http://www.nnre.ru/kulturologija). İkinci bir dil-
danışıq modelləşdirməsi də dil və mədəniyyət əlaqələri
kontekstində konseptual, koqnitiv, linqvistik, antropoloji, psixoloji
yöntəmlərlə, kompüter və informasiya texnologiyaları vasitələri ilə
müəyyənləşdirilməlidir. Fikrimizcə, belə bir modelləşdirmə indiyə
qədər qrammatik quruluşuna görə məntiqi bir dil kimi
səciyyələndirilən, ancaq həmin məntiqi sistemi dilçilikdə və
türkologiyada konkret fenomenlərlə metalinqvistik olaraq təfərrüatlı
bir şəkildə açıqlanmayan ümumtürk dilinə görə qurula bilər.
Bu kontekstdə türk dillərinin və o sıradan Azərbaycan dilinin
morfemikasının öyrənilməsi çox böyük əhəmiyyət kəsb edir. Çünki
Azərbaycan dilinin morfem inventarının müəyyənləşdirilməsi və
onun quruluş təsvirinin verilməsi bir tərəfdən söz, söz forması, əsası
və ya gövdəsi kimi anlayışların yeni linqvistik yönüm və
yöntəmlərlə açıqlanmasını şərtləndirər. Digər tərəfdən isə belə bir
araşdırma dilimizin funksional qrammatikasının fonem, morfem,
morfonem, qrammem, sintaksem, leksem, frazem, semem,
semantem və texstem kimi komponentləriylə paradiqmatik və
sintaqm, söyləm və diskursem kimi sintaqmatik səviyyələriylə
sistemli bir şəkildə hazırlanmasına yol açar.
3.2.
Söz qavramı və forması
Söz dilin ən əsas struktur-semantik vahidi olub əşyaları və
özəlliklərini, hadisələri və əlaqələrini, insan təxəyyülündə
46
qavramlar dünyasının dərk olunmasıyla yer alan ən müxtəlif xəyali
və mücərrəd anlayışları adlandırır. Onun hər bir dilə xas olan
konkret leksik-qrammatik
və ya fonetik, stuktur, morfoloji,
sintaktik, frazeoloji, semantik, üslubi, konseptual və semiotik
əlamətləri vardır. O, hər şeydən öncə, fonetik-fonoloji səviyyədə
öyrənilir, çünki konkret bir dil vahidi olaraq məna fərqləndirici
səslərin, bəzən də bir səsin, müəyyən ardıcıllıq təşkil edən
sırasından və ya kompleksindən ibarətdir. Söz, danışıqda ən kiçik
vurğu və sərhəd siqnalları (knaklaut fasilə və s.) ilə ayrılıb-
götürülür.
Linqvistikada vurğuya əsasən ən çox flektiv dillərin fonetik
quruluşuna
görə
seçilən
“fonetik
söz”
kateqoriyası
müəyyənləşdirilmişdir. “Fonetik söz” tək bir vurğuyla birləşdirilən
və
hecalar
qrupundan
ibarət
olan
bir
fenomendir
(http://ru.Wikipedia.org/W/index. Vikipedi “Azad ensiklopediya”,
28.10. 2013). Türk dillərində isə Hind-Avropa dillərindəki kimi söz
vurğusu yoxdur. Bu baxımdan Hind-Avropa dillərindəki fonetik
vurğu təlimi əsasında işlənib-hazırlanan “türk dillərində vurğu
sözün son hecasının üzərinə düşür və eyni bir sözdə zəif və qüvvətli
vurğular ola bilər” tezisi (Dəmirçizadə 1972: 150-164) çox ciddi
mübahisə doğurur. Türk dillərində vurğunun fərqli bir linqvistik
özəlliyə malik olduğu barədə daha XIX yüzildə Boduen de Kurtune,
XX yüzildə isə A. M. Şerbak vaxtilə öz orijinal mülahizələrini
söyləmişdir (Veysəlli 2009: 74-77).
F. Veysəllinin Azərbaycan dilinin materialları üzərində
apardığı müşahidələr də belə fikir söyləməyə əsas verir ki, bu dildə
hind-Avropa dill
ərindəki kimi bənzər bir söz vurğusu yoxdur.
Sözl
ərin və formalarının fərqləndirilməsi seqment vahidlər olan
foneml
ərə deyil, prosodemlərə söykənir. Prosodemlər isə seqment
vahidlərin və ya fonem və fonem ardıcıllıqlarının üzərinə sərilib
onları intonasiya və vurğu baxımından təşkil edən ən kiçik
orfofo
nik hissələrdir (DE 2008:144). Bu fikri sübut etmək üçün
konkret örnəklərə müraciət edək:
47
1.
/daz//-
/diz/. Bu qarşılaşmanın birinci tərəfi qalın sait, sərt
samitl
ərin qeyri-dodaq tembirində, ikinci tərəfin isə incə sait və
yumşaq, qeyri-dodaq kökdə tələffüzü ilə həyata keçirilir. Sözlərin
f
ərqlənməsi məhz bu sinharmonik modelə əsaslanır.
2.
/daz///duz/. Qarşılaşmanın birinci tərəfi yuxarıdakı
qarşılaşmanın birinci tərəfinin eynidir. İkinci tərəfdə isə qalın sait
v
ə sərt samitlə yanaşı, dodaqların da iştirakı vardır. Bu isə
sözügedən durumda prosodik fərqlənməni təmin edir.
3.
/duz/ // /düz/. Bu qarşılaşmada birinci tərəfdə gələn söz
ikincid
əkinin sağ tərəfindəkinin eynidir. İkinci tərəfdə gələn söz isə
inc
ə sait və yumşaq samitlərlə yanaşı, həm də dodaqların iştirakını
t
ələb edir. Relevant əlamət kimi yalnız saitin sırası, yəni qalınlığı və
inc
əliyi çıxış edir.
4.
/duz/ //diz/. Qarşılaşmanın tərəfləri solda qalın sait və
s
ərt samitlərlə, sağda isə incə sait və yumşaq samitlərin reallaşması
il
ə fərqlənir. Bundan əlavə birincidə dodaqlar iºtirak edir, ikincidə
is
ə bu əlamət yoxdur.
5.
/düz/ // /diz/. Qarşılaşmanın hər iki tərəfində saitlər incə,
samitl
ər isə yumşaqdır. Ancaq fərqlənmə birincidə dodaqların
iştirakının olması, ikincidə isə olmaması ilə şərtlənir.
6.
/daz/ // /düz/. Qarşılaşmanın birinci tərəfini ikinci
t
ərəfindən fərqləndirən əlamətlər saitin qalın və incəliyi və bununla
bağlı olaraq samitərin birincidə sərt, ikincidə isə yumşaq olması,
eyni zamanda h
əm də ikincidə dodaqların iştirakı ilə izah oluna
bil
ər.
Biz bütün hallarda samitl
ərin, saitlərin qalınlığından və
incəliyindən asılı olaraq gerçəkləşən yumşaqlığından və sərtliyindən
danışdıq. Ancaq bu, rus dilindəki yumşaqlıq və sərtliklə
eynil
əşdirilməməlidir. Rus dilindəki yumşaqlıq və sərtlik (твердост
/мягкость) həmin dilin fonoloji sistemindən irəli gəlir. Müq et: мат-
мать.
Az
ərbaycan dilində isə yumşaqlıq və sərtlik bu dilin orfofonik
normasından doğur. Məsələn, /sözün düzü/ ismi söyləmində bütün
saitl
ər dodaqlanandır, halbuki bu dilin fonoloji sistemində /s,z,n,d/
48
samitl
əri fəal üzvə görə dodaq samitləri deyildir. Ümumiyyətlə,
bizim fonoloji şərhlərimiz klassik fonetikanın əsarətinndən hələ də
xilas ola bilmir. T
əəssüf ki, bu gün universitetlərimizin
auditoriyalarında hələ də fonologiyaya layiqli yer verilmir.
Yuxarıda verilən təhlildən və uyğun örnəklərdən belə bir
m
əntiqi nəticə çıxarılmalıdır ki, Azərbaycan dilinin fonoloji
sistemini klassik avrosentrizmind
ən çıxış edərək adekvat şəkildə
t
əsvir etmək qeyri-mümkündür. Məhz buna görə türkoloji dilçilikdə
söz vurğusu əvəzinə sözün prosodik modelinin iki zirvəliliyinə, yəni
sait və samitlərin həmahəngliliyinə və ya sinharmonizmə əsaslanan
yeni bir konsepsiya və uyğun bir metodik dərs vəsaiti işlənib
hazırlanılmalıdır. Bu konsepsiyanın isə əsas müdəaları indilikdə
aşağıdakılardan ibarət ola bilər:
1. Az
ərbaycan dilində hind-Avropa dillərindəki kimi söz
vurğusuna təsadüf edilmir. Çünki Azərbaycan dilində o dillərdəki
kimi bir hecanın digərinə nisbətən xüsusi qabardılmasının akustik
korrelyatı yoxdur. Misal olaraq aşağıdakı parçanı dinləyək:
/Bağa girdim üzümə
Tikan batdı dizimə,
Əyildim çıxartmağa,
Yar sataşdı gözümə //
Bu şeir parçasının neytral səslənməsində heç bir aksent
qabardılması yoxdur. Əlbəttə, süni aktyor ifasında kontrastiv
m
əqsədlə hər bir sözü qabartmaq olar. Sözü fonoloji baxımdan
t
əşkil edən, onun tanınıb fərqlənməsini təmin edən yeganə fonoloji
vasit
ə prosodemdir. Hər bir sözün prosodemi iki zirvədən ibarət
olmaqla bazis element olan sait
ə söykənir, birincisi sözün
başlanğıcında, ikincisi isə onun sonunda tamamlanır. Cümlədə
ikinci zirv
ə onun intonasiya konturuna qarışır. Bu isə o deməkdir ki,
Azərbaycan dilində cümlə intonasiyası prosodik modelin
ikizirvəliliyinə görə tənzimlənir.
49
2. Az
ərbaycan dilində sözlərin fərqlənməsi ayrı-ayrı seqment
foneml
ərlə deyil, hecanın və ya bütövlükdə sözün sinharmonik
t
əşkili ilə həyata keçirilir. Məsələn, /lal/ sözü /ləl/ sözündən sadəcə
/a/ v
ə /ə/ saitləriylə fərqlənmir. Buradakı fərqlilik həm də bütün
sözün fonoloji
əsasını təşkil edən həmahəngliyə əsaslanır. Müqayisə
üçün dey
ək ki, rus dilində /o/saiti əvvəldə gələn samitin yumşaq və
s
ərtliyindən asılı olmayaraq hər yerdə /_u_/ şəkilli keçidlə, yəni
diftonqoid kimi t
ələffüz olunur. Ruslar /kot/sözünü məhz /_uo_/
kimi t
ələffüz edirlər. Ancaq onun sondakı samitə, demək olar ki,
heç bir t
əsiri olmur. Azərbaycan dilində isə həm əvvəldə, həm də
sonda g
ələn samit sözün birinci və ya kök saitin tembrində köklənir.
/lal/ v
ə /ləl/ kimi. Son dövrlərin tədqiqatlarında bu kimi fonetik
hadis
ələri koartikulyasiya işığında çözməyə meyl müşahidə olunsa
da, bunları eyni ad altında birləşdirmək olmaz.
Az
ərbaycan dilində samitlər, peyklər kimi, fonoloji təşkilin
bazis elementi olaraq çıxış edən saitlərin ətrafında və ya onların
tembrind
ə köklənir. Bu baxımdan türkoloji dilçilikdə söz
qavramının adekvat bir açıqlanmasını ortaya qoya biləcək fonetik
meyarlar, hər şeydən öncə, ümumtürkçə sözün prosodik modelinin
iki zirvəliliyinə və onun fonoloji sisteminə əsasən yenidən nəzərdən
keçirilməlidir. Bundan başqa, sözün türkoloji dilçilikdə istər
ənənəvi olaraq göstərilən leksik, morfoloji, sintaktik, semantik və
istərsə də yeni olaraq müəyyənləşdirilən konseptual və semiotik
əlamətləri “ümumtürkçə müxtəlif söz kökü, əsası və şəkilçilərin
ifadə etdiyi funksiya və anlam sahələrinin ünsiyyət əsnasında ard-
arda düzülüşünə görə” (Seçdirmə bizimdir- M.M.Musayev)
müəyyənləşdirilən
dil-danışıq
modelləşdirilməsi
əsasınada
öyrənilməlidir (Veysəlli 2009).
Söz yazıda qrafikal olaraq seçilir, mətndə isə “mətnlinqvistik
səciyyəli leksik yerliklər” (seçdirmə bizimdir- M. M. Musayev)
olaraq müəyyən bir yer tutur. Buna bağlı olaraq söz artıq bu gün,
klassik dilçilikdə olduğu kimi, sadəcə dildə və nitqdə deyil, həm də
mətndə və söyləmdə öyrənilir (ЛЭС 1990: 465). Müxtəlif lüğətlərdə
lesikoqrafik olaraq verilən, eyni zamanda transkripsiya və
50
transliterasiya üsullarıyla da ifadə edilə bilən söz həmin dili bilən və
ya öyrənən insanların hafizəsində aktiv və passiv işlənilmə
şəkilləriylə xatırlanır. Bu isə sözün bir dil vahidi olaraq həm
kommunikativ, həm də koqnitiv-konseptual xarakter daşıdığını
göstərir.
Söz nitqdə və ya danışıqda, müxtəlif modal münasibətlər ifadə
edən qrammatik formalar (eyni zamanda sıfır forma) kəsb edir.
Həmin qrammatik formalar müxtəlif fərqli anlayışlar arasında əlaqə
yaradır. Danışanın dinləyənə, verilən bilginin məzmununa, danışığa
və danışıq ortamına və subyektin obyektə münasibətini bildirəndə
isə biz sözü modal şəkillər və ya vasitələr olaraq səciyyələndiririk
(Татaрская грамматика 1993: 142). Həmin şəkillər konkret olaraq
müxtəlif anlayışları ifadə edən sözlər arsındakı müəyyən əlaqə
vasitələrinin
yerində
işlənildiyindən
ənənəvi
dilçilikdə
sözdəyişdirici formalar kimi göstərilir. Ancaq çağdaş türkoloji
dilçil
ikdə artıq şəkilçi morfemlər sadəcə sözdüzəldici (leksik) və
sözdəyişdirici
(qrammatik)
morfoloji
əlamətlər
kimi
təsrifləndirilmir. Onların böyük bir qismi həm də ifadə etdikləri yan
və ya ikinci bir leksik-sintaktik anlam və qrammatik mənalarıyla
formadüz
əldici (leksik-qrammatik) şəkilçilər səviyyəsində də
öyrənilir (Musayev 2012: 76). Zaman-zaman indiyə qədər məlum
olan
kəlmələrdən
müəyyən
bir
danışıq
əsnasında
informasiyavericiliyin və ya canlı dil ortamının interaktiv tələbatına
görə sözdüzəldici vasitələrlə yeni sözlər düzəldilir. Bütün bunlar
isə sözün bir danışıq detalı olaraq həm sözdüzəldici və
sözdəyişdirici, həm də formadüzəldici elementlərlə genişləndiyini
və dilin işlənilmə sistemində paradiqmatik və sintaqmatik
parametrləriylə həm uzununa, həm də eninə böyüdüyünü göstərir.
Buna görə də dilin canlı bir orqanizim olduğu deyilir. Beləliklə,
məhz belə bir kontekstdə sözün tərkibi haqqında danışmaq və onun
quruluşunu ayrıca olaraq öyrənmək zərurəti yaranmışdır. Bunun
nəticəsində bu gün dilçilik elmində “Morfemika” olaraq
adlandırılan yeni bir linqvistik istiqamət və ona uyğun olaraq da
51
qrammatikanın ayıca şöbəsi ortaya çxmışdır (Татaрская
грамматика 1993: 142).
Dilçilik elmində sözün, hər şeydən öncə, leksik və qrammatik
mənaları bir-birindən fərqləndirilir. Müəyyən dil vasitələriylə ifadə
edilən qrammatik mənaların birlikdəliyi sözün qrammatik formasını
təşkil edir. Sözdə; ifadə planına görə dilin semantik sahələriylə
bağlı olaraq leksem, məzmun planına görə isə daha çox insanın dərk
etmə, şüur və təfəkkür sistemində komponentlərin ən kiçik məna
tərəfləriylə müəyyənləşən semantem seçilir. Müəyyən bir
qrammatik formada və ya formalarda isə, yuxarıda da göstərildiyi
kimi,
sözün şəkli və ya forması meydana çıxır. Leksik-semantik
məzmun və qrammatik forma sözün struktur bütövlüyünün və
bölünməzliyinin əsasını təşkil edir. Morfoloji əlamət və ya meyar
sözü bütövlükdə formalaşdırır, sintaktik meyar onu potensial bir
minimum səviyyəsində cümlə modeli olaraq müəyyənləşdirməyə
əsas verir.
Hər bir sözün semantik baxımdan müəyyən anlayışı ifadə
etmək özəlliyi vardır. Çünki o, minimal səciyyəli mənalı bir
vahiddir. Onda anlamların məcaziliyi və ya idiomatikliyi hadisəsi
də mövcuddur. Ayrılıqda ortaya çıxan belə bir anlam müxtəlifliyi və
ya sıralanması, bütövlükdə dilin lüğət tərkibində və nitqin
işlənilməsi kontekstində yer tutan leksik bütünün və ya onu təşkil
edən komponentlərin mənasıyla heç bir semantik paralellik təşkil
etmir. Sözün müxtəlif leksikoqrafik-qrammatik şəkilləri eyni leksik
mənalarda özünü göstərir və bunun nəticəsində sinonimlik hadisəsi
meydana çıxır. Eyni sözlər müxtəlif yaxın və bir-birinə bağlı, eyni
zamanda uzaq leksik mənalarda işlənilir, bu isə çoxmənalılıq və
omonimlik hadisələrini ortaya çıxardır. Bütövlükdə sözlərin
bənzərliyi və ya eyniliyi dil-nitq və mətn-diskurs paralellərində
təsbit olunur, onların etimologiyaları isə dilin tarixi inkişafı
prosesində müəyyənləşdirilir. Bütün bunlar və özəlliklə də sözün
mənası və onun quruluşu dilçilikdə indiyə qədər daha çox morfoloji,
morfonoloj
i, leksik, leksikoqrafik, semantik və frazeoloji-üslubi
baxımlardan sinxronik və diaxronik olaraq öyrənilmişdir (ЛЭС
52
1990:464-
467). Bununla bərabər, sözün leksik semantikası və
quruluşuyla bağlı olaraq məşhur Amerikan filosofu Ç. Y. Morrisin
digər göstərilən ənənəvi şərhlərdən fərqlənən fikri də diqqəti çəkir.
Ç. Y. Morrisin fikrinə görə, sözün mənası sintaktik, semantik və
Dostları ilə paylaş: |