80
onlar öz kökləri ilə müxtəlif
duzlarla qidalanaraq suyun
təmizlənmə prosesinə köməklik göstərir.
Su ehtiyatlarının təmizlənməsi prosesinə çaylar üzərində
tikilən su anbarları böyük köməklik göstərir. Su vasitəsilə su
anbarlarına daxil olan çirkləndiricilərin miqdarı və bioloji
proseslər nəticəsində tədricən azalır. Su anbarlarına daxil olan
bütün çirkləndiricilər anbarlardakı su ilə qarışaraq onun qatılıq
dərəcəsini azaldır. Bunu nəzərə alaraq çirkli su qəbul edən su
anbarlarına təbii təmizlənmə məntəqəsi kimidə baxırlar. Əgər
çirkli su tərkibindəki çirkləndirici maddələr su anbarı vasitəsilə
təmizləmək mümkün deyilsə
onda həmin su əvvəlcədən
təmizlənərək su anbarına buraxılır. Deməli çirkli suyun lazımi
təmizlənmə dərəcəsini təyin etmək üçün su anbarının öz-özünə
təmizləmə qabiliyyətini düzgün qiymətləndirmək olar. Bu
qayda ilə təmizləyici qurğunun tikinti və istismarını minimum
xərc çəkməklə su anbarının təmizliyinə və sanitar saflığına nail
olmaq olar.
Təbii su ehtiyatlarının təmiz saxlanması istifadədən
çıxmaması məqsədilə sənaye və kommunal çirkab suları
təmizləməli, dövrü su təchizatını təmin etməli, az sulu, susuz
və tullantısız istehsal texnologiyası tətbiq olunmalı, kənd
təsərrüfatında gübrələrdən
səmərəli istifadə etməli, havanı
çirklənmədən qorumalı kimi tədbirlər həyata keçirilməlidir.
Çirkab sularının təmizlənməsində mexaniki, kimyəvi,
fiziki-kimyəvi və biokimyəvi üsullardan istifadə edilir.
Mexaniki təmizlənmə üsulunda mexaniki qarışıqlar
sudan təmizlənir. Bu da durulducular və ya qızdırma yolu ilə
yerinə yetirilir. Durulducularla daha kiçik hissəciklər
çökdürülür. Yüngül hissəciklər isə suyun üzərinə çıxır və suyu
ondan təmizləmək üçün xüsusi yağtutan, nefttutan qurğulardan
istifadə edilir.
Suyun süzdürülməsi vasitəsilə suda olan iri mexaniki
tərkibli
qarışıqdan
azad
olunmasından
sonra
xüsusi
81
qumtutanlar vasitəsilə ölçüsü 0,25 mm-dən çox olan hissəciklər
çökdürülür.
Kimyəvi təmizləmə üsulu ilə sudakı
çirkləndirici
maddələri tam təmizləmək mümkün deyil. Ona görə də fiziki-
kimyəvi təmizləmə üsulundan istifadə edilir. Suyun fiziki-
kimyəvi təmizlənməsində sorbsiya, ekstaksiya, flotasiya,
kristallaşma, deminerallaşma,
elektroliz, ion və yandırma
üsulundan istifadə olunur.
Biokimyəvi təmizləmə üsulunun əsası mikroorqanizmlər
tərəfindən çirkab suların tərkibindəki kolloid maddələrin öz
inkişafı üçün şərait yaradılır. Çirkab suların biokimyəvi
təmizlənməsi təbii və süni şəraitdə aparılır. Təbii şəraitdə
çirkab suların təmizlənməsi suvarma sahələri, sızma sahələri və
bioloji hovuzlarda aparılır. Süni şəraitdə isə çirkab suların
təmizlənməsi və bioloji süzgəclərdə yerinə yetirilir.
Təbii su ehtiyatları
atmosfer çirklənməsindən də
mühafizə olunmalıdır. Suyun çirklənmədən mühafizəsi özü
təmiz saxlanmalıdır. Bunun üçün atmosferin çirklənmədən
qorunması üçün aşağıdakı tədbirlər görülməlidir:
-
Sənaye tullantılarının havaya buraxılmasından əvvəl
təmizlənməsi;
-
İstehsalatda tullantısız texnologiya sisteminin tətbiqi;
-
Daxili yanacaq mühərriklərinin daimi təkmilləşdirilməsi;
-
Benzindən toksikliyi az olan qaz yanacağına və ya
elektrik avtomobillərinin tətbiqinə keçirilsin.
Qeyd
olunanlar yerinə yetirilərsə, atmosfer və su
ehtiyatları çirklənmədən xeyli mühafizə olunar və təmiz hava
və təmiz su problemləri qismən də həll oluna bilər.
Dostları ilə paylaş: