THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
11
Aşağı Kür NQR-in sahəsi tektonik tərəfdən Aşağı Kür çökəkliyi ilə ta-
mamlanır. Bu çökəklik cənub-şərqdə Kür dağarası çökəkliyi ilə əhatə olunub,
Cq-də Orta Xəzər, Şş-də Ləngəbiz-Ələt qırılmalarla qonşu elementlərdən
ayrılır. Cş-də Cənubi-Xəzər çökəklik kompleksinə uyğun gəlir. Aşağı Kür
çökəkliyi çöküntü kompleksləri, eyni zamanda, geoloji cəhətdən müxtəlif
geoloji-geofiziki üsullar, həm də dərin qazıma üsulu vasitəsilə yüksək sə-
viyyədə tədqiq olunmuşdur. Sahənin struktur-tektonik, eyni zamanda, geoloji
quruluşu daha çox Antropogen Pliosen yaşlı çöküntülərdən təşkil olunub. Bu
çöküntülərin qalınlığı (5-6 km) böyük olduğuna görə daha qədim çöküntülər,
o cümlədən mezozoy çöküntüləri dərin qazıntılar zamanı tədqiq edilməmiş
qalır. Lakin hövzədə geniş yayılmış palçıq vulkanlarının bərk püskürmə
materiallarında iri əhəngdaşı parçaları müşahidə olunur. Mezozoy kökləri
olan bu vulkanların məlumatlarına əsasən, mezozoyun struktur planı ilə
Paleogen-Miosen və Pliosen struktur planları arasında uyğunsuzluğun
olduğu qənaətinə gəlinir.[1]
Ehtimal etmək olar ki, Pliosen strukturlarının qanadında və ya periklina-
lında qeyd olunan palçıq vulkanlarının kökləri aşağıda yatan mezozoy
strukturlarının tağı ilə bağlıdır. Bu uyğunsuzluq burada aparılan seysmik
materiallarla aydın şəkildə fərqlənir.[3]
Ədəbiyyat
1.
Aslanov B.S., Xuduzadə Ə.Ş., 2016. Geoloji-geofiziki məlumatların kompleks təhlili
əsasında Saatlı-Göyçay-Muğan gömülmüş qalxımlar zonasının geodinamikası və neft-
qazlılıq perspektivliyi // ANT, Bakı, № 6, s.13-17.
2.
Aslanov B.S., Xuduzadə Ə.Ş., Əbilhəsənova L.C., 2017. Saatlı-Göyçay-Muğan
zonasının gömülmüş strukturlarında karbohidrogenlərin miqrasiya yollarının və
formalaşma sahələrinin təhlili // ANT, Bakı, № 6, s.13-19.
3.
Nərimanov A.Ə., 2011. Azərbaycanda Mezozoy neftinin axtarışına dair // Azərbaycan
Geoloqu, № 15, s.12-26.
Dostları ilə paylaş: