1.3.1.2. Sosiolinqvistik-
filoloji araşdırmalar və fəaliyyətlər
Sosiolinqvistik araşdırmalar dilçilikdə əsas etibarilə XX
yüzilin 20-
ci illərindən bəri davam etdirilməkdədir. Sözügedən
araşdırmalarda “dil faktları ilə sosial faktorlar arasındakı əlaqələr,
bunların bir-birinə təsiri və bir-birinin variantı kimi ortaya çıxması,
başqa sözlə, bu iki növ fenomen arasındakı ekvivalentlik
öyrənilməkdədir” (Berge 1989: 204). Sosiolinqvistikanın yöntəm-
ləri həm dilçiliyin, həm də sosiologiyanın üslubları və konkret
imkanları əsasında formalaşır (ЛЭC 1990: 482). Dil və cəmiyyət,
dil və etnik-demoqrafik mədəniyyət, regional və sosial dialektlər və
ictimai səciyyəli müxtəlif dil amilləri və hadisələrinin bir-birinə
diaqlostik
təsiri nəticəsində ortaya bir çox qeyri-mütənasib hallar da
çıxır. Məsələn, ikidillilik və çoxdillilik ortamları nəticəsində hər
hansı bir dili danışanların say etibarilə azalması və həmin dilin
işlənilməsinin funksional imkanlarının daralması (Bosnalı 2007:
144) kimi məsələlər həmin qeyri-mütənasib hallara örnək olaraq
göstərilə bilər. Türk dillərinin regional ləhcələri, ağızları, sosial
dialektləri, ədəbi dillərindəki norma və normalaşmaları, müxtəlif
məkanlardakı birinci dil, ikinci dil, əcdad dil, rəsmi dil, ana dili
olma və işlənilmə problemləri də türkoloji dilçiliyin sosiolinqvistika
sahəsində açıqlığa qovuşdurulmalıdır.
Sovetlər Birliyi dönəmində türk dillərinə aid sosiolinqvistik
araşdırmalar, əsasən, rus dili və digər milli dillərin əlaqələri və
ikidilliliyi kontekstində, rus dilinin millətlərarası bir ünsiyyət vasi-
təsi olaraq problemlərinin çözümlənməsi istiqmətində aparılmışdır.
102
Yalnız “yenidənqurma” (perestroyka) dövründə həm ikidillilik, həm
də çoxdillilik ortamlarında digər milli dillərin də millətlərarası
ünsiyyət dili olma statusuna və azınlıq dillərin isə sosiolinqvistik
vəziyyətlərinə toxunulmuşdur. Həmin dillərin praktik olaraq
öyrənilə bilməsi üçün həmin dövrdə müxtəlif yayınlar, o cümlədən
terminoloji sözlüklər, danışıq kitabçaları, dərs vəsaitləri və kitabları
belə hazırlanmışdır (Koрмушин 1984: 4-5).
Türkiyədə isə sosiolinqvistik vəziyyət digər Türk Cümhuri-
yətlərindən və türk xalqlarının yaşadığı digər bölgələrdəki uyğun
vəziyyətlərdən fərqlidir. Türk dili və ya Türkiyə türkcəsi XI-XII
yüzillərdən etibarən Anadoluda bir üst və ya ortaq rəsmi dil səciy-
yəsi daşımışdır. Həmin dil XIV-XIX yüzillərdə Osmanlı türkcəsi
olaraq da eyni funksiyada işlənilmişdir. Türkiyənin əhalisinin
əksəriyyəti müsəlmandır. Buna görə də türk mənşəli olmayan
müsəlman əhalinin türk kimliyini və dilini müəyyən bir ölçüdə
Osmanlının mirası və çağdaş milli unitar dövlətin isə bir atributu
kimi qəbul etdiyi müşahidə olunur. Türk insanı ədəbi dil olaraq da
öncə Osmanlı türkcəsindən istifadə etmiş, indi isə çağdaş Türkiyə
türkcəsini işlətməkdədir. Cümhuriyət qurulduqdan sonra ulu öndər
Atatürkün direktivləri ilə başladılan dil inqilabı da Türk dilinə
əsasən həyata keçirilmişdir. Dil haqqında aparılan işlərin çoxu, hər
şeydən öncə, türk dilinin əcnəbi elementlərdən təmizlənməsi və
onların yerinə türkcə qarşılıqlarının işlənilməsi və yaradılması
fəaliyyətləri ilə sıx bağlı olmuşdur. Yeni qavramların, anlayışların,
elm və texnologiyanın inkişafına bağlı olaraq gündəlik işlənilən
sözlərin, terminlərin düzəldilməsi, onların işlənilməsinin təşviq
edilməsi dil fəaliyyətlərində geniş yer tutmuşdur. Türkologiyada dil
tarixinə və ona bağlı olaraq da müxtəlif türk şifahi və yazılı
mənbələrinin tənqidi mətnlərinin hazırlanmasına, xalq dilinin və
ağızlarının öyrənilməsinə dair işlər də indiyə qədər ən çox
Türkiyədə görülmüşdür. Türkiyədə, əsasən, ilk növbədə türk dilinə
görə müəyyənləşən milli dövlətin bir simvolu səciyyəsindəki
təkdilliliyə və ya türkcəyə dayanan standart bir ədəbi dil ortamı
mövcuddur. Çoxdillilik ortamları isə əvvəllər ən çox türkcə-
103
fransızca, indiysə türkcə-ingiliscə paralelli və təlim-tədris səciyyəli
ədəbi dillərin işlənliməsi durumu ilə bilinməkdədir. Ancaq son
illərdə kürdcənin və digər ana dillərinin də müəyyən sosial və tədris
ortamlarında, Türkiyə türkcəsi ilə bərabər, milli dillər olaraq
funksionallığını genişləndirdiyi müşahidə olunmaqdadır. Belə bir
vəziyyət Türkiyədə də sosiolinqvistik araşdırmaların aparılmasının
zəruriyyətini şərtləndirməkdədir.
Beləliklə, Türkiyə tükcəsi digər türk dillərindən ümumi
sosiolinqvistik vəziyyəti və funksional olaraq işlənilməsi
baxımından çox fərqlidir. O, hər şeydən öncə, birinci dil olaraq ana
dili daşıyıcılarının sayca çoxluğu və Avrasiya türkcələri
kontekstində ortaq bir ünsiyyət dili kimi işlənilə bilməsi özəllikləri
ilə həm türk dilləri, həm də çağdaş dünya dillərindən seçilir. Belə
bir seçkinlik aşağıda göstərilən amillərlə birbaşa əlaqədardır:
–
700 il boyunca böyük bir coğrafiyada bu və ya digər şəkildə
bir rəsmi dövlət dili statusunda olması;
–
XIX yüzilin ortalarından və ya tənzimat dönəmindən
etibarən başlayan dildə yenilənmə hərəkatı və buna bağlı olaraq da
bir milli-
ədəbi dil səviyyəsində müstəqil inkişafı;
–
Cümhuriyyət dövründə gerçəkləşdirilən dil inqilabı və türk
dilinə söykənən aqqilitünativ və mürəkkəb söz düzəltmə səciyyəli
söz yaradıcılığı prosesi ilə qavramlaşdırma və kateqoriyalaşdırma
işləri və ya cidd-cəhdləri;
–
Bütün rəsmi və rəsmi olmayan dil-danışıq və ya ünsiyyət
sahələrində tək bir ədəbi dilin işlənilməsinin funksional imkanlarına
və linqvistik özəlliklərinə sahib olunması.
Bütün bunlarala bərabər, Türkiyə türkcəsi ən çox çağdaş
filologiya elminin bilinci və ya dilçilikdə ortaya çıxan yeni
linqvistik nəzəriyyələrə, metodologiyalara və yöntəmlərə bələdliklə
kifayət qədər araşdırılmamışdır. O, təəssüflər olsun ki, indiyə qədər
ən çox ənənəvi dilçilikdən türkologiyaya miras qalmış klassik
metodlarla öyrənilmişdir. Bunun nəticəsində türkoloji dilçilik elmi
dilçilikdəki çağdaş inkişaf təmayüllərindən, nəzəriyyə və
yöntəmlərindən müəyyən qədər ayrı qalmışdır.
104
Yuxarıda göstərildiyi kimi, digər türk dillərinə dair Sovetlər
Birliyi dövründə görülmüş olan dilçilik işlərində sözügedən xüsus
bir qədər başqa şəkildə də qiymətləndirilə bilər.
Ancaq həmin dillərdə də çağdaş dilçiliyin nəticələrindən
kifayət qədər yararlanıldığını və yöntəmlərinin isə lazımi səviyyədə
və bilincli olaraq tətbiq edildiyini söyləmək mümkün deyildir. Bu
da istər bütün Türk dünyasında, istərsə də Türkiyədə dil və
cəmiyyət, dil və etnik-demoqrafik mübadilə kimi əlaqələri digər
sosial elmlərin imkanları ilə öyrənən sosiolinqvistik araşdırmaların
ortaya çıxmasına və yayğınlaşdırılmasına mane olmuşdur. Halbuki,
Türkiyədə sosiolinqvistik səciyyəli araşdırmaların indiyə qədər
yerinə yetirilmiş olması, digər Avrasiya türkcələrinin işlənilmə və
funksional özəlliklərinin müəyyənləşdirilməsi və dil-danışıq
sahələri daralmalarının öyrənilməsi baxımından çox yararlı olardı.
Bu baxımdan çağdaş Hind-Avropa dilçiliyindəki linqvistik ənənəyə
dayanaraq türk dilinin İrandakı sosiolinqvistik durumunun
öyərənilməsi (Bosnalı 2007: 11-124) çox sevindiricidir.
Qeyd olunmalıdır ki, Sovetlər Birliyi dağıldıqdan sonra böyük
Türk
ədəbi dillərinin və o sıradan Azərbaycan dilinin Avrasiya və
bütün dünya coğrafiyasında ana dili, birinci, ikinci və üçüncü dillər
kimi işlənilməsi getdikcə genişlənməkdədir.
1.3.1.2.1. M
ühacir və ya diaspor türk yazı-danışıq dilləri
Bunlar Sovetlər Birliyi dağılana qədər əsas etibarilə Qərbi
Avropada, C
ənubi Afrikada, Şimali və Cənubi Amerikada və
Avstraliyada evd
ə ana dili, ikidilli və çoxdilli ortamlarda isə ikinci
v
ə üçüncü dil kimi işlənilirdi. Sözügedən sosiolinqvistik ortamlarda
böyük türk dillərindən indiyə qədər ən çox Türkiyə, Azərbaycan,
tatar v
ə uyğur türkcələrinin işlənildiyini söyləmək mümkündür.
Bütövlükdə isə həmin ədəbi danışıq dillərinin sayı ondur. Daha
doğrusu, yuxarıda göstərilən siyahıya daşıyıcısı 1 milyonun
üzərində olan aşağıdakı yayğın dilləri də daxil etmək olar:
-
Qazax türkcəsi;
-
Qırğız türkcəsi;
105
-
Özbək türkcəsi;
-
Başqırd türkcəsi;
-
Türkmən türkcəsi;
-
İraq türkməncəsi.
Bununla b
ərabər, yuxarıdakı təsnifləndirmədə göstərilən
dig
ər türk ədəbi dilləri və dialektlərinin də Sovetlər Birliyinin
süqutundan sonra dil-
işlənilmə durumunun getdikcə dəyişdiyi indi
artıq bir sirr deyildir. Statistik olaraq istər birinci, istərsə də ikinci
qrupa daxil olan diaspor s
əciyyəli türk yazı-danışıq dillərinin
müxtəlif dünya ölkələrində işlənilmə-yayılma sahələrinin
genişləndiyi müşahidə olunmaqdadır (Musaoğlu 2007: 22-27).
Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkəsində bu gün geniş
yayılan türk xalqları və türkdilli toplumların diaspor və lobiçilik
hərəkatı 2000-ci illərdən etibarən getdikcə güclənməkdədir.
Dünyanın müxtəlif ölkələrində türk xalqlarının sivil təşkilatları,
dərnəkləri, cəmiyyətləri, qrumları, qrupları və s. yaradılmaqdadır.
Məsələn, indi Azərbaycanlıların Rusiya Federasiyasında, keçmiş
Sovetlər Birliyinin digər respubliklarında, Avropada, Amerikada və
dünyanın
müxtəlif
bölgələrində
yaradılan
“Azərbaycan
cəmiyyətləri” bunun parlaq bir nümunəsi olaraq göstərilə bilər.
Azərbaycan diaspor və lobiçilik hərəkatını dünyada bir bütün
olaraq ulu öndər Heydər Əliyev Azərbaycan respublikasının mstə-
qillik illərində yaratdı. Ulu öndər həmin hərəkatı rəsmi və qeyri-
rəsmi müəssisələrilə bir böyük “milli Azərbacançılıq axını” olaraq
formalaşdırdı. Ana vətən Azərbaycanda xaricdə yaşayan Azərbay-
canlılarla bağlı olaraq nazirlik səviyyəsində bir “Dövlət komitəsi”
quruldu. Həmin komitə bu gün xaricdə yaşayan Azərbacanlıların
mədəni-kütləvi fəaliyyətlərini əlaqələndirir. 2001-ci ildə ulu öndərin
şəxsi təşəbbüsü və fəaliyyəti ilə birinci “Dünya Azərbaycanlıları
Qurultayı” keçirildi.
Qurultayda ulu öndər Heydər Əliyev öz tarixi çıxışını elədi.
O, Azərbacançılıq qavramının ideoloji-siyasi əsaslarının
nədən ibarət olduğunu konkret olaraq göstərdi və özünün məşhur
106
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” yolgöstərici hikmətli
sözünü söylədi.
İkinci “Dünya Azərbaycanlıları Qurultayı” 2006-cı ildə, üçün-
cü “Dünya Azərbaycanlıları Qurultayı” isə 2011-ci ilin iyun ayında,
əvvəki qurultaylar kimi, Bakıda keçirildi. Azərbaycan Respub-
likasının prezidenti İlham Əliyev hər iki qurultayda çıxış elədi.
İlham Əliyev çıxışlarında dünya Azərbaycanlıları diaspor
hərəkatının əldə etdiyi nəticələrdən və bəzi nöqsanlardan da bəhs
etdi. O, ayrılıqda Azərbaycan və bütövlükdə Türk-Azərbaycan lobi-
çiliyinin in
kişafından danışdı və qarşıda duran tarixi vəzifələrin
nədən ibarət olduğunu göstərdi. Son qurultayda xarici ölkələrdə
fəaliyyət göstərən Azərbaycan dərnəkləri, vəqfləri, müxtəlif cəmiy-
yətləri və s. təşkilatlarının birlikdə hərəkət etməyinin zəruriyyətini
özəlliklə vurğuladı. Və onların hamısının həmin ölkələrdəki Azər-
baycan səfirlikləri ilə birgə fəaliyyət göstərməli olduğunu tövsiyə
etdi.
Digər Türk Cümhuriyyətlərində də sözgedən qurultaylar indi
həmin ölkələrin paytaxt şəhərlərində mütəmadi olaraq keçiril-
məkdədir. Məsələn, “Dünya Qazaxları, Qırğızları, Türkmənləri,
Özbəkləri” və s. qurultayları.
Bu qurultaylar və sözügedən istiqamətdə həyata keçirilən
digər mədəni-kütləvi fəaliyyətlər bütün dünyada ümumtürk diaspor
və lobiçilik hərəkatının artıq bütövlükdə ümumi ana xətlərilə rəsmi
xarakter alaraq müəssisələşdiyini təsdiq edir. Belə bir hərəkatın güc-
lənməsi isə dünyanın müxtəlif regionlarında ümumtürk dilinin ayrı-
ayrı türk ana dilləri olaraq qorunması, öyrənilməsi və tədris olun-
masını şərtləndirir. Həmin yerlərdə türk dillərində bazar günləri
məktəbləri açılır, qəzetlər, jurnallar yayımlanır, elektron yayımlar
ger
çəkləşdirilir; müxtəlif mərasimlər, müsamirələr, görüşlər, dini və
milli xarakterli bayram tədbirləri keçirilir. Məsələn, Novruz,
Müstəqillik günü, Qurban və Ramazan bayramları və s. olaraq. Baş-
qa bir sözlə, türk dilləri artıq həm yazılı və şifahi, həm də elektronik
ortamda ortaq bir ünsiyyət vasitəsi yerində istifadə olunmağa
başlayır.
107
Belə bir dil-danışıq konteksti mahiyyət etibarilə yeni konsep-
tual diskurs ortamları yaradır. Əgər belə demək mümkündürsə, türk
ana dilləri ayrılıqda ikinci, üçüncü və dördüncü dil olaraq artıq
təkcə etnik-məişət və ya dialektlərüstü dil-danışıq səviyyələrində
işlənilmir. Yəni onlar getdikcə sadəcə danışıq dili və ya dialekt-
ləhcə olmaqdan çıxır. Daha doğrusu, həmin dillər artıq rəsmi e-
türkcə (Türkiyə türkcəsi) və ya -Azərbaycanca, -özbəkcə, -qazaxca,
-
qırğızca, -türkməncə, -tatarca, -uyğurca, -başqırdca, -yakutca, -
çuvaşca və bütövlükdə ümumtürkcə səviyyəsində bir millətlərarası
ünsiyyət vasitəsi olaraq işlənilməyə başlayır. Bu isə ayrılıqda türk
dillərinə, bütövlükdə isə ümumtürk dilinə yeni bir ədəbi və rəsmi
ortaq dil ola bilmə statusu qazandırır.
108
II F
əsil
Konseptual-
funksional qrammatika anlayışı və türkoloji
dilçilikdə yeni tədqiqatlar
Öncə funksional qrammatika anlayışı və ya alt qavramının nə
olduğuna bir də diqqət yetirək. Bu alt qavram və ya qavrayış
(konsept) konkret bir qrammatika sah
əsi və ya növü yerində dilin
m
ətn, cümlə, cümlə birləşmələri, müxtəlif morfoloji-sintaktik
quruluşlar və s. kimi dil-nitq vahidləri və diskurslarının qarşılıqlı
funksiyalarını və onların işlənilmə qaydalarını ehtiva edir.
Funksional qrammatikada müxt
əlif dil səviyyələrindən təşkil olunan
linqvistik sistem qu
ruluş (struktur) qurucu komponentlərinin
semantik v
əzifələrinin qarşılıqlı birliyi əsasında işıqlandırılır.
Ümumtürk dilinin linqvistik-kommunikativ sistemi, h
ər şey-
d
ən öncə, saitlərin və samitlərin qarşılıqlı səs uyumuna, sözdüzəl-
dici, sözd
əyişdirici və formadüzəldici şəkilçilərin aqqilütinativ
sırasına və “kəlmə mürəkkəbləşməli” yönümlü söz yaradıcılığına
gör
ə müəyyənləşdirilir. Göstərilən sistem qrammatikal, aspektual və
konseptual olaraq qurulur. Cüml
ə üzvlərinin mübtəda-tamamlıq-
x
əbər sıralı simmetrik və daha geniş bir müstəvidəki təyin-
mübt
əda-təyin-tamamlıq-zərflik-xəbər səciyyəli
genişlənən
asimmetrik sıralanmasının da rolu burada yox deyildir.
1960-
cı illərdən başlayaraq dilin semantikasına, funksiyasına,
quruluşuna, antropologiyasına və işlənilməsinə dair yuxarıda göstə-
ril
ən dilçilik məktəblərində aparılan mübahisələr bu və ya digər
şəkildə günümüzə qədər davam etməkdədir. Ancaq dilçiliyin
bugünkü metalinqvistik açıqlanma mərhələsində yeni bir dönəmə
girilmişdir. Belə ki, yuxarıda göstərilən birinci məktəbə daxil olan
işlərin və ikinci qrupda yer alan nəzəri və praktik dilçilik
araşdırmalarının bir yerdə tətbiq oluna bilən funksional-konseptual
c
əhətləri üzərində durulmaqdadır. Buna bağlı olaraq konseptual-
funksional qrammatika anlayışının konseptual qisminin aşağıda
örnəklərlə açıqlanmasına keçmədən öncə, klassik “funksional
qrammatika” qavramının əsas parametrləri və prinsiplərinin nə
109
oldu
ğunun qısaca olaraq bir daha aydınlaşdırılmasının faydalı
olduğunu düşündük. Və həmin linqvistik parametrləri və prinsipləri
sadə cümlənin və bədii mətn örnəklərinin paradiqmatik və
sintaqmatik olaraq aktual-
konseptual üzvlənməsi və semiotik
işarətlənməsi timsalında aşağıda göstərdik (Musayev 2011: 37-39).
2
.1. Sadə cümlənin qrammatik-semantik və aktual-
konseptual paradiqması
Cümlədə və mətndə söz qrupları və cümlə üzvləri indiyə
qədər ənənəvi olaraq nitq hissələrinə və cümlə komponentlərinin
arasındakı sintaktik əlaqələrə görə öyrənilmişdir. “Mübtəda, təyin,
tamamlıq, zərflik və xəbər və ya baş cümlə-budaq cümlə” ənənəvi-
qrammatik üzvlənməsi tədris sistemində əsas rol oynamışdır.
Sözügedən sintaktik vahidlərin semantik-funksional parçalar olaraq
öyrənilməsi isə 1970-ci illərdən başlayaraq tədris və təhsil
sistemində getdikcə daha geniş yer tutmuşdur (Abdullayev 1999:
89-
124). Sintaktik vahidlər cümlə üzvlərinin aktual üzvlənməsinə
görə yeni linqvistik terminlərlə adlandırılmışdır: tema (thema: yun.
verilmiş, bəlli olan) və rema (rhema. yun. kəlmə, söylənilən,
diqqətə aldırılan). Müasir funksional qrammatikada sintaksis və
mətn bölmələrinin tərtib olunmasının əsas prinsilərindən biri
cümlənin və ya mətn komponentlərinin konkret bir sintaqmatik
sistem təşkil etməsi ilə bağlıdır. Beləliklə, dilin və ya dillərin
sintaqmatik olaraq işlənilməsinə görə funksional bir qrammatikanın
hazırlanması dilçilikdə 1960-cı illərdə ortaya çıxmış, 1970-ci illərdə
isə tədbiq olunmuışdur. Sadə cümlə əsasında türk dillərinin, o
sıradan Azərbaycan dilinin həm ənənəvi-paradiqmatik, həm də yeni
sintaqmatik araşdırma-öyrənilmə mərhələləri aşağdakı sxemdə
göstərildiyi şəkildə müəyyənləşdirilə bilər.
110
SXEM 1
T R
Tələbə//kitabı oxudu
Paradiqmatik
1. Morfologiyaya görə:
2.
Sintaksisə görə:
İ
1
M
İ
4
T
F
X
Sintaqmatik
3. Semantikaya görə:
4. Semantik-funksional
üzvlənməyə görə
S
T
O
P
R
Konseptual-
semiotik
5. Konsept
ə (qavrama)
gör
ə
6. Semiotikasına görə
İ
K
“Tələbə kitabı oxudu” cümləsində morfologiyaya görə
model
ləşdirmədə isimlərin, yəni adların hansı hal şəkilçiləri ilə
işlənildiyi “Nom. ‘adlıq’ + Gen. ‘yiyəlik’ +Dat. ‘yönlük’+ Akk.
‘təsirlik’ +Lok. ‘yerlik’+Abl. ‘çıxışlıq’ sırası ilə işarələnmişdir:
İ
1
-
adlıq halı;
İ
4
-
təsirlik halı;
F-feil.
Sonraki modelləşdirmələrdə isə M- mübtədanı, T-tamamlığı,
X-
xəbəri; S-subyekti, O-obyekti, P-predikatı; T-temanı, R-remanı,
İ-diskursiv-semiotik mahiyyətdəki özəl mətnqurucu işarəni, K isə
konsepti v
ə ya qavramı göstərir. Sözügedən birinci və ikinci
modelləşdirmələr hər hanısı bir dilin sintaktik sisteminin
paradiqmatik olaraq gerçəkləşən semantik və semantik-funksional
mərhələlərinin əsasını təşkil edir. Birinci və ikinci modelləşdirmələr
dilin konkret quruluşunu, üçüncü və dördüncü modelləşdirmələr
onun semantik və funksional işlənilmə mahiyyətini, beşinci və
altıncı modelləşdirmələr isə dilin konseptual hərəkət nöqtəsini və
semiotik işarələnmə mahiyyətini ifadə edir
9
. Sözün tam mənasınada
9
Burada konseptual h
ərəkət nöqtəsi “oxumaq” qavramı və ya fəaliyyətindən,
semiotik işarələnmə mahiyyəti isə “kitab//yazı” fenomenindən və ya özəl mətn-
qurucu işarətindən ibarətdir. Məlum olduğu kimi, Qurani-Kərim peyğəmbərimizə
111
türkcənin funksional bir qrammatikasının hazırlanması birincilərdən
ikincilərə, ikincilərdən birincilərə və onların hər ikisindən
üçüncül
ərə keçidlərlə yerinə yetirilə bilər.
Funksional-
konseptual
və
ya
konseptual-funksional
qrammatika anlayışı bəlli qavramlardan semantik-funksional
sahələrə, oradan da dilin fonetik-fonoloji, morfoloji-sintaktik,
leksik-leksikoloji, lekskoqrafik-frazeolo
ji sistemlərinə ierarxik
keçişlərə bağlı olaraq açıqlanmalıdır. Daha doğrusu, hər hansı bir
dilin konseptulal-
funksional qrammatikası günümüzdə və gələcəkdə
koqnitv və kompüter-mühəndis dilçiliyi yönümləri və yöntəmlərinin
tətbiq olunması ilə hazırlana bilər.
Türk dill
ərinin, o sıradan Azərbaycan dilinin Türkiyə
türkcəsi əsasındakı yeni bir cümlə üzvləri təsnifləndirməsi isə atalar
sözlərimizin sintaktik-mətnlinqvistik özəlliklərindən hərəkətlə sadə
cümlə örnəyində mümkün ola bilən bir semantik-funksional
sıralanma ilə formullaşdırıla bilər.
“Hira mağarası”nda olduğu vaxt Alaq surasinin beş ayəsilə nazil olmuşdur.
H
əmin vaxt ona peyğəmbərlik vəzifəsi verilmişdir. O, bu vəzifəyə sözügedən
sur
ənin ilk ayəsini oxumaqla başlamışdır. (Şəntürk., Yazıçı 2009: 55)
112
SXEM 2
M+T/Z+X=(M=T+Z+X; Z+T=M+X; T=Z+X; Z=T+X və s.)
M=mübtəda
T= tamamlıq
Z=zərflik
X=xəbər
T (M) R (TZX)
1.
Dost = acı söyler (Türk.)
Süyji dil =ýylanı hininden çykarar (Türkmən.)
Aqil = bozorda sotilmaydi (Özbək.)
T(ZT) R(MX)
2.
Sürüden ayrılan koyunu = kurt kapar (Türk.)
Sürüdən ayrılan qoyunu =qurd yeyər (Azərb.)
Sürüden aza
şan goynu =gurd alar (Türkmən.)
Podadan ayrilgan qo’yni =bo’ri yer (Özbək.)
Bölingendi =böri ceydi(Qazax.)
T(T) R(ZX)
3.
Ayağını = yorganına göre uzat (Türk.)
Ayağını = yorğanına görə uzat (Azərb.)
T(Z) R(TX)
Yorgana görä = ayak uzat (Türkmen.)
Körpängä
karap = ayak uzat (Özbək.)
Körpeňe qaray = ayağıňdı kösil (Qazax.)
Dostları ilə paylaş: |