THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader
of Azerbaijan Heydar Aliyev
12
qırışıqlıq zonalarının ətək hissələrində yerləşir və okeanlar, dəniz,
göl və
massiv kütlələrlə bağlı olur. Çökmə hövzələrdə çökən çöküntülərin sürəti
müxtəlif olduğundan sürətlə çökən çöküntülər böyük qalınlığa
və yüksək
temperatura malik olur. Fasilə ilə çökən çöküntülər isə az qalınlığı və kiçik
temperaturu ilə səciyyələnir.
Müəyyən edilmişdir ki, hövzələrdə mövcud strukturlarda temperatur eyni
dərinliklərdə gümbəz hissəsində qanadlara və periklinallara nisbətən yüksək
olur. Müəyyən strukturlara görə qurulan xəritələrdə izotermlərin və izohips-
lərin belə uyğunluğu müşahidə olunur. Litosferdə flüidin temperaturu artdıq-
da o genişlənir və sıxlığı azalır. Sıxlığı az olan flüid Arximed qüvvəsinin təsiri
altında yuxarı qalxır. Onun yerini qonşu soyuq flüid tutur. Bu hissə də qızdıq-
da yuxarı qalxır və temperatur bütün həcmdə eyni olana kimi proses davam
edir. Litosfer və yer qabığı bərk halda olduğundan burada istiliyin daşın-
masında konduktiv mexanizm üstünlük təşkil edir. Lakin bərk süxurların mə-
saməli olması və bu məsamələrdə flüidlərin (su, neft, qaz və s.) mövcudluğu
burada da konveksiyanın fəaliyyətinə imkan yaradır (məsaməli mühitdə
konveksiya prosesi baş verir) [Якубов, 1973, 40-42].
İzoterm xəritələrində temperatur relyefi həm də Yerin təkindən müxtəlif
filiz cisimlərini və faydalı qazıntıları da özündə əks etdirir. Məsələn, neft, daş
kömür, yanar şist yataqları üzərində müsbət temperatur anomaliyaları müşa-
hidə olunur. Oxşar temperatur anomaliyaları sulfid yataqları və radioaktiv filiz
cisimləri üzərində də müşahidə olunur.
Neft və qaz yataqları əsas etibarilə çökmə süxurların–qumların, qumda-
şıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticə-
sində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda
neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün
münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə
çatır), qaz yatağı üçün daha əlverişli sayılır.
Müəyyən edilmişdir ki, neft əmələgətirən süxurlardan karbohidrogenlərin
miqrasiya şəraiti məkan baxımından
qeyri-bərabərdir, aşağı qatda yatan
(yaşca qədim) çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə qidalandı-
ran ocaqlar mövcuddur, neft və qazın subşaquli miqrasiyası mövcuddur. Ona
görə də, istiliyin Yerin daxilində daha dərin qatlardan səthə daşınmasında
neft-qaz aktiv iştirak edir [Mammadova, 2020, 26-31].
Neft-qaz yataqlarının istismarı zamanı ərazi
üçün geotermik qradient
təyin edilir.
Geotermik tədqiqatlar əsasında flüidlərin kollektor səciyyələri və
faza hallarını qiymətləndirmək olar. Vulkanlar müşahidə olmayan ərazilərdə
geotermik qradiyent 100 m dərinliyə 3°C təşkil edir. Ümumiyyətlə, geotermik
qradiyentin kəmiyyəti ərazinin geologiyasından asılı olaraq, hər 100 m dərin-
liyə 1°C dərəcədən 5°C dərəcəyə qədər dəyişir.
Azərbaycanın depressiya zonalarının pliosen-dördüncü dövr çöküntülə-
rində formalaşan neft-qaz yataqlarında temperatur qiymətləri ölçülmüş və