THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
148
Sentiment analiz müxtəlif səviyyələrdə həyata keçirilir: sənəd, söz, cüm-
lə, xüsusiyyət səviyyəsi. Sənəd səviyəssində əsas məsələ rəy bildirilən sənə-
din pozitiv və ya neqativ fikir ifadə etməsi, cümlə səviyəssində isə hər bir
cümlənin pozitiv, neqativ və ya neytral fikir ifadə etməsi müəyyən olunur. Söz
səviyəsində rəyi avtomatik şərh edən 2 yanaşmadan istifadə olunur: lüğət və
korpus əsaslı. Xüsusiyyət səviyyəsinin əsas vəzifəsi obyektlər və obyektlərin
aspektləri/xüsusiyyətləri haqqında ifadə olunan insanların fikirlərini çıxarmaq
və ümumiləşdirməkdir.
Sentiment analizinin ə sas terminologiyas ı . Sentiment analizin məqsədi
müxtəlif mənbələrdə olan subyektiv məlumatları aşkar etmək və müəllifin bir
məsələyə və ya sənədin ümumi mövqeyinə dair düşüncə tərzini müəyyən
etməkdir. Janyce Wiebe subyektivliyi hər hansı bir fərdin (kiminsə) fikirlərinin,
duyğularının, hisslərinin, inanclarının, fərziyyələrinin linqvistik ifadəsi kimi
təsvir etmişdir. Əksər tədqiqatçılar Sentiment analiz və “opinion mining” ter-
minlərini eyni mənalı qəbul etsələr də bəzi tədqiqatçılar fərqli anlayışlar oldu-
ğunu bildirirlər. “Opinion mining” mətn sənədlərində subyektiv informasiyanın
aşkar edilməsi, çıxarılması üçün bir üsuldur. Sentiment analiz isə mətndə ifa-
də edilmiş rəyləri müəyyən edir və sonra analiz edir.[ Lui B,2015, 243]
Əhval-ruhiyyə (
sentiment ), inam (
belief ), baxış (
view ) sözləri sinonim
sözlər kimi qəbul edilsə də, onlar arasında müəyyən fərqlərin olduğu qeyd
olunur. Aşağıda bunu daha aydın izah edək; rəy (düşünülmüş, lakin mübahi-
səyə açıq olan nəticə), baxış (subyektiv rəy, “öz fikirlərini bildirməkdə çox
iddialı olmaq”), inam (qəsdən qəbul və intellektual razılıq), sentiment (insanın
hisslərini əks etdirən sabit rəy).
Sentiment analiz üçün yana ş malar . Sentiment analiz üzrə mövcud işləri
müxtəlif baxış bucaqlarına görə təsnif etmək olar: istifadə olunan texnika,
mətnin görünüşü, mətn təhlilinin təfərrüat səviyyəsi, reytinq səviyyəsi və s.
Sentiment analiz üsullarını 2 əsas qrupa ayırmaq olar:
lü ğə t ə sasl ı yana ş ma, ma ş ı n t ə limi ə sasl ı yana ş ma. Ma ş ı n t ə limi (MT) yana ş mas ı məşhur MT alqoritmlərini tətbiq edir və
linqvistik xüsusiyyətlərdən istifadə edir. Bu metod məlum verilənlər toplusun-
da təlim keçməklə əhval-ruhiyyəni müəyyən etmək üçün bir neçə təlim alqo-
ritmindən istifadə edir. MT metodları özlüyündə 2 qrupa bölünür,
n ə zar ə t edi- l ə n t ə lim v ə ikincisi is ə n ə zar ə tsiz t ə lim . Nəzarət olunan təlim metodları eti-
ketli təlim sənədlərinin mövcudluğundan asılıdır. Bu etiketli təlim sənədlərini
tapmaq çətin olduqda nəzarətsiz metodlardan istifadə olunur. Nəzarət edilən
təlim qərarlar ağacı, qərar əsaslı, ehtimala əsaslanan (naive bayes, bayes
şəbəkəsi, maksimum entropiya, svm ) klasifikasiya kimi növlərə bölünür.
Nəzarətsiz təlim etiketsiz məlumat dəstlərini təhlil etmək və qruplaşdırmaq
üçün MT alqoritmlərindən(K-medians,dbscan və s) istifadə edir. Bu alqoritm-
lər insan müdaxiləsinə ehtiyac olmadan verilənlərdə gizli nümunələri aşkar
edir. Nəzarətsiz təlim modelləri üç əsas vəzifə üçün istifadə olunur: qruplaş-
ma, assosiasiya və ölçülərin azaldılması.