Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə10/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   6   7   8   9   10   11   12   13   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
13
geotermal enerji ehtiyatları kəmiyyətcə qiymətləndirilmişdir. Bu qiymətlər 
həm neftin istismarı zamanı səmt istiliyindən istifadə imkanlarını, həm də 
geotermal enerjidən alternativ enerji kimi istifadə imkanlarını göstərir 
[Muxtarov, 2011, 30-32]. 
Ədəbiyyat

1. 
Azərbaycanın geologiyası. II cild. Bakı 2015, 371 səh. 
2. 
Muxtarov A.Ş. Cənubi-Xəzər hövzəsinin çökmə kompleksinin istilik sahəsinin strukturu. 
Doktorluq dissertasiyasının avtoreferatı, Bakı, 2011, 42 səh. 
3. 
А.А.Якубов, И.С.Атакишиев. Геотермические исследования нефтегазовых 
месторождений Апшерона. Баку 1973, 86 с.
4. 
Геология Азербайджана. Физика земли. Tом V. Баку 2002, 351с. 
5. 
Mammadova A.V. Temperature Distribution and Heat Flow Density Estimation in 
Geothermal Areas of Absheron Peninsula. 
International Journal of Terrestrial Heat Flow 
and Applied Geothermics, Vol 3 No 1, 
pp. 26-31, Rio de Janeiro,
 
2020. 
http://ijthfa.com/index.php/journal/article/view/44/33
SƏNGƏÇAL-DƏNİZ-BULLA-DƏNİZ ANTİKLİNAL QURŞAĞINDA 
ANOMAL YÜKSƏK LAY TƏZYİQİNİN PAYLANMA 
XÜSUSİYYƏTLƏRİ 
Aydan Hafizova 
Bak
ı
 Dövl
ə
t Universiteti 
Bak
ı
, Az
ə
rbaycan
hafizovaaydan@gmail.com 
Elmi rəhbər: Dosent Ceyhun Abbasov 
Açar sözlər: 
AYLT, 
qradiyent
, tektonika, stratiqrafiya
 
Çökmə süxurlarda anomal yüksək lay təzyiqinin (AYLT) paylanma xüsu-
siyyətlərinin öyrənilməsi geologiya və geofizika qarşısında duran əsas məsə-
lələrdən biridir. Süxur kəsilişlərində AYLT-nin paylanma xüsusiyyətlərini təd-
qiq etməklə müxtəlif hipsometrik və stratiqrafik səviyyələrdə Yer təkinin ener-
getik və gərginlik vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq mümkündür. 
AYLT-nin və qradiyentinin bloklar üzrə müqayisəli şəkildə öyrənilməsi Yer 
qabığında geotektonik proseslərin təzahürlərinin mümkün səbəblərini və bəzi 
xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Bu baxımdan Səngəçal-dəniz-
Bulla-dəniz antiklinal qurşağında AYLT-nin paylanma xüsusiyyətlərinin sahə-
nin geoloji-tektonik inkişaf şəraiti nəzərə alınmaqla öyrənilməsi böyük maraq 
kəsb edir. 
Səngəçal-dəniz-Bulla-dəniz antiklinal qurşağı AYLT-nin geniş yayıldığı 
sahələrdən biridir. Burada AYLT-nin lokal və regional miqyasda tədqiqi onun 
ayrı-ayrı tektonik bloklarda müxtəlif qiymətlərlə dəyişdiyini və təzyiq qradi-



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin