62
Dünyanın su balansı komponentlərinə insan faliyyətinin
təsiri hələ dəqiq təyin olunmayıb. Lakin iqlimin sirkuliyasiyası
qlobal
modeli göstərir ki, iqlimin antropogen dəyişilməsi
qlobal hidroloji sikldə su mübadiləsinin intensivliyini artıracaq.
Ayrı – ayrı regionlarda iqlimin dəyişməsinin hidroloji gedişi
(vəziyyəti) daha böyük miqyasda dəyişəcək.
Təbiətdə su, bir çox qarşılıqlı
əlaqələrin, o cümlədən
digər geosferlərin mərkəzində dayanır.Cəmiyyətdə bir sıra
iqtisadi, ictimai və siyasi problemlərin böhranlı faktoru
sayılır.Ekoloji baxımdan,
ümumi şəkildə demək olar ki,
qurunun suyu ekosferdə üç əsas mühüm funksiyası daşıyır:
1. Maddələrin qlobal tsiklində iştirakçı, çox vaxt aparıcı
və birləşdirici iştirakçı;
2. Ekosistemlərin , xüsusilə çay və göllərin indiqatoru;
3. Ən geniş istifadə edilən təbii sərvət.
Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim
faktoru sayılır. Su karbon qazı, azot, kükürd, fosfor və b.
elementləri qlobal biokimyəvi tsikllərin və böyük geoloji
tsiklin ekzogen hissəsinin (eroziyasedimentasiya tsiklinin)
mühüm faktorudur. Qlobal hidroloji tsikl ekosferin əsas
həyattəminedici mexanizmidir.
Bir sıra gərgin ekoloji
problemlər su problemlərilə
əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sistemlərin
vəziyyətinin pisləşməsi, ya su rejiminin
dəyişməsi nəticəsində
(çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya əksinə,
sistemin
antropogen
dəyişməsi
torpağın
susaxlama
qabiliyyətinin, bitki tərəfindən suyun tutulub saxlanmasının,
torpağın susızdırma qabiliyyətinin və ona uyğun hidroloji
rejimin dəyişməsinə səbəb olur.
Su hövzədə gedən prosesləri birləşdirmək xüsusiyyətilə
fərqlənir.Bütövlüklə, demək olar ki,
su təbiətdə bir çox
qarşılıqlı əlaqələrin mərkəzində duraraq bənzər landşaftlarda ,
insanın bədənində qanın oynadığı rola uyğun rol oynayır.Qanın
analizi xəstənin vəziyyətini göstərirsə, təbii suların kimyəvi və
63
fiziki xüsusiyyətləri hövzədə gedən bir çox proseslərin
obyektiv indiqatoru hesab olunur.
Zonal
təbii
proseslər
hidroloji
rejimin
əsas
göstəricilərində əks olunur.Məsələn ,
rütubətli tropik meşə
zonasında çaylar çox sulu olub axımın qalınlığı təxminən
1200mm təşkil edir, yeraltı axımın payı yüksək (50 % - ə
yaxın), suyun temperaturu da daim yüksək (25-270 C) olur. Bu
zonanın təbii suları ultra – şirin
olub tərkibində həllolan
maddələrin miqdarı 100mq/l – dən az , hətta bəzi hallarda
10mq/l təşkil edir, hidrokarbonatlı –
silisli sinfə daxildir, asılı
gətirmələr çox az qatılıqlı olub 50q/l – dən az təşkil edir.
Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50
mm təşkil edir.Mövsüm ərzində çox dəyişgən olur.Axım
əsasən ( 80 % ) sutoplayıcı hövzənin səthi ilə axan sularla
formalaşır.Suları şirindir , lakin
tərkibində çoxlu duzlar
(1000mq/l – ə qədər ) olur , hidrokarbonatlı – kalsiumlu,
bulanıqlıq dərəcəsi yüksək olub 500mq/l –ə qədər təşkil edir.
Dostları ilə paylaş: