85
istifadə həcmi isə məhdudlaşdırılmalıdır. Qeyd olunanların
hamısı təbii ekoloji tarazlığın saxlanmasına xidmət edir.
3.7. Abşeron yarımadası göllərinin ekoloji vəziyyəti
XX əsrin ikinci yarısından başlayaraq insan və ətraf
mühit, təbiət və cəmiyyət arasında yaranan ekoloji gərginliklər
ekologiya terminini daha geniş anlamda gündəmə gətirmişdi.
Alimlərin hesablamalarına görə insan cəmiyyəti təşəkkül
tapandan bəri meşələrin üçdə ikisi qırılmış, minlərlə bitki və
heyvan növləri məhv edilmiş, 10 milyard ton oksigen ehtiyatı
azalmış, 200 milyon hektardan çox əkin sahəsi yararsız hala
düşmüş, yerüstü və yeraltı su ehtiyatları çirklənmə prosesinə
məruz qalmışdır.
XXI əsrə qədəm qoyduğumuz bir vaxtda hər gün 44 ha
torpağın
münbitliyi, bir heyvan və bitki növü itir, 28 ha meşə
məhv olur. Ətraf mühitin çirkləndirilməsi insan sağlamlığı
üçün önəmli yer tutan su, hava və torpağın tərkibinin
dəyişməsinə səbəb olur.
Bütün təbii sular bir-birilə sıx surətdə əlaqəli olmaqla
yerin vahid su örtüyünü-hidrosferi əmələ gətirir.
Sənayenin
sürətlə inkişafı və əhalinin artması ilə əlaqədar olaraq hal-
hazırda dünyada içməli su problemi və onun çirklənmədən
mühafizəsi məsələsi kəskin şəkil almışdır. BMT-nin Baş
Asambleyasının XXXV qurultayında elan olunmuşdur ki, hal-
hazırda planetin 1 milyarddan çox əhalisi keyfiyyətli su
qıtlığından əziyyət çəkir.
Yerüstü və yeraltı su ehtiyatlarının
çirklənməsi
Azərbaycan Respublikasının Abşeron yarımadası üçün də
olduqca xarakterikdir. Sənaye sahələrinin (xüsusilə də neft
sənayesinin) sürətli inkişafı, məişət və kommunal mənşəli
tullantıların mütəmadi olaraq artması yarımada ərazisində təbii
və süni şəraitlərdə formalaşmış sututarların ekoloji və
hidrogeoloji-ekoloji şəraitinin olduqca mürəkkəbləşməsinə
gətirib çıxarmışdır.
86
Yarımadanın
hidroloji
şəbəkəsi
Sumqayıt
və
Ceyrankeçməz çaylarından (aşağı axarlarından), 200-dən çox
irili-xırdalı
duzlu göllərdən, həmçinin Ceyranbatan su
anbarından, Abşeron magistral kanalından ibarətdir. Abşeron
yarınmadası, demək olar ki, bütün texnogen təsirlərin
cəmləşdiyi poliqona bənzəyir. Hal-hazırda bu ərazidə elə bir
göl
və ya su hövzəsi yoxdur ki, texnogen təsirə məruz
qalmasın.
Son 50-60 ildə Abşeron yarımadasının göllərində ekoloji
vəziyyət kəskin surətdə dəyişməkdədir. Bu, yarımada
ərazisində neft sənayesinin inkişafı ilə bağlı olaraq buruq
quyularının sularının, mədənlərin neftli axınlarının və
təsərrüfat axınlarının artması ilə bağlıdır. Son 20 ildə Xəzər
dənizində su səviyyəsinin yüksəlməsi də göllərin ekoloji
şəraitinə və hidroloji rejiminə təsir göstərmişdir. Belə ki,
göllərin sahələri artmış, suların tərkibində neft məhsullarının,
fenolların, səthi aktiv maddələrin, ağır metalların
və digər
zərərli maddələrin qatılığı buraxıla bilən həddən dəfələrlə
çoxalmışdır. Dib çöküntülərində radionuklidlərin artması və
suda həll olmuş oksigenin azalması təhlükəsi mövcuddur.
Abşeron yarımadası göllərinə aid müxtəlif illərdə ayrı-ayrı
mütəxəssislər tərəfindən müəyyən məlumatlar nəşr olunsa da
yarımadanın gölləri yaxın illərə kimi kompleks şəkildə tədqiq
olunmamışdır.
Son 100 ildə və xüsusən də son on illikdə göl hövzələrinə
antropogen təsirlər artmışdır. Bu təsirlərin nəticəsində göllərin
həm morfoloji xüsusiyyətləri və həm də hidrofiziki-biokimyəvi
xassələri dəyişmişdir.
Yarımada gölləri axarsız, əsasən dayaz, suları şortəhər və
həll olmuş duzlarla ifrat dərəcədə doymuş,
əksəri yayda
quruyaraq dibinə duz çökdürmə xassələrinə malikdirlər.
Yarımadada göllərin ehtiyatlarını onların su kütləsi, çalarlarına
çökən duzlar və zaman-zaman toplanan dib çöküntüləri təşkil
edir.
87
Abşeron yarımadasının daxili su hövzələrinin geoekoloji
vəziyyəti ilə əlaqədar problemləri və respublika iqtisadiyyatı
üçün onların törədə biləcəyi təhlükəni hərtərəfli təsəvvür etmək
məqsədilə ekoloji cəhətdən daha çox təhlükəli hesab edilən su
hövzələrinin vəziyyətinin yığcam şəkildə təsvirini verməyi
məqsədə-müvafiq hesab edirik.
Dostları ilə paylaş: