THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader
of Azerbaijan Heydar Aliyev
294
rının mineral tərkibli neft məhsullarına əlavə etmək və yeni nəsl nanoölçülü
katalizatorların hazırlanmasıdır [2,4] .
Katalizator daşıyıcısı kimi istifadə olunan nano ölçülü kimyəvi birləşmə-
lər emal prosesləri zamanı göstərdikləri müsbət nəticələrə görə bir
çox alim-
lərin diqqət mərkəzindədirlər. Məlumdur ki, bir çox sintetik nanoölçülü daşı-
yıcılarla yanaşı, təbiətdə təbii nanoborulu hissəcikləri olan alümosilikat tər-
kibli halloizitlər mövcuddur. Hansı ki, yüksək temperatur və təzyiq şəraitlərinə
olduqca davamlıdır. Eyni zamanda aktiv turşu mərkəzlərinin olması kataliza-
torlarının aktivliyinin artmasına səbəb olur[1,3].
Tədqim olunmuş işdə, 5%-li fosfor (V) oksidi ilə modifikiasiya olunmuş
halloizit nümunəsinin HR-538 katalizatoru ilə birgə yuxarı təzyiq (8,0 Mpa) və
temperatur (380
0
C) şəraitində 10% bitki yağı əlavə olunmuş dizel distillatı
qarışığının hidrotəmizlənməsi zamanı aktivliyi öyrənilmiş və nəticədə ekoloji
cəhətdən daha az zərərli dizel yanacağı (green diesel) alınmışdır.
Məlumdur ki, yuxarı təzyiq və temperatur şəraitində bitki yağı turşularının
deoksigenləşmə istiqamətində parçalanması
müşahidə olunur və mühitdə
suyun əmələ gəlməsinə səbəb olur ki, bu da arzuolunmazdır [5]. Fosfor (V)
oksidi tərkibli və HR-538 katalizatorun birgə iştikarı isə parçalanmanı dekar-
boksilləşmə istiqamətinə yönəltməklə mühitdə suyun əmələgəlməsinin qarşı-
sını 30-40%-ə qədər alır. Bu da, katalizatorun işləmə müddətinin artmasına
və hidrogen sərfinin (6,8-9,5% küt.) azalmasına səbəb olur.
Hidrotəmizlənmiş dizel yanacağının tərkibində aromatik karbohidrogen-
lərin miqdarı 11,2% (küt.), kükürdsüzləşdirilmə dərinliyi isə 85,3% (küt.) təşkil
edir. Donma temperaturu isə mənfi 30 və mənfi 32
0
C olmuşdur.
Dostları ilə paylaş: