THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
255
Ədəbiyyat 1. Əliyev Ə.Q., Abbasova V.Ə., Abidini M. Elektron kommersiya texnologiyalarının həyata
keçirilməsinin tənzimlənməsi məsələləri. İnformasiya Cəmiyyəti Problemləri, 2010, №1,
səh.41-47.
2. Костин К.Б., Субоч А.Н. Современные бизнес-модели электронной коммерции.
Russian Journal of Innovation Economics. 2020, Том 10, №3, cтр.1623-1648.
3. Mohdhar A., Shaalan K. The Future of e-commerce systems: 2030 and Beyond. Springer
Nature Switzerland, 2021. pp.311-330.
4. Siddharth Gupta, Deep Borkar, Chevelyn De Mello, Saurabh Patil. An e-commerce
website based Chatbot. International Journal of Computer Science and Information
Technologies (IJCSIT), 2015, vol.6(2), pp.1483-1485.
5. Yang Shen. Application of Big Data technology in e-commerce. International Conference
on Machine Learning and Computer Application. Conference Series. 2020, volume 1682,
pp.1-5.
NEFT SƏNAYESİNDƏ ELEKTRON TULLANTILAR PROBLEMİ VƏ ONUN İDARƏ OLUNMASI PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASI Məleykə M.Paşayeva AMEA İ nformasiya Texnologiyalar ı İ nstitutu, Bak ı , Az ə rbaycan ibishova96@mail.ru Elmi rəhbər: t.f.d., dos. Bikəs S.Ağayev Açar sözlər: ekoloji iqtisadiyyat, elektron tullantıların idarə olunması, 4.0 Sənaye inqilabı
1. GİRİŞ
Müasir informasiya cəmiyyəti quruculuğu prosesində çox aktual məsələ
kimi xarakterizə olunan sənaye və elektron tullantıların idarə edilməsi -
tullantıların yığılması, toplanması, nəqli, yerləşdirilməsi, ilkin və təkrar emalı,
utilizasiyası əməliyyatlarından ibarət kompleks fəaliyyətdən ibarətdir. 4.0
Sənaye inqilabı elementlərinin neft sənayesində elektron tullantiların səmə-
rəli idarə olunmasında tətbiq olunması dünya iqtisadiyyatının inkişafında
əsas istiqamətlərdən birinə çevrilmişdir. “Bakı şəhərində məişət tullantıları ilə
bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Ölkə Prezidentinin Sərən-
camı [https://president.az/az/articles/view/52215] və “Azərbaycan Respubli-
kasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair
Milli Strategiya” sirkulyar iqtisadiyyatın inkişafında, tullantısız texnologiya-
ların inkişafında mühüm mərhələ olmuşdur. Sənaye və elektron tullantıların
davamlı idarə olunması ölkənin sosial-iqtisadi siyasət istiqamətinin tərkib
komponentidir. Gələcək üçün təbii ehtiyatların istifadəsini azaltmaq və təkrar
emal vasitəsilə tullantıların geri qaytarılmasını təmin etmək əsas məqsəddir.