Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə245/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   241   242   243   244   245   246   247   248   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
254
dirilən və onların yerini təyin edən elektron çiplər və sensorlar) vasitəsilə, 
sifarişin cari vəziyyəti haqqında müştərinin avtomatik məlumatlandırılması 
təmin edilir [Mohdhar et al., 2021]. 
Böyük veril
ə
nl
ə
r (Big Data)
–ticarət 
sistemlərində müştəri xidmətlərinin avtomatlaşdırılması, xüsusən müştərilərə 
fərdi yanaşmanın təmin edilməsində istifadə olunur. Böyük verilənlər müştə-
rilərin alış-veriş davranışları, həyat tərzi və məkan-zaman vəziyyəti haqqında 
məlumatları qeyd edir [Yang Shen, 2020]. Bu verilənlərin analitik emalı, 
müəssisələrə istifadəçi mərkəzli vahid marketinq sistemi qurmağa imkan 
verir. 
Çatbot (Chatbot) 
– süni intellektin tətbiqinə əsaslanan proqram təminatı 
olub, istifadəçilərlə real-vaxtda səsli və ya yazılı əlaqənin yaradılmasında 
istidadə olunur [Siddharth et al., 2015]. E-ticarət sistemlərində proseslərin 
avtomatlaşdırılması ilə bağlı qeyd edilən ideyaların reallaşdırılmasında və 
adları çəkilən texnologiyaların uğurlu tətbiqinin əsasında süni intellekt, data 
analitikası, maşın öyrənməsi, bulud hesablama kimi elmi-texnoloji inno-
vasiyaların tətbiqi dayanır.
3. AZƏRBAYCANDA TİCARƏTİN İNKİŞAF PERSPEKTİVLƏRİ 
Ölkədə elektron ticarətin təkmilləşdirilməsi, e-ticarət platformalarının və 
ödəniş sistemlərinin qurulması üzrə mühüm işlər görülməkdədir. “Azexport.az” 
portalının “Amazon”, “eBay”, “Alibaba” kimi 15-dək beynəlxalq e-ticarət plat-
formasına inteqrasiya olunan portala dünyanın 145 ölkəsindən daxil olan ix-
rac sifarişlərinin həcmi 2 milyard 720 milyon ABŞ dolları təşkil etmişdir 
[https://ereforms.gov.az/az/media/xeberler/azexport-az-made-in-azerbaijan-
mehsullarini-amazon-ve-ebay-de-satisa-cixarib-343]. Hazırda Azərbaycanda 
“Azericard”, “e-pul.az”, “milliön.az” kimi müxtəlif onlayn ödəniş portalları 
fəaliyyət göstərməkdədir. Mobil ödəniş və elektron pul kisəsi xidmətləri təklif 
edən “Apple Pay” ödəniş sisteminin ölkədə fəaliyyətə başlaması təmin 
edilmişdir. “unimall.az”, “umico.az” kimi e-ticarətin B2C modeli üzrə fəaliyyət 
göstərən və ölkənin müxtəlif İnternet-mağazalarını özündə cəmləşdirən tam 
funksional e-ticarət platformaları yaradılmışdır və hazırda müasir texnologi-
yalar əsasında inkişaf etdirilməkdədir. 
4. NƏTİCƏ 
Müştərilərlə münasibətlərin idarə edilməsində, müəssisə daxili əməliy-
yatların optimallaşdırılmasında və ticarət üzrə digər xidmətlərin təkmilləşdi-
rilməsində müasir avtomatlaşdırma mezanizmlərinin tətbiqi müsbət nəticələ-
rə gətirir. E-ticarətdə proseslərin avtomatlaşdırılmasına Əşyaların İnterneti, 
böyük verilənlər, süni intellekt, bulud hesablama kimi müasir texnologiyaların 
tətbiqinin genişlənməsi gələcəkdə e-ticarət sistemlərinin inkişafında yeni 
perspektivlərin yaranmasına təkan verəcəkdir. Göstərilən innovativ texnolo-
giyaların tətbiqi ilə gələcəkdə ölkədə e-ticarətin səmərəli inkişafına, Azər-
baycanın regionda e-ticarət üzrə aparıcı ölkələrdən birinə çevrilməsinə nail 
olmaq olar. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin