52
.Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində
(P.Laplas, A.Lavueze və b) suyun yalnız
iki elementin -
hidrogen və oksigenin birləşməsi olduğunu təsdiq edərək onun
digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son
qoydu . Bu, suyun tərkibi və xassələri haqqında müasir elmin
başlanğıcı oldu .
Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil
edən maddələr mübadiləsi
proseslərində çox mühüm rol
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük
əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün
canlı orqanizmlərin,
bitkilərin, heyvanların tərkibinə su daxil
olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3 -si, qanın 80 %
- i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da
dayanır, çatışmadıqda bitkinin məhsuldarlığı aşağı düşür. Bir
çox canlılar su mühitində yaşayır.
Su
təbiətdə
dövran
edərək
Yer
səthinin
formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi
maddələri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların
yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və
çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad
istehsal etmək üçün 120 m
3
, 1 ton kimyəvi lif istehsalında isə
2000m
3
su sərf edilir.
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni
suvarılan 1 hektar topağa saniyədə orta hesabla bir l su gedir.
Bir ton buğda əldə etmək üçün 1500m
3
, 1 ton pambıq
becərmək üçün 10 000m
3
su tələb olunur .Vegetasiya dövründə
1 hektar qarğıdalı sahəsinə 3000 m
3
, 1 ha kələm sahəsinə 8000
m
3
, 1 ha çəltik sahəsinə isə 12000-20000 m
3
su sərf olunur.
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün
ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif su mənbələri və
su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.
53
Alman alimi Hansın fikrincə
Planetimizdə içməli su
həyatın əsasını təşkil edir.
Dostları ilə paylaş: