Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 3. Qədim Hindistanda siyasi-hüquqi fikrin inkişafı



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix01.10.2023
ölçüsü0,74 Mb.
#151420
1   2   3   4   5   6   7   8   9   10
179 movzu N 2. qedim sherqin quldarliq cemiyyetinde siyasi ve huquqi telimler

 
Sual 3. Qədim Hindistanda siyasi-hüquqi fikrin inkişafı. 
 
Hindistan:
E.ə 2-ji minilliyin birinji yarısında hind-avropa tayfalarının (arilər və s.) 
basqını.
Hind jəmiyyətində kasta strukturunun yaranması (e.ə xvı-x əsrlər); Əsas 
kasta və ya varnalar:
Brahmanlar – kşatrilər – vayşilər – şudralar.
Manu qanunlarının yaranması (e.ə 1115-1077-ji illərdə)
E.ə 900-500-ji illərdə müxtəlif kult sistemlərinin formalaşması: adi xalq
kahinlər, aristokratlar, zahidlər və s. üçün.
Din və pak həyatın dili olan – sanskrit tətbiq olunur.
Hind yazılı ədəbiyyatının ən qədim abidəsi Ved adlanır. Bu topluda (b.e.ə. I 
minilliyin ortası) dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk məlumatlar 
verilir. Vedlər min illər boyu hind mədəniyyətinin əsası, yüz milyonlarla hindli üçün 
müdriklik rəmzi olmuşdur 
Vedlər dörd topludan ibarətdir: 1) “Riqveda” (himnlər toplusu); 2) 
“Samaveda” (mahnılar toplusu); 3) “Yajurveda” (qurban vermək qaydaları); 4) 
“Atharvaveda” (sehrləmə toplusu). 
Bu topluların da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların ikisi daha 
mühüm hesab edilir: mantrlar və brahmanar. Mantrlar (“ruhun alətləri”) – həm 
himn, həm qayda, həm də sehrləmə deməkdir. Brahmanlar – dini mərasim haqqında 
təlimat və mifoloci sücetləri özündə birləşdirən mətnlər idi. Sonralar brahmandan 
upanişad mətnləri də yaradıldı. 
Bu göstərilən qatlar ənənəvi olaraq hind jəmiyyətinin ali zümrələrinin keçdiyi 
həyat yolunun dörd mərhələsi ilə əlaqələndirilir: 1) təhsil; 2) keçmiş şagird bu 
mərhələdə evlənir və ailə başçısı olur; 3) bu dövrdə (adətən nəvəsi olandan sonra) o, 
evini tərk edib meşəyə çəkilir; 4) nəhayət meşədə yaşayaraq tənha tərki-dünya 


16 
(asket) həyat keçirən insana çevrilir. Beləliklə, müxtəlif Ved qayda-qanunları insana 
fəal ijtimai fəaliyyətə nejə başlamağı, həm də ömür yolunun axırında fəal həyatdan 
nejə uzaqlaşmağı öyrədir. 
Qədim Hind fəlsəfəsi, sosial-siyasi fikrinin Vedlərdən başqa mənbələri kimi 
jaynizmi, buddizmi, induizmi göstərmək olar. 
Vedlərin əsas toplularından biri olan “Riqvedada ” əxlaq və qanun 
məsələlərindən xüsusi bəhs edilir. Burada Rita adlanan konsepsiyaya böyük 
əhəmiyyət verilir. Rita bütün dünyaya nüfuz edən elə qanundur ki, bütün allahlar və 
insanlar ona tabe olmalıdırlar. Əgər dünyada qanun varsa, o ifadə olunmalıdır,
özünü göstərməlidir. Əgər bu qanunun fəaliyyəti hansı səbəbə görəsə bu dünyada 
görünmürsə, onun nətijələri özünü başqa yerdə biruzə verməlidir. Harada qanun 
mövjuddursa orada intizamsızlıq və ədalətsizlik müvəqqəti və xüsusi xarakter 
daşıyır. Şərin təntənəsi mütləq deyil, xeyirin müvəqqətiyyətsizliyi heç kimi 
bədbinləşdirməməlidir. 
Vedlərin əsas qatlarından biri olan brahmanlar elə mərasim toplusudur ki, 
kahinlər mürəkkəb dini qurban ayinlərini ijra edərkən ona əsaslanırdı. Brahmanlarda 
deyilir ki, insanın allahlar, başqa insanlar və heyvanlar qarşısında xüsusi borju və 
vəzifələri var. Vəzifələr aşağıdakılara münasibətlərə görə qruplaşdırılır: 1) allahlara;
2) peyğəmbərlərə; 3) sələflərə (ulu babalara); 4) insanlara; 5) başqa aşağı janlı 
məxluqlara. Öz borjunu yerinə yetirən yaxşı adamdır. Həyat vəzifə və məsuliyyət 
deməkdir. 
Sonralar brahmanlar əsasında yaranan mətnlərdən ən çox yayılan upanişaddır. 
Bu təlimə görə vəzifə (borj) ən yüksək təkmilləşməyə çatmaq üçün vasitədir. 
Özünü ali mərhəmət dərəjəsinə çatdırmaq bütün sahələrdə əsl insan kimi yaşamaq
deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan fərd məhdudluğunu aradan 
götürsün və özünü ümumi ilə tam halında eyniləşdirsin. Xilas olmaq ruhun boy 
atması yoludur. 
Ağıllı həyat ümumiyə xidmət etməkdir. Ağıl bizə deyir ki, fərdin özünün heç 
bir şəxsi mənafeyi olmamalıdır. O, yaddan çıxarmamalıdır ki, ümuminin bir 
zərrəsidir. Yaxşı adam odur ki, öz şəxsi məqsədini ijtimai məqsədə tabe edir. 


17 
Upanişadın bütün təlimi insanlar arasında ayrı-seçkiliyi aradan götürməyə, müxtəlif 
zümrələr arasındakı düşmənçiliyi yumşaltmağa yönəldilib. Ölməzliyin ən ali 
təzahürü allahla birləşməkdir. Tərəqqi allahla birləşmək üçün tükənməz jəhddir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin