Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   2   3   4   5   6   7   8   9   ...   26

praqmatik 
terminləriylə adlandırılan üç əsas komponentdən təşkil 
olunur. Bu komponentlərin hər birinin özünə məxsus özəlliyi vardır. 
An
caq  bunların  arasında  qırılmaz  əlaqələrin  mövcud  olduğu  da 
danılmaz  bir  həqiqətdir.  Sözün  mənası  nitq  axınında  başqa  dil 
vahidləriylə  qarşılıqlı  münasibətə  bilavasitə  bir sintaktik 
komponent 
kimi  girir.  Bu  da  onu  ayrıca  bir  linqvistik  fenomen 
olaraq  qiymətləndirməyə  imkan  verir.  Söz  dildə  bir  semantik 
komponent 
olaraq  onunla  ifadə  olunan  əşyaya  və  ya  denotata 
münasibətdə  müəyyənləşir.  O,  burada  hər  hansı  bir  əşyanın  əksi, 
dildə hadisə və ya anlayış, tutuşdurulmuş və ya müqayisə olunmuş 
dil korrelyatı kimi təqdim olunur. Praqmatik bir komponent kimi 
söz 
digər komponentlərdən fərqli olaraq özünün bütün aspektlərinin 
ümumiliyi kontekstində seçilir. Sözügedən ümumilik, sözün bu və 
ya digər danışıq ortamında praktik şəkildə işlənilməsi məsələləriylə 
sıx  bir  şəkildə  bağlıdır.  Praqmatik  komponent  sözün  fizioloji 
açıqlanmasının  obyekti  yerində    bir  metasiqnal  olaraq  özünü 
göstərir.   
Məlum olduğu kimi, bu gün istər dil, istərsə də dünyamızda 
yer tutan digər bütün anlamlı işarələr və ya semiosizlər
4
  semiotika 
4
  Semiozis  (yunan.  sema  ‘işarə’)  işarə  prosesi  deməkdir  və  işarələrin  yaratma, 
qurma, hərəkət və açıqlama özəlliklərini ehtiva edir. Sözügedən yaratma, qurma 
və    hərəkətlərin  baş  verməsi  prosesində  isə  işarənin  işarələnənlə  işarələyən 
arasındakı  uyğunluğu  qurulmuş  olur.  Bu  termin  müvafiq  semiotik  ədəbiyyatda 
tez-
tez  kommunikasiya  anlayışının  və  ya  sözünün  sinonimi  kimi  də  işlədilir. 
Semiosfera  (yunan.  sema 
‘işarə’,  sphaira  ‘şar’)  isə  işarələrin  qlobal  sahəsi  və 
əhatə  dairəsi,  məkan  və  zamanda  mövcud  olan  işarələri  və  dil  əlaqələrinin 
bütününü  ehtiva  edən  semiotik  məkandır.  Semiosfera  anlayışını  semiotik 
kulturologiyada  ilk  dəfə  olaraq  Y.  M.  Lotman  işlətmiş  və  elmi  ədəbiyyata  bir 
termin  olaraq  o  gətirmişdir.  Semiosfera  öz  obyektinə  və  mahiyyətinə  görə 
mədəniyyət  kimidir.  O,  hər  şeydən  öncə,  verici  (adresant)  və  alıcının  (adresat) 
əvvəlki  kulturoloji  təcrübəsindən  və  eyni  zamanda  informasiya  kanalından  asılı 
 
53 
 
                                                            

elmində  qarşılıqlı  və  bir-biriylə  müqayisəli  olaraq  öyrənilir.  Bu 
baxımdan  bir  semioloji  işarə  olaraq  sözün  mənasını  təşkil  edən 
komponenlərin  semiotik  izahıyla  semiosferada  mövcud  olan  digər 
bütün hərəkətli işarələrin öyrənilməsi istiqamətlərinin açıqlanması
5
 
ara
sında bir paralellik mövcuddur. 
Qeyd olunmalıdır ki, sözün yeri istər semioloji xarakterli dil, 
istərsə  də  semiosferanı  təşkil  edən  digər  bütün  hərəkətli  semiotik 
işarələr arasında bir birləşdirici amil olaraq seçilir. Çünki dünyanın 
qavramlar  xəritəsi  sözlə  çəkilir,  onun  izoqlasları  konkret  sözlərlə 
ifadə  olunur.  İnsanlar  qavramları  sözlə  dərk  edir  və  onlar 
haqqındakı bilgiləri şüura sözlə ötürür. Nəhayət müxtəlif bilgilərin 
hafizədə  yığılması,  qruplanması,  onların  zehndə  işlənilərək  biliyə 
çevrilməsi  və  bunun  nəticəsində  təfəkkürün  təşəkkülü  sözlərlə 
formalaşır. Bu gün elmşünaslıqda artıq sözün sadəcə mənasının 
deyil,  anlamının  da  olduğu  göstərilir,  daha  doğrusu,  anlam  və 
leksik  məna  sahələri  bir-birindən  fərqləndirilir.  Anlam  kimi 
sözü təşkil edən semantik aspekt başa düşülür. Həmin semantik 
aspekt isə dilin bütün daşıyıcıları üçün obyektiv və dəyişməyən bir 
şey  deyildir.  Onun  gerçəkləşməsi,  hər  şeydən  əvvəl,  konkret  bir 
danışanın  və  dinləyənin  və  ya  ünsiyyətdə  olan  bir  qrupun 
fəaliyyətinin bu və ya digər motivləriylə şərtlənir. Bununla bərabər, 
sözün  anlamını  təşkil  edən  anlayışla  onun  ayrıca  bir  aspekti  kimi 
özünü göstərən emosional-effektiv rəngarənglik də bu gün dilçilikdə 
bir-
biriylə əlaqələndirilə bilir.     
İndi elmşünaslıqda sözün mənası və anlamı işarə və məzmun 
anlayışlarıyla 
eyni 
bir 
linqvistik-konseptual 
konteksdə 
olan  zəruri  dil  kommunikasiyalarının  zəminini  təşkil  edir.  Semiosferanın  bütün 
elementləri  münasibət  formullarının  bir-biri  ilə  davamlı  olaraq  transformasiya 
olunduğu dinamik bir durumda yerləşir (Стариченок 2008: 539-540). 
5
  Semiotikada  bütün  sistemli,  ardıcıl,  anlamlı  və  mənalı  işarələr  ünsiyyət  və 
dünyanın qavramlar xəritəsinin dərk olunması əsnasında gerçəkləşən hərəkətlən-
mələriylə işıqlandırılır. Həmin işarələr XIX yüzilin sonlarından etibarən konkret 
olaraq  sintaktik, semantik 
və  praqmatik  istiqamətlərdə  öyrənilir  (Erkman-
Akerson 2005: 93-116). 
 
 
54 
 
                                                                                                                                       

müəyyənləşdirilir.  Bu,  sözün  anlam  aspektinin  və  onun  məna 
sahələrinin müqayisəli olaraq aparılan semiotik-konseptual təhlilini 
daha  da  sürətləndirir.  Sözügedən  təhlilin  aparılmasında  öncə  dil, 
indiysə linqviğstik fəlsəfə məktəblərində görülən işlər önəmli elmi 
mənbələr kimi çox mühüm rol oynayır. Bu baxımdan Ferdinant de 
Sössürün (1967) və Y. S. Maslovun (1967) semiotika elmi əsasında 
işarə  (yun.  sēmeîon),  işarəyələn  (signifiant,  lat.  significatum)  və 
işarətlənən  (signific)  haqqında  söylədikləri  klassik  linqvistik 
dəyərləndirmələr olaraq seçilir. Günümüzdə isə alman riyaziyatçısı 
və filosofu G. Freqenin (2008) işarənin funksisyası, anlamı, mənası 
və məzmununa dair çox qiymətli fikirlər irəli sürdüyü və bununla da 
müasir  linqvistik  fəlsəfənin  əsasını  qoyduğu  vurğulanır.  Onun 
nəzəriyyəsində işarənin, söz də bir işarədir, anlamın və sözügedən 
anlamda təmsil olunanın və ya əşya və hadisənin növünün, əşyanın 
və  hadisənin  mənasından  (ingilis.  meaning,  rus.  значение) 
fərqləndiyi  təsbit  olunur.  Anlam  insan  beynində  əvvəlki 
təcrübələrdən yaranaraq hafizədə saxlanılan bir ‘iz’ olaraq tərif 
edilir. 
Bu  baxımdan  əşya  və  hadisəni  meydana  gətirən  fenomen 
anlam  (alman.  sinn,  ingiliz.  sense,  rus.
смысл) terminiylə 
adlandırılır, onun özəllikləri söz və cümlə örnəklərində məntiqi və 
riyazi  metodlarla  açıqlanır  (Veysəlli  2012:  147-161).  Buradan da 
sözün nə qədər qiymətli bir fenomen olduğu bir daha ortaya çıxır. 
Əslində  insanlar  cümlələrlə  ünsiyyət  saxlasa  da,  ancaq onlar dili 
sözlərlə  xatırlayır  və  bilirlər.  Söz  haqqında  dünyanın  məşhur 
yazıçıları, şairləri və mütəfəkkirlərindən  Demokrit, N. Gəncəvi, İ. 
Nəsimi, S. Ə. Şirvani, M. Ə. Sabir, F.M. Dostoyevski,  Lev Tolstoy, 
V. Şekspr, Əlişir Nəvai və Məhəmməd Füzuli çox  qiymətli fikirlər 
söyləmişdir.    Məhəmməd  Füzulinin  “Söz”  qəzəlində  sözün  həm 
ifadə və məna, həm də anlam və məzmun özəllikləri göstərilənlərin 
“asimmetrik ikilik” (Seçdirm
ə  bizimdir  –  M.M.Musayev) 
kontekstində təhtəlşüur kodlarıyla aşağıdakı şəkildə ifadə edilmişdir 
X
əlqə ağızın sirrini hər dəm qılır izhar söz, 
Bu n
ə sirdir kim, olur hər ləhzə yoxdan var söz. 
 
55 
 

Artıran söz qədrini sidqilə qədrin artırar, 
Kim n
ə miqdar olsa, əhlin eylər ol miqdar söz. 
Ver söz
ə ehya ki, tutduqca səni xabi-əcəl, 
Ed
ə hər saət səni ol uyqudan bidar söz. 
Bir nigari-
ənbərinxətdir könüllər almağa, 
Göst
ərər hər dəm niqabi-qeybdən rüxsar söz. 
Xazini-g
əncineyi-əsrardır, hər dəm çəkər 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz. 
Olmayan q
əvvasi-bəhri-mə’rifət arif degil 
Kim, s
ədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz. 
G
ər çox istərsən, Füzuli, izzətin, az et sözü 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. 
 
Sözügedən  şeir  konseptual-semiotik  baxımdan  təhlil 
edildikdə onda, hər şeydən öncə,  “söz, xəlq və sirr” qavramlarının
6
 
uyğun  özəl  mətn  qurucu  işarətlərlə
7
 
açıqlandığı  müşahidə  edilir. 
6
  Dünyanın  dil  xəritəsində  kainat,  xalq,  millət,  kosmos,  yol,  din,  dil,  inanc, 
saxlanc,  müharibə,  sülh,  demokratiya,  xoşbəxtlik,  mentalitet,  düşmənik, 
dostluq, söz, mərhəmət və s. kimi ümumi mədəniyyət əsaslı qavramlar yer alır. 
Bu qavramların ehtiva etdiyi alt mərhələlər, kateqoriyalar və hər cür fenomenlər 
koqnitiv  dilçilikdə,  hər  şeydən  öncə,  insana  xas  özəlliklərə  bağlı  olaraq 
müəyyənləşdirilir. Onlar məzəmmət etmək, izhar etmək, acımaq//yazığı gəlmək, az 
danışmaq,  təəssüf,  niyyət,  arzu//istək,  səbəb//məqsəd,  qiymətləndirmək,  sevgi, 
nifrət,  sevinc  kimi  semantik  aspektləri  ehtiva  edən  motivlərlə  açıqlanır. 
Sözügedən  kontekstdə  sevgi-acıma,  sevgi-nifrət    az  danışmaq-çox  danışmaq 
kimi  linqvistik qavramlar 
konkret  diskursiv  variantlarıyla  diqqəti  çəkir  və 
dilçilikdə  koqnitiv  səciyyəli  dərk  etmə  yönləriylə  dərindən  öyrənilir  (Doğan 
2000; Ханина 2004). Beləliklə, həm konkret dil göstəriciləri, həm də konseptual 
faktorlarla ifadə edilən anlayışlar linqvistik qavramlar olaraq tərif edilir. 
7
  Dilçilikdə  artıq  sadəcə  dil  işarələri,  işarələr  sistemi,  onların  söyləmdəki  və 
diskursdakı  təkrarının  mətnin  əsas  adekvat  əlamətləri  olaraq  öyrənilməsi  işi 
qənaətbəxş sayılmır. Bədii mətnin klassik filoloji ənənəyə uyğun olaraq  “zaman, 
məkan, obrazlar, süjet xətti, fabula, bədii təsvir vasitələri” və s. görə təhlili də indi 
artıq  yetərli  deyildir.  Buna görə hər  hansı bir bədii  mətn  indi  çağdaş  filologiya 
elmində  həm  dil,  həm  də  semiotik  mahiyyətli  özəl  mətn  qurucu  işarələrin 
vəhdətində  qavramlardan  hərəkətlə  tədqiqata cəlb olunur.  Çünki  bədii  mətni 
ayrıca  bir  fenomenal  təşəkkül  olaraq  təşkil  edən  və  müəyyən  konseptual  və 
 
56 
 
                                                            

Həmin qavramları ifadə edən sözlər şerin birinci bəndində işlənilir. 
Onlar  linqvistik  baxımdan  kataforik  vasitələr  olaraq  da 
səciyyələndirilə  bilər,  çünki  şerin  sonrakı  bəndlərində  açıqlanan 
fikirlərə işarə edir.  
“Söz”  qəzəlində  sözügedən  qavramların  açıqlanmasına 
yönəlik  ayrıca  olaraq  özəl  mətin  qurucu  işarələr  işlənilir.  Mətndə 
onları  ifadə  edən  sözlər  aşağıdakılardan  ibarətdir:  izhar, qədr, 
miqdar, ehya, xabi-
əcəl, uyqu, nigari-ənbərinxət, könül, niqabi-
qeyb, rüxsar, xazini-g
əncineyi-əsrar, qəvvasi-bəhri-mə’rifət, arif, az 
və çox etmək/danışmaq. Bu sözlərlə ifadə edilən özəl mətn qurucu 
işarələr  hərəkətli  olub  ehtiva  etdkləri  şeylərlə  sözügedən 
qavramların özəlliklərini və ya alt qavramlarını və kateqoriyalarını 
açıqlayır.  Məsələn,  “izhar  et-,  sözü  az  və  ya  çox  et-//danışmaq” 
feilləriylə  ifadə  olunan  özəl  mətin  qurucu  işarələr  söz  qavramının 
fəaliyyət və hərəkətlə bağlı olan kommunikativ-linqvistik özəlliyini 
göstərir.    “Ehya,  rüxsar,  nigari-ənbərinxət, niqabi-qeyb, xazini-
g
əncineyi-əsrar” isimləri və izafət tərkibləri isə sözügedən qavramın 
emosional-
effektiv  yönlərini  açıqlayır.  Beləliklə,  artıq  çağdaş 
filologiya  elmində  söz  anlayışı  sadəcə  ənənəvi  linqnvistik  və  ya 
ədəbiyyatşünaslıq  metodlarıyla  öyrənilmir.  Belə  ki,  sözün  həm 
leksik-qrammatik, fonetik, morfoloji, sintaktik, struktur,  frazeoloji, 
semantik  və  üslubi,  həm  də  konseptual  və  semiotik  özəllikləri  bir 
yerdə işıqlandırılır.   
kateqorial  əlamətləri  ilə  seçilən  ayrıca  bir  “özünəməxsus  işarələr  sistemi” 
(seçdirmə bizimdir- M.M.) və ya vahidlər də vardır. Onlar, semiosferada yer alan 
müxtəlif  fenomenləri,  gedişatları,  hadisələri,  rəmzləri,  ikonları,  simvolları  və  s. 
göstərir, ədəbi və bədii-semiotik mahiyyətli mətnqurucu vasitələr olaraq öyrənilir 
(Словарь  литературоведческих  терминов  2011).  Bu  isə  o  deməkdir  ki,  bir 
ədəbi-bədii  mətn  sadəcə  fonemlərdən,  morfemlərdən,  leksemlərdən, 
frazemlərdən,  söz  birləşmələrindən,  cümlələrdən  və  mürəkkəb  sintaktik 
bütövlərdən  ibarət  deyildir.  Və  ya  ədəbi-bədii  mətn  bütün  bunların 
birləşməsindən  ibarət  olan  bir  “söz  yığını  və  ya  monoton  cümlələr  birləşməsi” 
olaraq da öyrənilə bilməz (Musayev 2012: 286-287). 
 
57 
 
                                                                                                                                       

Yuxarıda  gətirilən  şeir  mətnində  istər  qavramları,  istər  özəl 
mətn qurucu işarələri, istərsə də sıradan digər anlayışları ifadə edən 
kəlmələr müxtəlif qrammatik şəkillərdə işlənilir. Bu səkillər və ya 
söz  formaları  cümlədə  ifadə  olunan  anlayışları  bir-birinə  bağlayr. 
Həmin söz formları dolğun anda simmetrik və asimmetrik səciyyəli 
ikili struktur-
semantik  kontekstdə  gerçəkləşən  bir  söz  dizimiylə 
şairin  düşüncələrinin  dərindəki  məzmun  planının  kommunikativ-
diskursiv  olaraq  açıqlanmasına  yol  açır.  Söz  forması  sadəcə  bu 
mətndə  deyil,  digər  mətnlərdə  və  ümumiyyətlə  dildə  və  danışıqda 
ünsiyyətin  gerçəkləşməsində  çox  mühüm  bir  rol  oynayır.  Türk 
dillərində  və  onlardan  biri  olan  Azərbaycan  dilində  isə  sözün 
formasının,  yuxarıda  da  göstərildiyi  kimi,  özünə  məxsus  bir 
sintaqmatik  sıralanma  mahiyyəti  və  ritmik  harmoniyası  vardır. 
Sözü
gedən  sintaqmatik  mahiyyət  türkoloji  dilçilikdə  yuxarda  dil 
modelləşdirilməsinə bağlı göstərilən aqqilitünativ özəlliklərə və ən 
çox  da  əsas  və  asılı  morfemlərin  danışıq  əsnasında  morflar  olaraq 
müəyyənləşən postpozisiyalı sıralanmasına əsasən öyrənilməlidir.   
Sözün  prefiks, suffiks, infiks 
  bütövlükdə  affiks  kimi  digər 
morfoloji  əlamətlərlə  gerçəkləşən  qrammatik  mənalarının 
müxtəlifliyi  ənənəvi  dilçilikdə  onun  şəkli  və  ya  forması  olaraq 
müəyyənləşdirilmişdir  (Стариченок  3008:  139).  Forma  sözün 
mütəmadi olaraq dəyişən şəkli deməkdir. Bu şəkil leksik mənasına 
görə bənzər, qrammatik mənasına görə isə fərqli səviyyələrdə olur 
və  ənənəvi  dilçilikdə  indiyə  qədər  əsas  etibarilə  iki  istiqamətdə 
öyrənilmişdir.  Birincisi,  sözügedən  fenomen  paradiqmatik  dil 
özəlliklərinə və ya hər hansı bir söz formasının sadə və mürəkkəb 
quruluşlu morfematik tərkibinə əasən işıqlandırılır. İkincisi isə söz 
şəkli  nitq  axınında  sintaqmatik  üzvlənməyə  əsasən  müəyyənləşən 
mənalı  bir  nitq  parçası  və  ya  müstəqil  bir  söyləm  və    söyləmin 
i
çərisində  yer  alan  bir  söz  forması  olaraq  araşdırılır.  Sözün  bütün 
formaları,  məsələn  ismin  hal,  kəmiyyət  və  mənsubiyyət 
kateqoriyaları  və  onlara  görə  müəyənləşən  qrammatik  mənaları 
onun paradiqmasını təşkil edir. Felin paradiqması növ, zaman, şəkil, 
inkar
lıq,  şəxs  və  s.  kateqoriylara  görə  müəyyənləşən  qrammatik 
 
58 
 

mənalardan ibarətdir. Sintaqmatik üzvlənməyə görə isə söz forması 
nitq axınında ya müstəqil bir söyləm, ya da bir söyləmin içərisində 
mənalı bir nitq parçası olaraq işlənilir. Məsələn, “Onlar qonşu kəndə 
tərəf  getdilər”  cümləsində  “onlar”  və”getdilər”  söz  formaları 
müstəqil,  “qonşu”  və  “kəndə  tərəf”  söz  formaları  isə  tək  bir 
söyləmin içərisində yer alır (Татaрская грамматика 1993:143). 
 
3.
3. Morfem anlayışı və termini haqqında  
“Morfem”  sözü yunan di
lindən  alınmış  bir  kəlmə  olub, 
lüğəvi mənası “morphé” ‘forma, şəkil’ deməkdir. Morfem fonem və 
leksemlə  bərabər  dilin  emik  fenomenləri  sırasında  yer  alır. 
Sözügedən  semioloji  işarə  müəyyən  bir  leksik  qavrayışı  və  ya 
qrammatik mənanı ifadə edir (ЛЭC 1990: 312). O, fonemdən fərqli 
olaraq  ikitərəfli  işarədir  və  ondan  sonra  gələn  ikinci  ən  kiçik 
müstəqil  dil  vahididir.  Morfemin  həm  ifadə  edəni,  yəni  fonetik 
tərəfi, həm də ifadə olunanı, yəni məzmun tərəfi vardır (DE 2006: 
444). 
Ənənəvi dilçilikdə morfem anlayışından çox da geniş istifadə 
olunmurdu  v
ə  nitq  hissələri  haqqındakı  elm  morfologiya 
adlandırılırdı.  Halbuki  morfem  anlayışı  morfologiya  qavramı  ilə 
paralel olaraq ortaya çıxmışdır. Morfem anlayışını dilçiliyə polyak 
əsilli  linqvist  İ.  A.  Boduen  de  Kurtene  gətirmiş  və  sözügedən 
anlayışdan  termin  kimi  ilk  dəfə  “Slavyan  dillərinin  müqayisəli 
qrammatikasının bəzi bölmələri” adlı əsərində istifadə etmişdir. O, 
dilin antropofonik və fonetik-morfoloji üzvlənmələrini bir-birindən 
fərqləndirmiş  və  onlarla  əlaqədar  olaraq  yazmışdır  ki,  birinci 
üzvlənmədə  dil  antropofonik  sözlərə,  bunlar  da  öz  növbəsində 
antropofonik  hecalara,  hecalar  isə  səslərə  bölünür.  Fonetik-
morfoloji  (semasioloji  və  sintaktik)  üzvlənmədə  danışıq  aktı 
cümlələrə və ya mənalı söyləmlərə, cümlələr mənalı sözlərə, sözlər 
isə  morfoloji  hecalara  və  ya  morfemlərə  bölünür  (Куртенэ 
1963:121). İ. O. Boduen de Kurtene iri həcmli əsərlərindən birində 
morfemə  belə  bir  tərif  vermişdir:  “…anlaşılan  sözlər  istər  cümlə 
üzvl
əri olsunlar, istərsə  də cümlədən qəti asılı olmasınlar, onlar bir 
t
ərəfdən  deyilənin  və  eşidilənin  arasıkəsilməz  ardıcıllığıdır,  digər 
 
59 
 

t
ərəfdən  isə  morfoloji  və  semasioloji  cəhətdən  bölünməz 
vahidl
ərdən  ibarətdir  ki,  onları  biz  morfemlər  adlandırırıq” 
(Куртенэ 1963:249).  
Morfem  çoxşaxəli  və  çoxtərəfli  bir  dil  vahididir.  Bu 
səbəbdəndir ki, dilçilikdə ona yanaşma çox müxtəlif olmuşdur. Belə 
ki,  morfem  cümlə  və  sözlə  birlikdə  semem  adlandırılmış  və 
“morfem  özündən  daha  kiçik  hissələrə  bölünməyən  morfoloji 
vahidir” tərifindəki “morfoloji” termini düzgün hesab edilməmişdir. 
Biz  bütün  bunları  sərf  nəzər  edərək  morfem  anlayışını  çağdaş 
dilçiliyin çox ünlü nümayəndələrindən biri Y. S. Maslovun (1908-
1977)  tərifinə  əsasən  qəbul  edirik.  O,  morfemə  belə  bir  tərif 
vermişdir: “Morfem dilin minimal və elementar ikitərəfli vahididir: 
morfemdə (a) müəyyən eksponent bu və ya digər mənaya bağlıdır, 
onun daşıyıcısıdır və (b) o özü kimi xüsusiyyətləri olan daha sadə 
hissələrə bölünmür”(Маслов 2005:131). Eksponent dilin ifadə planı 
deməkdir. Biz irəlidə Azərbaycan dilindəki morfemləri öyrənirkən 
morfem  anlyışını  sözügedən  anlamda,  ancaq  türk  dillərinin 
aqqilütinatif quruluşuna uyğun olaraq işlədəcəyik. Məsələn, flektiv 
dillərdə  və  rus  dilində  hecalar  da  morfem  olaraq  işlənilir,  türk 
dillərində isə bu, mümkün deyildir.  
 
3.4.  
Azərbaycan dili morfemlərinin morfematik təsnifi  
 
Morfemikada  sözün  ümumi  quruluşu,  onun  ayrı-ayrı  tərkib 
hissələri öyrənilir və dilin morfem inventarı müəyynləşdirilir. Söz, 
yuxarıda da göstərildiyi kimi,  kök-morfem, söz gövdəsi və ya əsası 
və söz şəkli olaraq leksik-qrammatik, fonetik, morfoloji, sintaktik, 
frazeoloji,  semantik,  üslubi,  konseptual  və  semiotik  özəllikləriylə 
işqlandırılır.  Sözün  qrammatik  şəkilçilər  olmadan  işlənilən  hissəsi 
onun  əsasını  təşkil  edir.  Qrammatik  şəkilçilərlə  işlənilən,  cümlədə 
və mətndə müxtəlif anlayışlar arasında əlaqə yaradan sözün bütünü 
onun forması kimi tərif edilir. Morfem isə ifadə və məna tərəflərinə 
malik,  fonem,  sentaksem,  leksem  və  frazem  kimi  emik  bir  dil 
vahididir. Morf morfemin normal danışıq atkında işlənilməsi və ya 
 
60 
 

onun  nitqdəki  morfoloji  təmsilidir.  Allomorf  isə  morfun  müəyyən 
məqam və mövqedə işlənilən variantıdır.  
Beləliklə,  Azərbaycan  dilində  morfemlər  leksik,  qrammatik 
və funksional baxımdan iki qismə bölünür: 
1.
 
Kök morfemlər;  
2.
 
Şəkilçi və ya birləşdirici morfemlər.  
Birincilərə  leksik  morfemlər  daxildir.  İkincilərə  isə  əsas 
etibarilə şəkilçilər daxil edilir. Təbii ki, belə bir təsnifləndirmə şərti 
olaraq  qəbul  edilməkdədir.  Belə  ki,  birləşdidrici  və  ya  asılı 
morfemlər  yalnız  şəkilçilərdən  ibarət  deyildir.  Yəni,  köməkçi  nitq 
hissələri,  özəlliklə  də  ədatlar  bütövlükdə  köməkçi  və  ya  asılı 
morfemlər olaraq da qiymətləndirilə bilər.  
Şəkilçi  morfemlər  leksik-qrammatik  funksiyalarına  görə  üç 
hissəyə bölünür:  

Sözdüzəldici  və  ya  leksik  şəkilçilər:  isimdən  isim,  feildən 
isim, isimdən feil və s. düzəldən şəkilçilər;  

Sözdəyişdirici  və  ya  qrammatik  şəkilçilər:  isimlərdə  hal, 
feillərdə zaman, şəkil, şəxs və s. şəkilçiləri;  

Formadüzəldici və ya leksik-qrammatik şəkilçilər: felin növ, 
feli  sifət,  feli  bağlama  və  s.  qrammatik  kateqoriyalarını 
formalaşdıran şəkilçilər. 
Sözdəyişdirici  və  formadüzəldici  şəkilçilər  kəlmə  köklərinə 
və  gövdələrinə  artırılaraq  sözün  şəklini  və  ya  formasını  əmələ 
gətirir. Hər hansı bir qrammatik formada müəyyənləşdirilən sözlər 
isə cümlənin konkret bir üzvü kimi meydana çıxır. İsimlərdə “cəm 
və  hal”,  feillərdə  isə  “şəxs,  zaman  və  şəkil”  formaları  qrammatik 
kateqoriyalar  olaraq  müəyyənləşdirilir.  Sözün  leksik-qrammatik 
şəkillənməsində  isə  gövdənin  şəkli  və  mənası  qrammatik  planda 
dəyişir.  Və  ortaya  çıxan  yeni  gövdə  sadəcə  leksik  deyil,  həm  də 
qrammatik bir mənanı ifadə edir.  
Beləliklə, qrammatik gövdə və ya şəkil quruluşuna aşağıdakı 
kateqoriyalar mübahisəsiz olaraq daxil edilə bilər:  

İsimlərdə: mənsubiyyət kateqoriyası; 
 
61 
 

 –
Sifətlərdə:  müqayisə  və  kiçiltmə  dədrəcələri  kateqoriyaları 
(alman dilində: komparativ, Osmanlı türkcəsində: derecei-itfal);  
– 
Feillərdə:  felin  növ,  məsdər,  feli-sifət  və  feli  bağlama 
kateqoriyaları. Sözdüzəltmə prosesində isə  şəkilçilər kökə, əsasa və  
ya 
gövdəyə artırılaraq yeni sözlər düzəldir.  
Dilçilikdə,  məlum  olduğu  kimi,  qrammatik  morfemlər 
ənənəvi  şəkildə  sözdəyişdirici  və  sözdüzəldici  şəkilçilər  olaraq 
təsnifləndirilməkdədir.  İndiyə  qədər  həm  orta,  həm  də  ali  məktəb 
praktikasında  sözügedən  mövzu  sözdəyişdirici  və  sözdüzəldici 
şəkilçilər  başlıqları  altında  öyrənilməkdədir.  Ancaq  türkoloji 
dilçilkdə  XX  yüzilin  son  qərinəsindən  etibarən  türk  dillərində 
şəkilçilərin  yuxarıda  göstərilən  üç  qrupa  bölünərək  öyrənildiyi  də 
bir  həqiqətdir.  Sözgedən  araşdırmalarda  türk  dillərində 
formadüzəldici  və  ya  leksik-qrammatik  şəkilçilərin  söz  kökünə  və 
ya əsasına qrammatik məna ilə bərabər, həm də bir leksik-semantik 
səciyyəli    “yan  anlam”  gətirdiyini  vurğulamaqdadırlar  (Dəmircan 
2003; Musaoğlu 2002: 230-258; 2008 a; 2008 b).  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin