8
Alimlərin (kahin-məmurların) siyasi rolu
Qədim Çində siyasi-hüquqi fikir tarixində Konfutsinin (e.ə. 551-479)
təlimi
mühüm rol oynamışdır. Onun baxışları “Düşünjələr və aforizmlər” kitabında öz
əksini tapmışdır. Bu kitabda Konfutsinin siyasi fikirləri ölümündən sonra şagirdləri
tərəfindən toplanılmışdır. “Müsahibələr və mülahizələr” kitabı isə Konfutsinin öz
şagirdləri və ardıjılları ilə müsahibələrinin yazılı qeydləridir. O, ölkəni idarə etmək
prinsipləri, hakimin, əyanlar və xalqın qarşılıqı
münasibətləri, insanpərvərlik
haqqında ilk etik-siyasi təlim yaratmışdır. İki min ildən artıq bir dövr ərzində bu təlim
Kun-tzı
(Konfutsi)
(e.ə 551-479-ju
illər)
Konfutsiçilik:
a) «Lun-yuy»
(«Söhbətlər
və
kəlamlar»)
b)
«Çun-tsyü»
(qədim
çin
xronikası)
j) «Linzi» (konfutsi
normalarının
kompendiumu, I-III
əsrlər)
Siyasi-etik
konsepsiya
Dövlət
hakimiyyəti
anlamında
paternalizm. Qədimiliyin ideal-
laşdırılması.
«Adların
düzəliş
edilməsi» («çce-min») –
hər kəsin
öz statusu var (hüquqlar, vəzifələr,
mürajiətlər).
Hakimiyyətin
həyata
keçiril-
məsində xeyirxahlığa və ayinlərə
əməl olunmasına üstünlük verilir.
Qanunlara
nisbətən
adətlərə
üstünlük verilir. Zorakılıq pislənir
Qun-sun Yan
(Şan Yan)
(e.ə 390-338-ji
illər)
Legizm («fa-tzya»)
«Şan tzyun şu»
(«Şan vilayəti
rəhbərinin kitabı»)
Siyasi-hüquqi
konsepsiya
(pozitivizm
və siyasi
praqmatizm
tərzində)
«Fa» prinsipi: qanun-xalq üçündür.
Sərt jəzalar sistemi. İdarəçiliyin
«sirli
sənəti».
Konfutsiçiliyin
tənqidi
Mo-tzı
(e.ə 479-400-jü
illər)
Moizm
Siyasi-hüquqi
konsepsiya
Bütün
insanların
bərabərliyi.
Dövlətin yaranmasının müqavilə
konsepsiyası. Jəmiyyətdəki qarı-
şıqlığın səbəbi kasıbçılıqdır.
9
(konfutsiçilik) Çinin mənəvi mədəniyyəti, siyasi həyatı və
ijtimai quruluşuna böyük
təsir göstərmişdir.
Ənənəvi baxışlara əsaslanaraq, Konfutsi dövlətin patriarxal-paternalist
konspesiyasını inkişaf etdirir. O, göstərir ki, dövlət böyük ailədir.
Onun fikrinjə
imperatorun hakimiyyəti atanın hakimiyyəti kimi ifadə edilir. Belə ki, ailə
münasibətlərində oduğu kimi sosial-siyasi iyerarxiya (idarə etmək üsulu) insanların
bərabərsizliyi prinsipi ilə təşkil olunur, yəni “sadə adamlar”, “aşağı”, “kiçik
adamlar”, “yaxşı”, “alim”, “böyük adamlara” tabe olmalıdırlar.
Konfutsi idarəetmənin zorakılıq yollarını kəskin tənqid edərək, məmurları
idarəedənləri tabeliyində olan adamlarla qarşılıqlı münasibətlərdə səmimi, xeyirxah
olmağa çağırırdı. O, əhalinin varlı və kasıb zümrələrə bölünməsinin əleyhinə çıxır
və müharibəni kəskin tənqid edirdi.
Konfutsinin fikrinjə dövlətə müdrik adamlar rəhbərlik etməlidir və bu
müdriklər öz şəxsi nümunələri əsasında ona tabe olanları tərbiyə etməlidir. Onun
fikrinjə idarəetmək həm “islah etmək”, həm də
hər kəsin öz yerini düzgün
müəyyənləşdirmək deməkdir. Konfutsi yazır ki, “haradakı, hökmdar hökmdardır,
təəbə təəbədir, haradakı, ata atadır, oğul oğuldur, deməli orada qayda-qanun, əmin-
amanlıq var”. O həm də qeyd edirdi ki, imkan daxilində hər bir şəxs oxumalı,
öyrənməli və əxalqi jəhətdən təkmilləşməlidir. Hakim xalqı tərbiyə etməyə və
öyrətməyə, başqalarından öyrənməyə çağırmağa borjludur. Konfutsinin fikrinjə
“bütün adamlar öz təbiətləri etibarilə bir-birinə yaxındır,
lakin tərbiyə nətijəsində
bir-birindən fərqli formalaşırlar”, “yenini dərk etmək üçün köhnəni öyrənmək
zəruridir”, “düşünjəsiz təlim əhəmiyyətsizdir, düşünjə təlimsiz boş şeydir” və s.
Lu knyazlığında şəhər hakimi vəzifəsində işləmiş və rəvayətə görə üç mindən
artıq şagirdi olan Konfutsinin diqqət mərkəzində həmişə insan, onun ailə və
jəmiyyətdəki mövqeyi dururdu. Onun adamlardan ən
çox tələb etdiyi keyfiyyət
humanizmdir. Konfutsiyə görə humanizm bütün yaxşı jəhətlərin məjmusudur. O,
deyirdi ki, oğulun ataya hörməti, qardaşın qardaşa məhəbbəti “humanizmin
köküdür”, oğullar ataya qulaq asmalı, valideynlər və övladları ilə iltifatlı olmalıdır.
10
Konfutsinin etik-siyasi təlimində ən mühüm anlayış “insanpərvər”likdir. O,
deyirdi ki, “insanpərvərlik” yaş və rütbəjə böyüklərə ehtiram və hörmət, hökmdara
sədaqət və s. əsasında adamların etik və sosial münasibətlərinin məjmusudur.
Konfutsiyə görə hökmdarların vəzifəsi adamları qorxutmaq deyil, onları şüurlu
surətdə mənəvi təmizliyə sövq etməkdir. Bu fikir o dövrlərdə çox böyük mütərəqqi
rol oynamışdır. Çünki həmin fikir o dövrün hakimlərinin amansızlığına qarşı
çevrilmişdir. Buradan aydın olur ki, Konfutsi ümumən mövjud qayda-qanunun
dəyişməzliyini təsdiq edib, uzaq keçmişin sosial münasibətlərini ideallaşdırmışdır.
Nətijədə, bu ideologiya hakim təbəqələrin mənafeyinə
xidmət etdiyinə görə
miladdan əvvəl II əsrdə xan sülaləsinin hökmdarları onu dövlət ideologiyasına
çevirmişlər.
Dostları ilə paylaş: