Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə14/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   10   11   12   13   14   15   16   17   ...   493
BHOS Tezisler 2022 17x24sm

 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
17
TALIŞ ZONASININ SUBQƏLƏVİ PİKRİTLƏRİNİN 
FORMALAŞMASININ PETROLOJİ XÜSÜSIYYƏTLƏRİ 
Sarıyev.F.H 
Az
ə
rbaycan Milli Elml
ə
r Akademiyas
ı
 Geologiya v
ə
 Geofizika 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
ferrux.sariyev.2018@mail.ru 
Elmi rəhbər: Professor Musa Məmmədov 
Açar sözlər: 
pikrit, peridotit, şpinel, differensasiya 
Talış zonası Əlborz qırışıqlıq zonasının şimal qərb davamında yerləş-
məklə, Göyçə-Həkəri və Vedi-Zəngəzur ofiolit qurşaqlarının aralarında yer-
ləşir. Bu zona bir struktur vahid kimi İran piltəsinin şimal-qərbində Palmir-
Abşeron linyamenti ilə Kiçik Qafqazdan ayrılır və qitə parçası yaxud terregen 
kimi özünün geloji inkşafının orogen mərhələsində rift təbiətli qırılma struk-
turlarının nəzarəti ilə təmas zonalardan təcrid olunur. Talış zonasının geoloji 
inkşafının eosen mərhələsində qraben tipli qırılma strukturalarının aktivləş-
mə-si nəticəsində metasamatik dəyişmiş yaxud sıxlığı azalmış şpinelli-
peridotit bünövrəsi qismən əriyərək ilkin subqələvi bazalt maqması formalaş-
mışdır. [Məmmədov,Babayeva,2001,20-23] Bu ilkin bir yerdə rast gəlməyən 
elementlərlə zəngin olan olivinli subqələvi bazalt maqması ərintinin ilkin 
fraksiyası qraben tipli strukturanın nəzarəti ilə yer qabığı şəraitində zəif təka-
mülə uğrayaraq subqələvi kaliumlu absorkit-şoşenit-latit-fonolit seriyası əmə-
lə gəlmişdir. Ərintinin ikinci yaxud çətin əriyən elementlərlə zəngin olan yer 
qabığnın yuxarı horizontlarında layvari, ştoka oxşar bəzən dayka tipli sub-
qələvi pikrit-peridotit seriyalarını əmələ gətirmişdir. Layvari intruzivlər yer 
qabığının yuxarı horizontlarında formalaşdıqlarına görə bir növ möhtəvi quru-
luşla xarakterizə olunurlar. Burada kamera daxili differensasiyanın təsiri ilə 
intruzivlərin alt təmas zonasından-üst təmas zonasına doğru rəngli mine-
raların (olivin, piroksen, amfibol, floqopit vs ) miqdarı tədricən azalır. Amma 
şəffaf minerallar (plagioklaz, qələvi çöl şpatları ) artır. Makroskopik olaraq 
həmin istiqamətdə isə aşağıdan yuxarı suxurların tünd qara rəgləri tədricən 
boz,açıq boz rənglərlə əvəzlənir.Pikritlər bu seriyanın bir növ qidalandırıcı 
kanalları ilə daykalarla və kiçik diametirli ştoklarla təmsil olunmuşlar. Onlar 
tünd qara rəngli olub,orada gizli floqopit vərəqləri adi gözlə seçilir. Mikros-
kopik olaraq subqələvi pikritlər xarakterik möhtəvi qurluşludurlar. 
Möhtəvilər forsterit və xrizolit tərkiblidirlər. Onlar əksər hallarda törəmə 
minerallarla indinqisit-bolunqit sepentinlərlə əvəzlənmişdir. Piroksenlər xa-
rakterik tipamorf diopsit- salit tərkiblidirlər. Amfibol trimolitdən, aktinolitdən 
mika isə floqopit tərkiblidir, məhdud miqdarda pirop, almandin, xromşpinel, 
muassanitdə iştrak edir. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin