Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

3.3.4. 

Qablaşdırma və

 markalanma  

 

Konyakın  qablaşdırılması  və  markalanması  13741-91  saylı 



QOST-a uyğun aparılır. Konyaklar standartda nəzərdə tutulmuş I

III, XIV tipli butulkalara, həmçinin fiqurlu və suvenir butulkalara 

doldurulur. 

KK  qrup  markalı  konyaklar  tutumu  100  sm

3

  olan  III  tipli 



butulkalara, tutumu 50 sm

3

 olan I tip, həmçinin fiqurlu və suvenir 



butulkalara və bədii tərtibatlı qablara doldurula bilər.  

Konyak butulkaya “həcmə görə” doldurulur. 20±0,5

0

C tempe-


raturda  ayrı-ayrı  butulkaların  nominal  tutumundan  yol  verilən 

kənara çıxmalar belə olmalıdır: 

±5,0 sm

3

 tutumu 700-750 sm



3

 olan butulka üçün

±4,0 sm

3

 tutumu 500 sm



3

 olan butulka üçün; 

±3,0 sm

3

 tutumu 200-300 sm



3

 olan butulka üçün; 

 ±1,5 sm

3

 tutumu 100 sm



3

 olan butulka üçün; 

±1,0 sm

3

 tutumu 50 sm



3

 olan butulka üçün. 

Hazırlayan müəssisədə “həcmə görə” doldurulma aparıldıqda 


320 

dolma səviyyəsini yoxlamaq üçün 25 butulka üzrə 20±5

0

C tempe-


raturda nominal tutumundan orta kənara çıxmalar aşağıdakılardan 

artıq olmamalıdır: 

0,5% tutumu 200-750 sm

3

 olan butulka üçün; 



1,0% tutumu 100-50 sm

3

 olan butulka üçün. 



Tutumu  100  sm

3

  olan  konyak  butulkaları  mantar,  kombinə 



edilmiş mantar, polietilen mantar, alüminium qalpaqla bağlanır.  

Mantar,  polietilen  yaxud  kombinə  edilmiş  mantar  tıxaclara 

üstdən alüminium qalpaq taxılır. 

50-100 sm

3

 tutumu olan butulkalar alüminium qalpaq yaxud 



arakəsməli ayırıcı həlqə ilə ayrılmış alüminium qalpaqla bağlanır. 

250 sm


3

 və daha böyük tutumlu konyak butulkaları etiket və 

boyunbağı, 50-100sm

3

  tutumlu  və  III  tip  butulkaya  doldurulmuş 



konyaklar  –  etiket,  yaxud  kombinə  edilmiş  boyunbağılı  etiketlə 

tərtib olunur. 

Etiketdə aşağıdakılar göstərilir: 

 



Konyakın adı; 

 



Hazırlayıcı-müəssisənin  adı  (vərəqin  üzündə  yaxud  arxa 

tərəfində); 

 

Butulkanın tutumu, dm



3



 

Etil spirtinin həcmdə payı,%; 

 

Konyak spirtinin yaşı (xüsusi konyaklar və markalar üçün); 



 

Standartı;  



 

Doldurulma tarixi (üz və  ya arxa hissəsində) 200 sm



3

  və 


çox tutumlu butulkalar üçün. 

Boyunbağıda  ulduzcuqların  miqdarı  yaxud  konyakın  adı 

yazılır. 

Kolleksiya konyakları butulkasına əlavə yarlıq yapışdırılır və 

orada “Kolleksiya”. Kolleksiyada əlavə olaraq – il yetişdirilmişdir 

yazılır. 

Müəssisə  butulkaya  əks  etiket,  bədii  tərtibatlı  lent  yapışdıra 

bilər  və  orada  əlavə  məlumatlar,  o  cümlədən  aşağıdakılar  əks 

etdirilə bilər: 

 



əmtəə nişanı; 

321 

 



müəssisənin yaradılma tarixi; 

 



reklam xarakterli informasiya; 

 



butulkanın sıra sayı; 

 



kodlaşdırma nişanı. 

Konyak  butulkaları  büzməli  kardon  qutulara,  butulkalarda 

qida mayeləri üçün çoxqat ağac qutulara, qab-avadanlıqlara, butul-

kalar  üçün  çoxqat  plasmas  qutulara,  həmçinin  bədii  tərtibatlı 

suvenir qutulara qablanır.  

Ordinar konyaklar doldurulmuş butulkalar ağac qutu və qab-

avadanlığa qablandıqda kağızla tamamilə yaxud etiketi örtən zolaq 

şəklində bükülür. Əgər butulka şəhər daxilində daşınarsa, o zaman 

ordinar konyak butulkalarının kağıza bükmədən qutulara qablan-

ması aparıla bilər. Markalı yaxud kolleksiya konyak butulkalarını 

kağızla (sellafonla) tamamilə bükürlər. 

Büzməli kardon qutular üçün klapan və qapaq çıxıntıları kağız 

əsasında yapışqan lentlə yaxud polietileni lentlə örtülür.  

Büzməli kardon qutuların nəql edilmə markalanması (14192-

96 saylı QOST-a uyğun) fərqləndirici nişan vurulmaqla aparılır: 

“Qırılandır. Ehtiyatlı ol”, “Yuxarı”, “Nəmlikdən qoru”. Qutulara 

aşağıdakı ifadələr əlavə edilir: 

 



müəssisənin adı; 

 



konyakın adı; 

 



butulkanın tutumu, dm

3



 

yük yerinin kütləsi, kq. 



İxrac olunan konyakın qablaşdırma, markalanması 12494-77 

saylı  QOST-a  və  xarici  iqtisadi  təşkilatların  tələblərinə  uyğun 

aparılır.  

 

3.5. 



Konyakın nə

ql etdirilm

ə

si, 

saxlanması 

v

ə

 

saxtalaşdırılması

 

 

Konyak  butulkaları  qutu  və  qab-avadanlıqlarda  bütün  nəq-



liyyat növləri ilə yükdaşımanın qaydalarına uyğun, həmçinin qab 

322 

avadanlıqlarda avtomaşın nəqliyyatı ilə nəql etdirilə bilər.  

Konyak butulkaları anbar binalarında 5

0

C-dən aşağı olmayan 



temperaturda saxlanır.  

Konyakın  doldurulmadan  sonra  butulkalarda  təminatlı  sax-

lanma  müddəti  2  ildir.  Əgər  bu  müddətdə  konyakda  bulanlıq, 

yaxud  görünən çöküntü əmələ gəlməzsə, o zaman onlar gələcək 

saxlanma və realizə üçün yararlı hesab olunur.  

Konyaklar  daha  çox  saxtalaşdırılan  tünd  alkoqollu  içkilər-

dəndir. Çünki, baha olmaqla istehlakçıların onlara təlabatı vardır.  

Konyakların əsas saxtalaşdırılma vasitələrinə aşağıdakılar aid 

ola bilər: 

-

 



Su ilə durultma; 

-

 



Konyak spirtinin bir qədər, yaxud tamamilə qida etil spirti, 

yaxud texniki spirtlə əvəz olunması; 

-

 

Keyfiyyətli  konyakın  az  müddət  yetişdirilmiş  içkilərlə 



əvəz olunması; 

-

 



Palıd  qırıntılarının  miqdarının  artırılması  ilə  konyakın 

yetişdirilmə prosesinin tezləşdirilməsi; 

-

 

Konyak  spirtinin  qızıdırlması  hesabına  konyakın 



yetişdirilmə prosesinin tezləşdirilməsi; 

-

 



Süni ətirləşdiricilər (“brendi”) vurulması. 

Saxtalaşdırılmış  içkiləri  aşağıdakı  göstəricilərə  görə 

fərqləndirmək olar: 

-

 



qədəhə  natural  konyakı  süzdükdə  əmələ  gələn  yaşıl 

çalarlara  görə.  Bu,  onunla  izah  olunur  ki,  palıd  çəlləklərdə 

yetişdirildikdə xlorofil konyak spirtinə keçir

-

 



yasəmən aldehidinin vanilinə nisbəti ilə ordinar konyaklar 

üçün bu göstərici 0-1 arasında, markalılar üçün isə daha yüksək 

ola bilər;  

-

 



Metanolun miqdarına görə, belə ki, konyak spirti adi spirtə 

nisbətən metanolun daha yüksək miqdarına malik olur. Bu 20-120 

mq% arasında tərəddüd edir; 

-

 



Saxtalaşdırılmış konyakda aşı maddələri (polifenollar) çox 

az olur yə ya heç olmur. 



323 

Mümkün saxtalaşdırmaları identifikasiya etmək üçün müxtəlif 

metodlardan istifadə olunur: orqanoleptik, fiziki-kimyəvi, sadə və 

mürəkkəb. 

Konyakın saxtalaşdırıması onun aşkarlanma səbəblərinə görə 

daha çox mürəkkəblik kəsb edir. Birinci, konyak elə içkini adlan-

dırmaq olar ki, yalnız müəyyən coğrafi bölgədə - Fransanın Kon-

yak  bölgəsində  istehsal  olunsun.  Digər  ölkələrin  konyakları  nə 

qədər yaxşı olsa da konyak içkiləri yaxud brendi (Brandy) adlan-

sada  –  bu  hüquqi  saxtalaşdırma,  başqa  sözlə  ticarət  markasının 

yaxud müəlliflik hüququnun pozulmasıdır. Son nəticə sadə isteh-

lakçı  üçün  bu  içkinin  necə  adlanması  deyil,  onun  dadı  və 

keyfiyyətidir.  

İkinci bir tərəfdən ticarətdə konyak və konyak içkilərinin əsa-

sını konyak spirti, yəni üzümün qıcqırdılmasından alınan şərabın 

destilləsindən  əldə  olunan  material  təşkil  edir.  Belə  spirt  kifayət 

qədər intensiv dad və ətri ilə seçilir. Onun bir qədər işlənməsi ilə 

(məsələn,  çay  şərbəti  əlavə  etməklə)  təcrübəsiz  istehlakçını 

asanlıqla aldatmaq mümkün olur. Üçüncü saxtalaşdırıcılar konyak 

spirtini  tədqiq  etmək  üçün  normativ  bazanın  təkmilləşdirilmə-

məsindən  istifadə  edirlər.  Konyakın  keyfiyyəti  bu  halda  içkinin 

dad və ətrinə baxmaqla orqanoleptik metodla təyin olunur. 

Bəzən  cavan  konyak  spirti  süni  yolla  rənglənir  və  sintetik 

ətirləşdiricilərlə  (məsələn,  vanilin  yaxud  linalolla)  ətirləşdirilir, 

markalı  konyak  hətta  çox  hallarda  kolleksiya  (25  ildən  çox 

yetişdirilmiş spirtdən) konyakı kimi realizə edilir.  

Kimyəvi planda konyak içkiləri maddələrin mürəkkəb qarışığı 

olub,  burada  yetişdirmə  zamanı  palıddan  ekstraksiya  olunan  və 

sonradan əmələ gələn maddələr toplanmış olur. Bununla əlaqədar 

olaraq yaxşı yetişdirilmiş konyak çəllək taxtalarından nüfuz edən 

aşı maddələrinə - ploifenollar və flavon törəmələrinə və yetişdirmə 

zamanı  əmələ  gələn  metil  və  etil  efirləri  və  ali  yağ  turşularına, 

həmçinin ətirli birləşmələrə, terpenoidlərə malik olur. Bəzi konyak 

içkiləri  məxsusi  ətirləşdirilir,  məsələn  vanilinlə  işlənir.  Içkinin 

dadını  müəyyən  edən  maddələr  (aşı  və  flavon  törəmələri)  təyin 


324 

oluna bilsə də bu içkinin yaşını əks etdirmir.  

Konyak içkilərinin ətrinin təyini metodikası şərab və spirtsiz 

içkilərdən fərqlənmir.  

Konyakın  komponentlərinin  identifikasiyası  zamanı  məlum 

olur ki, yetişdirilən içkilərin buketi ordinarlardan zəngindir. Xra-

matoqrammada  ordinar  konyaklarda  yalnız  terpenoidlər  (simvol 

və  terpeniol)  identifikasiya  olunur  ki,  bu  da  cavan  konyak  spirti 

üçün  səciyyəvidir.  Yetişdirilmiş  konyakın  ətrində  daha  çox 

miqdarda yağ turşularının uçucu efirləri olur.  

Beləliklə, konyak içkilərinin keyfiyyətini içki üzərindəki hava 

buğ  fazasını  tədqiq  etməklə  bilmək  olar.  Qaz  xramotoqrafiyası 

yaxud  hava-buğ  fazasının  xramato-kütlə-spektrial  analizlərində 

məqsəd içkilərin keyfiyyətinin etibarlı təsdiqidir.  

Konyakların  identifikasiyasında  əhəmiyyət  kəsb edən  fiziki-

kimyəvi göstəricilərdən tündlük və şəkərin kütlə payını göstərmək 

olar.  Spesifik  göstəricilərə  isə  metanolun  miqdarı,  ali  spirtlərin 

efirləri, yasəmən aldehidinin vanilinə nisbəti aiddir.  

Metanola  görə  konyak  istehsalı  üçün  istifadə  olunan  spirtin 

növü müəyyən olunur. Konyak spirtində metanolun miqdarı rekti-

fikasiya olunmuş spirtə nisbətən xeyli çox olur.  

Konyakın  yaşının  yaş  indeksinə  görə  müəyyən  olunması 

tövsiyə  edilir.  Bu,  yasəmən  aldehidinin  vanilinə  nisbəti  və  ali 

spirtlərin efirlərinin miqdarı ilə müəyyən olunur. Yaş indeksi kimi 

konyak  spirtinin  bütün  yetişdirilmə  dövründə  toplanan  yasəmən 

aldehidinin intensivliyi qəbul olunmuşdur. Yetişdirmə müddəti nə 

qədər çox olursa bu göstərici də bir o qədər yüksək olur. Ordinar 

konyaklarda yaş indeksinin dəyişməsi aşağı, markalı və kolleksiya 

konyaklarında xeyli yüksəkdir (9-a qədər). Yasəmən aldehidinin 

vanilinə  nisbətinin  tənzimlənməsi  çəlləkdən  ekstraksiya  olunan 

liqninin hidrolizi və oksidləşməsi hesabına olur. Natural konyak-

larda bu göstərici 2-4 arasında olur. Başqa sözlə yasəmən aldehidi 

xeyli üstələnmiş olur. Vanilinlə ətirləşdirildikə bu nisbət pozulur. 

Aldehidlərin  miqdarına texnologiyanın  xüsusiyyətləri  müəy-

yən  təsirlərini  göstərir.  Belə  ki,  onun  əvvəlcədən  emalı,  palıd 


325 

çəlləklərinin istifadə müddəti və s. 

Konyakın  saxtalaşdırılma  əlamətlərini  orqanoleptik  yolla 

müəyyən etmək olar. Lakin sıravi istehlakçı yalnız kobud şəkildə 

aparılan saxtalaşdırmanı ayırd edə bilər. Xüsusi vasitə və üsulları 

yalnız təcrübəli ekspert-dequstator müəyyən edə bilər. 

Konyakların  daha  etibarlı  eyniləşdirilməsi  onların  xromato-

kütlə-spektroskopiya  metodundan  istifadə  edilməklə  xromatoq-

rafiyasına əsaslanır. Bu zaman identifikasiya yalnız uyğun məhsul 

etalonu  ilə  müqayisədə  aparılmalıdır.  Lakin  bunun  üçün  bahalı 

avadanlıqlara və yüksək ixtisaslı mütəxəssislərə malik olmaq tələb 

olunur.  

 

3.6. 

Dünyanın konyak çeşidlə

ri 

3.6.1. Az

ə

rbaycan 

konyakları

 

 

Azərbaycanda  ilk  konyak  zavodu  1892-ci  ildə  Yelenendorf 

kəndində (indiki Göygöl şəhəri) açılmışdır. Burada odla işləyən 2 

destillə aparatı qurulmuşdur. 

Üzümün emalı, şərab materialının istilə qovulması və alınan 

spirtin  yetişdirilməsi  çox  primitiv  qaydada  aparılmasına  baxma-

yaraq, Göygöl (Yelenendorf) konyakları Beynəlxalq müsabiqə və 

sərgilərdə  dəfələrlə  qızıl  medala  layiq  görülmüşdür.  Məsələn, 

Londan (1897-ci il), Münhen və Puatye (1899-cü il), Paris (1900-

cü il), Lion (1901-ci il) və b. təltiflər bu qəbildəndir. Azərbaycan 

konyakının dünyada belə şöhrət qazanması, onun digər rayonlarda 

da istehsalına zəmin yaratmış olur. 

1901-ci ildə Göyçay qəzasının  Göyçay  şəhərində, Kürdəmir 

və Bərgüşad stansiyalarında konyak zavodları meydana gəldi.  

Kürdəmir  stansiyasındakı  konyak  zavodu  odla  işləyən  iki 

aparatdan  ibarət  olmaqla,  onların  konyak  spirtinə  görə  məhsul-

darlığı  6  min  dal  idi.  Bu  zavod  ildə  10  min  dal  hazır  konyak 

buraxırdı. Buraxılan konyaklar-yetişdirilməmiş cavan spirtə müx-

təlif cövhərlər və essenslər əlavə edilməklə hazırlanır. Deməli, bu 


326 

konyaklar, bir növ saxtalaşdırılırdı.  

Göyçay və Bərgüşad zavodlarında qovulmuş konyak spirtləri 

yetişdirmək  və  kupaj  üçün  Tiflis  şəhərinə  göndərilirdi.  Hazır 

konyak  məhsulu  Tiflis,  Odessa,  Bakı,  Moskva,  Peterburq,  Riqa, 

Varşava, Samara və b. şəhərlərdə olan ticarət anbarları vasitəsilə 

satılırdı. 

Tezliklə  Şuşa  qəzasının  Ağdam  şəhərində,  eləcə  də  Əli 

Mərdanlı,  Boyəhmədli  və  Novruzlu  kəndlərində  yeni  konyak 

zavodları yaradıldı. Bu zavodlarda 1894-cü ildə 1,351 min dərəcə 

konyak spirti çəkilmişdi. 

Şuşa qəzasında istahsal olunan konyak spirtini Tiflis, İrəvan 

və Kizlyar şəhərlərinə göndərirdilər. 

Konyak istehsalına 1922-ci ildə Nizami adına zavodda (indiki 

1  saylı  Gəncə  şərab  zavodu)  başlandı.  Burada  məhsuldarlığı  11 

min dal konyak spirti olan iki konyak aparatı işləyirdi. 

1936-cı  ildən  sonra  Ağdam,  Ağstafa,  Şəmkir,  Çinarlı  və 

Göygöl şərab zavodlarında konyak spirti çəkən sex, 1 saylı Gəncə 

şərab  zavodunda  isə  konyak  spirti  yetişdirən  və  hazır  konyakı 

butulkalar dolduran sex yaradıldı.  

1937-ci ildə Göygöl və 1 saylı Gəncə şərab zavodunda konyak 

spirti  uzun  müddətli  yetişdirilməyə  qoyuldu.  Həmin  spirtdən 

1946-ci  ildə  1  saylı  Gəncə  şərab  zavodunda  «Yubiley»  adlı 

markalı konyak buraxıldı və tezliklə standarta daxil edildi. 

1948-ci  ildə  torpaq-iqlim  şəraiti  və  iqtisadi  xüsusiyyətləri 

baxımından konyak istehsalı üçün respublikanın Ağdam, Ağstafa, 

Göyçay, Tovuz, Şəmkir və Göygöl rayonları seçildi. 

Konyak üçün üzüm sortları plantasiyalarının artırılması, şərab 

materialı  və  spirtə  qovulma  istehsalının  təkmilləşdirilməsi, 

müxtəlif  yaşda  yetişdirilmiş  spirt ehtiyatının  toplanması  1950-ci 

ildə bir sıra konyak markalarının buraxılışını təşkil etməyə imkan 

verdi.  Ordinar  konyaklardan  3-4  və  5  ulduz,  markalılardan  YK 

(yetişdirilmiş  konyak),  YKYK  (yüksək  keyfiyyətli  yetişdirilmiş 

konyak) və «Yubiley» bunlara aiddir (cədvəl 3.7). 

 

 


327 

Cədvəl 3.7 

Azərbaycanda istehsal olunan konyaklar 

Adı 


Kondisiyası 

Yetişdirmə 

müddəti 

Tipi 


Spirt, h.%  Şəkər (%-lə) 

Markalılar 

Gəncə 


42 

1,2 


6-7 

YK (yetişdirilmiş 

konyak) 

Göygöl 


42 

1,2 


7-8 

YK 


Bakı 

43 


1,2 

8-10 


YKYK (yüksək 

keyfiyyətli yetişdirilmiş 

konyak) 

Yubiley 


45 

0,7 


10 

KK (köhnə konyak) 

Moskva 

45 


1,2 

10 


KK 

Azərbaycan 

45 

0,7 


10-11 

KK 


Şirvan 

40 


0,7 

15 


KK 

Ordinarlar 

«Üç ulduz» 

40 

1,5 


 

«Dörd 



ulduz» 

41 


1,5 

 



«Beş ulduz» 

42 


1,5 

 



 

Respublikamızda  yaxşı  bazaya  malik  güclü  inkişaf  etmiş 

konyak  zavodları  formalaşmışdı.  Bunlara  misal  olaraq,  Şəmkir, 

Göyçay və b. şəhərlərdə yerləşmiş zavodları göstərə bilərik. Bu və 

digər  zavodlarda  müxtəlif  çeşiddə  və  qablamalarda  içkilər 

buraxılmaqdadır (şəkil 3.3).  

 

 


328 

 

 



 

 

Şə

kil 3.3. Az

ərbaycanda buraxılan 

b

ə

zi 

konyak nümunə

l

ə

ri 

329 

3.6.2. Fransa konyaklar

ı

 

 

Fransada istehsal olunan konyakın 70%-i verən 4 şirkət daha 

məşhurdur. Bunlar Hennesi, Martel, Remi Marten, Kurvuzyedir. 

«Hennesi».  1765-ci  ildə  İrlandlı  emiqrant  Riçard  Hennesi 

tərəfindən  əsası  qoyulmuşdur.  Şirkətə  yetişdirilmə  dərəcəsini 

ulduzlar  şəklində  etiketdə  əks  etdirmə,  X.O  konyak  markasının 

alınma texnologiyası və digər işləmələr məxsusdur.  

Hazırda 


şirkət 

LVMN 


(«Lui-Vyeton-Mos-Hennesi») 

konserninə  keçsə  də  həmin  strukturda  öz  müstəqilliyini 

saxlamışdır.  Şirkətə  ailənin  səkkizinci  nəsildə  varisi  Jil  Hennesi 

başçılıq edir. 

Şirkət  tərəfindən  qəbul  edilən  konyak  spirti  Fransanın  dörd 

rayonunda becərilən üzümdən emal olunur. Bunlar Qran Şampan, 

Pti  Şampan,  Borderi  və  Fin  Buadır.  Hennesi  konyakı  istehsal 

etmək üçün yalnız Yunion Blan üzüm sortundan istifadə edilir. 

Aşkarlayıcı xüsusiyyəti – məhsul üzərində firmanın gerbinin 

əks olunmasıdır. 

Şirkətin  daha  məşhur  konyakları  «Hennesi  V.S»  («Vera 

Spesial»), «Hennesi V.S.O.P» («Veru Superior Old Pale»), «Hen-

nesi X.O» («Extra Old»), «Hennesi Paradis»-dir.  

«Martel».  Buraxılan  məhsulun  miqdarına  görə  ikinci  yeri 

tutur.  1715-ci  ildə  İngiltərədən  olan  Con  Martel  tərəfindən 

yaradılmışdır.  Martel  ailəsinin  8  nəsil  törəmələrinin  səyləri  ilə 

xarici bazarların tutulmasına nail olunmuş və bunun nəticəsidir ki, 

hazırda  140-dan  çox  ölkəyə  bu  şirkətin  məhsulları 

göndərilməkdədir. Bu isə dünya istehsalının 17,5%-i deməkdir. 

Şirkətin əsas məhsullarına «Martel V.S», «Martel V.S.O.P», 

«Martel Cordon Blen», «Martel Noblige» aiddir. 

Şirkət  həmçinin  «Napoleon»,  «X.O.Supreme  Extra»,  «Cor-

don Rubis» və b. adda konyaklar istehsal edir. 

«Remi  Marten».  Şirkət  1724-cü  ildə  yerli  şərabçı  Remi 

Marten tərəfindən yaradılmışdır. Ağaşıdakı markalarda konyaklar 

istehsal olunur: «Remu Marten Fine Chatpagne V.S.O.P», «Remu 



330 

Marten Club De Remu Marten Fine Champagne», «Remu Marten 

X.O. Spesial Fine Scampagne» və s. 

«Kurvuazye».  Şirkəti  1724-cü  ildə  parisli  şərabçı  Emanuel 

Kurvuazye  yaratmışdır.  Napoleon  Bonapartın  sevimli  konyakı 

olması onu «Le Cognac de Napaleon» adı ilə patentləşdirməyə və 

bütün  Kurvuazye  konyak  markalarının  etiketində  imperatorun 

siuletini verməyə imkan yaratmışdır.  

Hazırda şirkət Britaniya konserni «Alid Lion»a məxsusdur. 

Əsas  çeşidə  aşağıdakı  içkilər  aiddir:  «Courvoisier  V.S», 

«Courvoisier  V.S.O.P»,  «Courvoisier  Napoleon»,  «Courvoisier 

X.O. İmperial», «Courvoisier initiale extra». 

Buraxılan  konyakların  çeşidində  yüksək  elit  –  «Extra  №7» 

konyakını xüsusi qeyd etmək lazımdır. 

Bu  şirkətlərlə  yanaşı  Şarantada  çoxlu  sayda  digər  konyak 

evləri də fəaliyyət göstərməkdədir. 



 

3.7. Dig

ər tünd alkoqollu içkilərin ekspertizası

 

 

3.7.1. Brendi  

 

Tünd  meyvə  içkiləri  (arağı)  bir  çox  ölkələrdə  istehsal 

olunmaqdadır. Onlar əsasən 38-40 h.% spirtliyə malik olub, alma, 

albalı, gavalı, şaftalı, ərik və qara qarağatdan hazırlanır. 



Kalvados  (alma  arağı).  Kalvados  ilk  dəfə  XVI  əsrin  II 

yarısında Fransanın Kalvados vilayətində istehsal olunmuş və öz 

adını da buradan götürmüşdür. 

Keçmiş  İttifaqda  Kalvados  istehsalına  ilk  dəfə  1960-cı  ildə 

Litvada başlanmışdır. Sonralar Ukrayna, Moldova və Rusiyada da 

Kalvados istehsal olundu. 

Rusiya  kalvadosu  an  azı  iki  il  yetişdirilmiş  alma  spirtindən 

hazırlanmaqla, 40h.% spirtə və 1,5% şəkərliyə malik olur. 

Kalvados  tipli  tünd  içkilər  aşağıdakı  mərhələlər  üzrə 

hazırlanır: 



331 

1) Qıcqırmış alma şirəsinin hazırlanması; 

2) Ondan xam spirtin alınması; 

3) Xam spirtdən kalvados spirtinin hazırlanması; 

4) Kalvados spirtinin yetişdirilməsi; 

5) Kalvados istehsalı. 

Kalvados  hazırlamaq  üçün  payızlıq  və  qışlıq  alma 

sortlarından  istifadə  olunur.  Alma  yeyilən  yetişkənlikdə,  başqa 

sözlə, maksimum şəkər topladıqda yığılır. Yetişib ötmüş meyvələr 

artıq metil spirtinə malik olduğundan onlardan istifadə olunmur. 

Almadan  şirə  və  şərab  hazırlanması  məlum  qaydada  gedir 

(bax:  Meyvə-giləmeyvə  şərabları).  Sağlam  şərab  materialından 

destillə yolu ilə əvvəlcə xam spirt, sonra kalvados spirti alınır. Bu 

məqsədlə  fasiləli  və  fasiləsiz  işləyən  destillə  aparatlarından 

istifadə  olunur.  Fasiləli  işləyən  UPKS  və  Pistorius  tipli  nimçəli 

aparatlar, fasiləsiz işləyən K-5M markalı aparatlar yayılmışdır. 

Təzə  alınmış  spirtlər  keyfiyyətinə  görə  sortlaşdırılır  və 

bircinsli spirt partiyası almaq üçün eqalizasiya olunur. Alınan spirt 

analiz olunduqdan sonra yetişdirmək üçun palıd çəlləklərə, yaxud 

emal  olunmuş  metal  rezervuarlara  vurulur.  Çəlləklərdə  spirti 

yetişdirən  zaman  spirtin  üzərində  çəlləyin  həcminin  2%-i  qədər 

boşluq saxlanılır.  

Metal  qablarda  isə  bu  boşluq  5%  təşkil  edir  və  oraya  ildə 2 

dəfə balondan oksigen vurulur. Metal qablarda yetişdirmə zamanı 

onun  daxilinə  1  litr  spirtə  80-100sm

2

  hesabı  ilə  palıd  taxtası 



düzülür. 

Yetişdirilmiş  alma  spirti  yüksək  tündlüyə  malik  olur. 

Kalvados  hazırlamaq  üçün  onu  tələb  olunan  kondisiyaya 

çatdırmaq lazımdır. Bu məqsədlə kupaj aparılır. Kupajda spirtdən 

başqa yumşaldılmış sudan və şəkər şərbətindən də istifadə olunur. 

Əgər kalvadosun rəngi normaya uyğun gəlmirsə koler əlavə edilir. 

Hazır  kupaj  yapışqanlama  ilə  duruldulur.  Bu  məqsədlə  jelatin, 

balıq yapışqanı və bentonitdən istifadə olunur. 

Yapışqanlanmanın  yerinə  kupayın  soyuqla  işlənməsi  də 

aparıla  bilər.  Kalvados  -5-10

0

C-yə  qədər  soyudulur  və  həmin 



332 

şəraitdə 10 gün saxlanır. 

İstər  yapışqanlama,  istərsə  də  soyuqla  işlədikdən  sonra 

kalvados dekantasiya olunur (çöküntüdən ayrılır), yaxud süzülür. 

Kupajdan  və  durulduqdan  sonra  kalvados  palıd  çəllək,  but, 

yaxud çənlərdə-ordinarlar üçün 90 gün, markalılar üçün ən azı bir 

il yetişdirilir. Sonra süzülərək butulkalara doldurulur. 

Alma arağı Bolqarıstan, Macarıstan, Rumıniya, Polşa, İtaliya, 

ABŞ,  Almaniya  və  dikər  ölkələrdə  də  istehsal  olunur.  Onların 

texnologiyası  kalvadosun  hazırlanma  texnologiyasına  yaxındır. 

Bununla  belə,  ABŞ-da  almaya  başqa  meyvələr  əlavə  edilməklə, 

qıcqırmadan əvvəl şirəyə şəkər, yaxud şərab turşusu vurula bilər. 

Almaniyada spirtin minimum yetişdirmə müddəti 6-8 həftədir. 

Alma  şərabları  -  Bolqarıstanda  alma  rakisi,  Rumıniyada 

meyvə  rakisi,  Polşada-alma  vinyakı,  ABŞ  və  İngiltərədə  -  alma 

Ceki adlandırılır. 

Çəyirdəkli  meyvələrdən  (albalı,  gavalı  və  ərikdən)  də  araq 

hazırlanır.  Albalı  arağı  Almaniyada,  Fransa  və  İsveçrədə 

hazırlanır. 

Gavalı  arağı  Maçarıstan,  Çexiya  və  Slovakiya,  Almaniya, 

İsveçrə və başqa ölkələrdə, ərik arağı isə Macarıstan, Çexiya və 

Slovakiya, və İsveçrədə məşhurdur. 

Brendi  tünd  alkoqollu  içki  olub,  üzüm  şərablarının  yaxud 

qıcqırdılmış meyvə-giləmeyvə şirələrinin qovulmasından alınır. 

XVI  əsrdən  başlayaraq  Dünya  üzrə  brendi  istehsalında 

üstünlük Fransanın Şaranta vilayətinə məxsusdur. 

Holland  dilindən  tərcümədə  «brandewijn»  sözü  «qovrulmuş 

və destillə edilmiş» mənasını verir. 

Tündlüyündən və hazırlanma üsulundan asılı olaraq brendinin 

üç növ müxtəlifliyi fərqləndirilir. 

Tünd  brendi,  spirtin  həcmdə  payı  80-90%  arasında  olur. 

Qıcqırdılmış  şirənin  və  cecənin  destilləsindən  alınır:  əvvəlcədən 

destillə edilmiş su ilə duruldularaq az miqdarda yetişdirmək üçün, 

həmçinin tünd şərablar hazırlamaq üçün istifadə olunur. 

Brendi qrappa. Spirtin həcmdə payı 70-80%-dir. Sıxılmış cecə 


333 

qıcqırdıldıqdan  sonra  iki  qat  destilləyə  məruz  qoyulur. 

Yetişdirilmiş və destillə edilmiş su ilə duruldulduqdan sonra hazır 

alkoqollu içki kimi istifadə olunur; 

Xüsusi  brendi.  Spirtin  həcmdə  payı  57-72%-dir.  Şərabdan 

yaxud  qıcqırdılmış  şirədən  destillə  və  alınan  məhsulun  sonrakı 

yetişdirilməsi  yolu  ilə  hazırlanır.  İstifadə  olunan  xammaldan, 

destillə üsulundan və yetişdirmə şəraitindən asılı olaraq brendilər 

fərqləndirilir (cədvəl 3.8). 

Cədvəl 3.8 

İstehsal olunan brendilər 

Brendi 


Əsas xammal 

Hazırlandığı yer 

Gavalı 

(Slivovisa) 



Gavalı 

Bolqarıstan, Macarıstan, Rumıniya, 

keçmişYuqoslaviya, Moldovavəb. 

Kalvados 

Alma 

Almaniya, Danimarka, İsveçrə, 



Rusiya, Litva və b. 

Qrappa 


Üzüm cecəsi 

İtaliya 


Mark 

Üzüm cecəsi 

Fransa 

Çaça 


Üzüm cecəsi 

Gürcüstan 

Raki 

Gavalı və üzüm 



cecəsi 

Bolqarıstan 

Arrak 

Şəkər qamışı 



melassası 

Türkiyə 


Vilyam 

Armud 


Dünyanın bir sıra ölkələri 

Kirş 


Albalı 

Almaniya, Avstriya, İsveçrə 

Tekila 

Aqava 


Meksika 

Sake 


Düyü 

Yaponiya 

Bryuno 

Qarğıdalı 



Fransa 

Lis 


Şərab çöküntüsü 

Fransa 


 

Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin