THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
256
Gələcək nəsillərin tələbatını ödəmək məqsədilə ekoloji cəhətdən əlverişli
olan və İKT sistemlərinə əsaslanan yaşıl texnologiyaların tətbiqi genişləndi-
rilməlidir.
İqtisadiyyatın diversifikasiyasına, dünyada olduğu kimi Azərbaycanda da
yaşıl texnologiyaların tətbiqi, yaşıl iqtisadiyyatın inkişafı, onun ekoloji kon-
tekstdə daha da səmərəli formalaşmasına və sürətli inkişafına nail olmaq
hazırda ölkə üçün zəruri məsələlərdəndir [Əliquliyev, Əliyev, 2017; Aliyev,
2019]. Təqdim olunan məqalədə də neft sənayesində xüsusi əhəmiyyətə ma-
lik olan elektron tullantilarin idarə olunmasi proseslərinin avtomatlaşdirilmasi-
nın vacibliyinə diqqət yetirilmişdir.
2. ELEKTRON TULLANTILARIN İDARƏ OLUNMASI PROSESLƏRİNİN
AVTOMATLAŞDIRILMASINDA MÜASİR İKT-nin TƏTBİQİ
E-tullantıların idarəetmə sisteminin avtomatlaşdirilması strukturuna
aşağıdakıları daxil etmək olar [Ağayev və b., 2017; Сальникова и другие,
2021; Mingaleva et al., 2020; Łaźniewska et al., 2021]: sistemin müxtəlif
mərhələləri üzrə aparılan əməliyyatların avtomatlaşdırılmasını həyata keçir-
ən informasiya sistemləri və onların tərkib hissələri, modulları, digər infor-
masiya sistemləri ilə inteqrasiya vasitələri, Dövlət Vahid Elektron Xidmətləri
informasiya sistemləri ilə əlaqələndiricilər və s.
3. 4.0 SƏNAYE İNQİLABI PLATFORMASINDA E-TULLANTILARIN
İDARƏ OLUNMASI PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASININ
PERSPEKTİV İSTİQAMƏTLƏRİ
Neft sənayesində elektron tullantilarin səmərəli idarə olunmasında Big
Data, Əşyaların İnterneti (IoT), cloud, süni intellekt, Soft computing və s. kimi
digər innovativ texnologiyalarının tətbiqi hazırkı dövr üçün xüsusu əhəmiy-
yətə malikdir. Big Data-nın elektron tullantıların idarə olunmasında üstün-
lükləri çoxdur. Cloud texnologiyaların elektron tullantıların idarə olunmasında
tətbiqi məlumatların daha da təhlükəsiz təmininə və informasiya təminatının
təkmilləşdirilməsinin səmərəliliyinə şərait yaradır. Neft sənayesində elektron
tullantıların idarə olunmasında süni intellekt texnologiyalarının tətbiqi imkan-
ları da müasir dövrün aktul məsələlərindən hesab olunur. Soft computing sü-
ni intellektə əsaslanmaqla “qeyri-səlis məntiq”,“neyron şəbəkələri” və “genetik
alqoritmlər”i birləşdirir. Soft computinglərdən elektron tullantıların idarə olun-
masında geniş istifadə olunması yeni perspektiv imkanlar yaradır.
NƏTİCƏ
Elektron tullantıların düzgün idarə edilməməsi insan sağlamlığına və ətraf
mühitə mənfi təsir göstərir. Avropa İttifaqı, qabaqcıl dünya və MDB ölkələ-
rində elektron tullantıların idarə edilməsi sahəsində mövcud normativ-hüquqi
sənədlərin təhlili aparılır ki, bu da hazırki dövrdə elektron tullantıların idarə
edilməsi sisteminin ilkin mərhələ olduğunu göstərir. Təbii resursların tükən-
məsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərin qarşı-
sının alınması üçün yüksək texnologiyalardan istifadə olunması iqtisadiyyata