3
Sual 1. Qədim Misir və Qədim Babilistanda siyasi-hüquqi fikir
Sosial-tarixi planda siyasi təlimlərin meydana çıxması dövlətin yaranması
prosesi ilə bağlı olmuşdur. Bu prosesi anlamaq üçün bəşəriyyətin inkişafının
həmin dövrünü sosial-iqtisadi şəraitini və orada gedən mübarizəni öyrənmək
vajibdir.
Siyasi fikir siyasi fəaliyyət, siyasi şüur və siyasi münasibətlərin formaları,
hakimiyyətin mahiyyəti və funksiyaları, siyasi sistemin strukturu və onun ünsurləri
olan dövlət, partiyalar, siyasi recim, daxili və xariji siyasət, siyasi sistemlər tarixi və
s. haqqında biliklər insan birliyində formalaşır.
Nəzəri jəhətdən siyasi təlimlərin təşəkkül tapması insan idrakının erkən dini-mifoloci
formalardan rasional məntiqi formaya keçməsi gedişində baş vermişdir. Belə ki,
erkən dövrlərdə insanların siyasi baxışları bütövlükdə nisbi müstəqil bilik sahəsinə
çevrilməmişdi və mifoloci dünyagörüşünün tərkib hissəsi kimi çıxış edirdi. Mifik
təsəvvürlər yer üzündə mövjud olan bütün qaydaların ilahi mənşəyə malik olduğunu
iddia edirdilər. Şübhəsiz, qədim xalqların hər birində bu fikir bu və ya başqa şəkildə
təqdim olunur və müxtəlif formalarda şərh olunurdu. Mifik təsəvvürlərə görə,
yerdəki qayda-qanun dünya qaydasının, kosmik qaydanın tərkib hissəsidir, buna görə
də ayrı-ayrı şəxslər tərəfindən bu qaydaların pozulması səma və yer harmoniyasının
pozulmasına və beləliklə də, fəlakətə gətirib çıxara bilər. Qədim jəmiyyətlərdə insan
fəaliyyətinin həddindən artıq kəskin çərçivəyə salınması, çoxsaylı dini-etik
qadağanların (tabuların) mövjud olması, onları pozmaq üstündə jiddi jəza verilməsi
məhz
Dostları ilə paylaş: