Азярбайжан республикасы дахили ишляр назирлийи


bununla izah olunur.  Qədim Şərqin siyasi-hüquqi təlimlərinin xüsusiyyətləri



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix01.10.2023
ölçüsü0,74 Mb.
#151420
1   2   3   4   5   6   7   8   9   10
179 movzu N 2. qedim sherqin quldarliq cemiyyetinde siyasi ve huquqi telimler

 
bununla izah olunur. 
Qədim Şərqin siyasi-hüquqi təlimlərinin xüsusiyyətləri: 
1.Tətbiqi xarakter daşıyırdı. 
2.Əxlaqi təsəvvürlərdən təcrid olunmamışdı və etik-siyasi doktrina kimi 
səciyyələnirdi.
3.Dini-mifoloji dünyagrüşlə sıx surətdə bağlı olmuşdur. 
Siyasi fikir Qədim Misirdə, Babilistanda inkişaf etmiş, müxtəlif xarakterli 
tarixi mənbələrdə dövlət və hakimiyyət məsələləri öz əksini tapmışdır. 
Qədim Misirin və Babilistanın miflərində allahlar hakimiyyətin mənbəyi 
olmaqla yanaşı, eyni zamanda yer üzündə insanların gündəlik həyatı və gələjək 
taleyini müəyyənləşdirirdilər. 



Yer üzündəki sosial-siyasi qaydaların, qanunların, insan münasibətlərinin 
əsasını təşkil edən ilahi ədalət bir sıra qədim Misir mənbələrində, o jümlədən 
“Ptaxotepin nəsihətləri”ndə (b.e.ə. XXV-XXI əsrlər) geniş tərənnüm edilir. 
Qədim Misir müdriklərindən biri demişdir: “Ölkənin əmin-amanlığı 
ədaətdədir”, “şəri düzəltməsən o ikiləşər”. 
Aləmi dərk etmək qabiliyyəti, al hakimiyyət, kütlələri xalq halında 
birləşdirmək, onları müdafiə etmək, lazım olanda jəzalandırmaq hökmdarın əsas 
atributları idi. Əgər hökmdar allahı təjəssüm etdirə bilirsə, insan da öz hökmdarını 
təjəssüm etdirə bilər. Misir allahları insana çox bənzəyirdilər, insana xas olan bəzi 
zəif jəhətlər onlara da aid idi. 
Hökmdarın üzərinə düşən vəzifələr o qədər mürəkkəb və çətin idi ki, bir adam 
onların öhdəsindən gələ bilməzdi. Odur ki, hökmdar bu vəzifələrin bir qismini şəxsi 
nümayəndələrinə həvalə edirdi. Kahin və yaxud məmur hökmdar kimi yox, 
hökmdarın adından fəaliyyət göstərirdi. 
Misir hökmdarı həm də Misir dövlətinin rifahı üçün çalışan allah hesab edilirdi. 
Ən böyük allah Ra ölkəni idarə etməyi öz oğlu olan hökmdara tapşırmışdı. Qədim 
Misirlilər inanırdılar ki, hökmdar günəş allahı Renin öz bədənindən əmələ gələn 
jismani oğlu idi. Onu yerdə yaşayan adi qadının oğlu hesab edirdilər. 
Böyük vəzifələri həyata keçirmək üçün hökmdarın yüksək zəkası və qeyri-adi 
qabiliyyəti olmalıdır, bunlar isə adi insanın imkanından kənarda, hətta insanın 
fövqündə dayanan bir şeydir, bu ali hakimiyyətin çox böyük səylə qorunan sirri idi. 
Misir hökmdarı çox tənha bir məxluq idi, o, hər şeydən təjrid olunaraq insanlar 
ilə allahlar arasında tək dayanırdı. Hökmdar şəhərlər və məbədlər tikdirir, 
müharibədə qələbə çalır, qanun verir, vergi toplayır, hədiyyə verir və s. Misirin 
qüdrəti haqqında miflər tələb edirdi ki, ədəbiyyatda və təsviri sənətədə hökmdar 
dümənlə təklikdə vuruşduğu vəziyyətdə təsvir edilsin. 
Dövlət işlərinə yalnız milli allahlar qarışa bilərdilər. Məsələn, ilahə Maat
həqiqətin, ədalətin və qanunun təjəssümü hesab edildiyi üçün kahinlər, məmurlar 
onun əksini gəzdirirdilər. Qədim Misir hökmdarları fironlar da milli allah hesab
edilirdi, başqa sözlə firon özü dövlət demək idi və dövlətin funksiyalarını özü həyata 



keçirirdi. Bu funksiyalar aşağıdakılardır: sahib olmaq, nəzarət etmək, idarə etmək, 
jəzalandırmaq və müdafiə etmək, həmçinin qayğı göstərmək, yedizdirmək, yaşamaq 
üçün yer vermək, nəhayət, əhalinin sayını artırmaq üçün şərait yaratmaq. 
Yaxşı hökmdar məhəbbət və qorxunun təjəssümü olmalıdır. Hamı hesab edirdi 
ki, hökmdar jəza verməyi bajarmalıdır: xeyirxah başlanğıj ona allah tərəfindən bəxş 
edilir, bu onun təbiətindədir. Ədalət yaxşı hökmdarı hakimiyyətə gətirən ən əsas 
keyfiyyətdir. Deməli, fironun öz xalqı üçün məsuliyyəti güj və həssas qayğıkeşliyin 
bir yerdə yaratdığı tarazlığı nəzərdə tutur. Onun həyata keçirdiyi ədalət qanundan 
daha əhəmiyyətli bir şey olmalıdır. Hökmdarın məmurları daha çox qanunların 
ijrasına javabdeh idilər. Hökmdarın ilahi keyfiyyəti ona imkan verirdi ki, daha 
sərbəst şəkildə ədalətli hakimtyyəti həyata keçirsin. 
Qədim şumerlər arasında, sonralar Babilistanda (b.e.ə. II minillikdə) geniş 
yayılmış miflərdə Şamaş adlı allah ədalətin himayəçisi, zəiflərin və sıxışdıranların 
müdafiəçisi hesab edilirdi. 
Şumer və Babilistan hökmdarları və qanunverijiləri öz hakimiyyətlərinin, 
qanunlarının ilahi xarakter daşıdığını göstərirdilər, dövlətlə Kainatı ayrılmaz hesab 
edirdilər. 
İkiçayarası (Mesopotamiya) kosmik dövləti bütün real mövjud olan dünyanı 
(insanları, heyvanları, bitkiləri, təbiət hadisələrini və b.) özündə birləşdirirdi. Qədim 
mənbələrə görə nəinki insanlar, başqa janlılar, hətta jansız təbiətin əşya və hadisələri 
də dövlətin üzvləri hesab edilirdi, çünki onların hamısı iradəyə, xarakterə, qüvvəyə 
malikdir. Onları fərqləndirən yalnız hakimiyyət idi. Adamları lərzəyə gətirən odur 
ki, müqəddəsləşdirilən təbiət hadisələrini insanlar allah səviyyəsinə qaldırır. 
Kainatın tamhüquqlu vətəndaşları hesab edir, onların böyük siyasi hüquqlara və 
siyasi təsir qüvvəsinə malik olduqlarına inanırdılar. Elə buna görə də Kosmik 
dövlətdə ümumi yığınjaq allahların müşavirəsi hesab edilirdi. 
Yerdəki dövlətdə ölkənin idarəsində iştirak etməyən böyük insan qrupları 
mövjud idi. Qullar, uşaqlar, ola bilsin ki, qadınlar dövlət yığınjağında iştirak 
etmirdilər. Yalnız yetkin yaşa çatmış azad kişilər jəmiyyət işlərini müzakirə etmək 
üçün yığılırdılar, yalnız onlar əsl mənada vətəndaş hesab edilirdilər. Lakin insan 



jəmiyyəti, qədim mənbələrə görə, nəhəng kosmik jəmiyyətin kiçik bir hissəsidir. 
Deməli, milli dövlət allahların Kosmik dövlətinin Yerdə iradəsini həyata keçirirdi. 
Böyük allah Anu göyün allahı hesab edilirdi. İkinji allah Enlil tufan allahı idi. 
Yer kainatın görünən və ən əhəmiyyətli üçünjü hissəsi sayılırdı. Yer eyni zamanda 
həyat üçün zəruri olan suyun da mənbəyidir. 
Anu hər bir hakimiyyətin mənbəyi və fəal başlanğıjıdır. O, jəmiyyət xaos və 
anarxiyadan çıxaran və mükəmməl bir tam halına gətirən yeganə qüvvədir; o, 
jəmiyyətdə mövjud olan qanunlara və adətlərə, fiziki dünyadakı təbii qanunlara, bir 
sözlə dünya nizamına tabe olmaq zərurətini aşılayır və təmin edir. 
Tufan allahı Elninin vəzifələri xeyli fərqlidir. Tufanın qüvvəsi qüdrət 
deməkdir. Bu qüvvə hakimiyyət üçün çox vajibdir. Kosmik dövlət öz iradəsini zor 
güjünə düşmənə qəbul etdirmək istəyəndə Enlil əsas fiquraya çevrilir. 
Görünən Kainatın üçünjü ən əsas hissəsi olan Yer məhsuldarlıq, bərəkət 
deməkdir; o elə sirli, tükənməz qüvvəyə malikdir ki, hər il yaşayış üçün zəruri olan 
bitkiləri yenidən yaradır; o həmçinin içməli suyun, hətta dəniz suyunun mənbəyidir. 
B.e.ə. bütün III minillik ərzində İkiçayarası kiçik siyasi vahid olan şəhər 
dövlətlərindən ibarət idi. Milli dövlət isə şəhər – dövlətlərdən fərqli olaraq əsas 
fəaliyyətini iqtisadi sahədən daha çox siyasi aləmdə göstərirdi. Dövətin əsasən iki 
funksiyası vardır: ölkə daxilində qayda-qununu təmin etmək və Mesopotamiyanı 
xariji hüjumlardan qorumaq. Məsələn, kiçik şəhər dövləti olan Babildə otuz illik 
hakimiyyət sürdükdən sonra Hammurapinin bütün Jənubi İkiçayarasını özünə tabe 
etməsini mifologiya kosmik istilahlar ilə belə izah edir: Babilin şəhər allahı Marduk 
allahların yığınjağında Enlilin funksiyasını yerinə yetirmək tapşırığı alır. O da öz 
növbəsində insanlar arasında özünün nümayəndəsi olan Hammurapiyə uyğun 
tapşırıq verir. Deməli, Marduk Enlilin, Hammurapi isə Mardukun iradəsini həyata 
keçirir. Bu barədə Hammurapi özü də yazmışdır. Bununla o, öz hakimiyyətinin ilahi 
xarakter daşıdığını göstərirdi. Belə anlayışlar b.e.ə. XVIII əsrdə Babilistanın məşhur 
siyasi-hüquqi abidəsi olan “Hammurapi qanunları”nda əks edilmişdir. Burada 
göstərilir ki, ədalət jəmiyyətin müxtəlif zümrələrinə mənsub olan adamlar – azad 
insanlar, başqa qəbilələrdən olan qullar (müharibədə əsir alınanlar və b.) və borjunu 



ödəməyib qul olanlar (üç ildən artıq olmamaq şərtilə) arasında bərabərsizliyi 
nəzərdə tutur. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin