Açar sözl ə r: üzüm, şərab, tullantı, emal, təkrar emal
Bütün dünya üzrə həyatın ekoloji şəraitinin pisləşməsi nəticəsində məh-
sulun tərkibində ekoloji ziyanlı maddələri öz üzərində sorbsiya etmək qabiliy-
yətinə malik vasitələrin, o cümlədən üzüm cecəsinin tərkibində olan faydalı
komponentlərin öyrənilməsi günümüzün aktual məsələdir. Enterosorbentlər
olan bir çox ərzaq məhsullarının istehsal etmə ehtiyacı yaratmışdır. Bundan
belə nəticəyə gəlmək olar ki, insan orqanizmasından ekoloji ziyanlı olan mad-
dələrin stronsium və sezium radionuklidləri ammiak, ağır metal duzları, fenol
və digərləri çıxarırlar. Bundan əlavə hazırda yeyinti sənayesinin emal sahə-
lərinin təkrar xammallarının biokonversiya əsasında yüksək bioloji dəyərlərə
malikdirlər. Yeni növdə olan yeyinti məhsullarının yaradılması imkanlarının
yerinə yetrilməsilə ilə əlaqəli olan məsələlərə böyük nəzər yetirilir [Deng və b.,
2011; Ермаков və b., 1987; Гусейнов və b., 2018; Huseynov və Soltanov, 2019].
Bir çox elm adamları bir çox tədqiqatlara əsaslanaraq bir çox bitki növ-
lərinin çuğundur cecəsinin, üzüm cecəsinin qida liflərinin yüksək səviyyəli ak-
tivliyinə malik olduqlarını bir çox yerlərdə qeyd edirlər. Bir neçə tədqiqat işlə-
rinin aparılması insanların qidalanma dövründə qida liflərinin zərərsiz olması
ilə əsaslandırılmışdır. Bu dediklərimizdən istifadə həzm və mədə-bağırsaq
traktının fəaliyyətini yaxşılaşdırır və eyni zamanda müsbət təsir göstərir. Bir
çox xəstəliklərin müalicəsində kolit və diabet xəstəliyinin müalicəsində xoleste-
rin artımını azaldır və aterosklerozun müalicə profilaktikasında istifadə olunur
çox yaxşı nəticə göstərir [Насибов və Гусейнов, 2018; Otles və Ozgöz, 2014].
Təkrar xamal olan üzüm cecəsi üzüm emal sahəsinin olduğundan onda
olan bitki mənşəli qidalı liflərin kifayət qədər olmasıdır [Радченко və b., 2010].
Son dövrlərdə insanların mikroekologiyasına həsr olunmuş elmi ədəbiy-
yatda və rəsmi sənədlərdə, həmçinin qidalanma nəzəriyyəsində insanın təbii
qoruması amillərindəndir onun mikroflorasının daimi tərkibi yoxlanışdan
keçirilir. Bunu aparan funksional inqredientlər probiotiklərdən adlanir.
Probiotiklər süd turşularının bakteriyaları canlı mikroorqanizmi, ən çox
isə bifido və laktobakteriyalar olub, insanların təbii mikroflorasına aid edilir və
təkamül nəticəsində yaranmışlar. Bu faydalı olan mikrofloranın çoxalması
üçün prebiotiklərdən istifadə edilir.
Prebiotiklər suda yaxşı asanlıqla həll olunan müxtəlif qida liflərindən təş-
kil olunmuş mono, oliqo və polisaxaridlərdən təşkil olunub. Orqanizmdə in-