61
olunmasıilə paylanması prosesidir. İl ərzində bu prosesdə Yer
səthinin aldığı Günəş istiliyinin dörddə birinin çoxu iştirak
edir.Qlobal dövranın əhəmiyyəti olduqca böyükdür.İstiliyin və
rütubətliyin
yerini dəyişərək, bütün yer örtüyünü əlaqələndirir
və Yerin təbii örtüyünün vəhdətliyini (bütövlüyünü) və
planetimizdə həyatı qoruyub saxlamaqda xüsusi rol oynayır.
Yerin hidrosferinin , həmçinin onun istənilən hissəsinin
vəziyyəti su balansı ilə səciyyələnir.Yerin hidroloji vəziyyəti
dünyada suyun ümumi
həcminin dəyişməsilə deyil, suyun
məkanca paylanması , xüsusilə okeanlarda və buzlaqlardakı su
ehtiyatının nisbətinin dəyişməsilə bağlıdır.Yerdə buzlaqların
geniş inkişafı zamanı hidrosferin suyu ən çox buzlaqlarda
(cəmlənir) toplanır və Dünya okeanının səviyyəsi aşağı düşür.
Əksinə , okeanın səviyyəsinin yüksək olması buzlaq örtüyünün
nisbətən az həcmli olmasına uyğun gəlir.Belə
bir nisbətin
təzahürü hazırda da müşahidə olunur.Bu haqda iqlimin
dəyişməsinin nəticələrindən bəhs edərkən danışılmışdır.
Qlobal su balansının komponentlərinin bir illik ölçüləri
9.5 saylı cədvəldə verilir,
cədvəldən göründüyü kimi
planetimizdə buxarlanan suyun cəmi 577 min km
3
təşkil edir.
Şübhəsiz onun əksəriyyət hissəsi okeanların payına düşür.
Qeyd edək ki, ildə 30 min km
2
yaxın
bitkilərin
transpirasiyasına sərf olunur, bu quru səthində buxarlanmanın
cəminin 42 % - ni təşkil edir.
Cədvəl 9.5
Dostları ilə paylaş: