Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə280/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   276   277   278   279   280   281   282   283   ...   493
BHOS Tezisler 2022 17x24sm

FOSFOR (V) OKSİDİ AL
2
O3-SİO
2
 TƏRKİBLİ DAŞIYICI İLƏ 
MODİFİKASİYA OLUNMUŞ VƏ HR-538 NÜMUNƏLƏRİNİN BİTKİ 
YAĞI ƏLAVƏ OLUNMUŞ DİZEL DİSTİLLATLARININ 
HİDROTƏMİZLƏNMƏ PROSESİNƏ TƏTBİQİ 
Aynur Həsənova 
AMEA Y.H.M
ə
mm
ə
d
ə
liyev ad
ı
na
Neft-Kimya Prosesl
ə
ri 
İ
nstitutu
Bak
ı
, Az
ə
rbaycan 
anr8118@gmail.ru 
Elmi rəhbər: Dosent, t.e.d. Elmar Abdullayev
Açar sözlər:
bitki yağı, dizel distillatı, hidrotəmizlənmə, halloizitlər
Müasir dövrün yaratdığı ekoloji problemlərdən biri də mühərrik yanacaq-
larının ətraf mühitə buraxdığı zərərli tullantıların miqdarının artmasıdır. Bu 
istiqamətdə aparılan mübarizə üsullarından biri bitki tərkibli karbon turşula-


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
294
rının mineral tərkibli neft məhsullarına əlavə etmək və yeni nəsl nanoölçülü 
katalizatorların hazırlanmasıdır [2,4] . 
Katalizator daşıyıcısı kimi istifadə olunan nano ölçülü kimyəvi birləşmə-
lər emal prosesləri zamanı göstərdikləri müsbət nəticələrə görə bir çox alim-
lərin diqqət mərkəzindədirlər. Məlumdur ki, bir çox sintetik nanoölçülü daşı-
yıcılarla yanaşı, təbiətdə təbii nanoborulu hissəcikləri olan alümosilikat tər-
kibli halloizitlər mövcuddur. Hansı ki, yüksək temperatur və təzyiq şəraitlərinə 
olduqca davamlıdır. Eyni zamanda aktiv turşu mərkəzlərinin olması kataliza-
torlarının aktivliyinin artmasına səbəb olur[1,3]. 
Tədqim olunmuş işdə, 5%-li fosfor (V) oksidi ilə modifikiasiya olunmuş 
halloizit nümunəsinin HR-538 katalizatoru ilə birgə yuxarı təzyiq (8,0 Mpa) və 
temperatur (380
0
C) şəraitində 10% bitki yağı əlavə olunmuş dizel distillatı 
qarışığının hidrotəmizlənməsi zamanı aktivliyi öyrənilmiş və nəticədə ekoloji 
cəhətdən daha az zərərli dizel yanacağı (green diesel) alınmışdır. 
Məlumdur ki, yuxarı təzyiq və temperatur şəraitində bitki yağı turşularının 
deoksigenləşmə istiqamətində parçalanması müşahidə olunur və mühitdə 
suyun əmələ gəlməsinə səbəb olur ki, bu da arzuolunmazdır [5]. Fosfor (V) 
oksidi tərkibli və HR-538 katalizatorun birgə iştikarı isə parçalanmanı dekar-
boksilləşmə istiqamətinə yönəltməklə mühitdə suyun əmələgəlməsinin qarşı-
sını 30-40%-ə qədər alır. Bu da, katalizatorun işləmə müddətinin artmasına 
və hidrogen sərfinin (6,8-9,5% küt.) azalmasına səbəb olur.
Hidrotəmizlənmiş dizel yanacağının tərkibində aromatik karbohidrogen-
lərin miqdarı 11,2% (küt.), kükürdsüzləşdirilmə dərinliyi isə 85,3% (küt.) təşkil 
edir. Donma temperaturu isə mənfi 30 və mənfi 32
0
C olmuşdur. 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin