THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
384
References
1. A.A. Geidarov, G.I. Alyshanly, A.A. Gulieva, L.T.Tagievaa, V.A. Alieva. Kinetic laws of the
dissolution of alunite from alunite ores // Russian metallurgy (metally). Vol. 2020 No. 9. P.
933-937.
2. Zhao Z., Xiaobin Li, Qingjie Zhao. Recovery of V
2
O
5
from Bayer liquor by ion exchange.
Rare Metals, 2020. 29, p. 115-120.
METAL İONLARININ MAQNİT XASSƏLİ SORBENTLƏRLƏ BƏRK
FAZALI EKSTRAKSİYASI
Günel Məmmədova
Bak
ı
Dövl
ə
t Universiteti
Bak
ı
, Az
ə
rbaycan
e-mail: mammadova.gunel15@gmail.com
Elmi rəhbər: prof. Xəlil Nağıyev, dos. Amir Abbas Matin
Açar sözlər:
maqnit xassəli sorbent, ekstraksiya, seçicilik
Komponentlərin kiçik miqdarının təyini üçün son dövrlər maqnit xassəli
sorbentlərin tətbiqinə xüsusi diqqət yetirilir. Bunun səbəbi onlardan istifadə
etməklə komponentlərin kiçik miqdarının asanlıqla ayrılmasıdır ki, bu da xü-
susilə böyük həcmə malik olan ətraf mühit obyektlərinin analizi üçün mühüm
əhəmiyyət kəsb edir. Digər tərəfdən bu sorbentlərin təkrar emal olunması və
təkrar istifadə üçün yararlı olması onları ekoloji
cəhətdən təmiz və ucuz
materiallar kimi xarakterizə edir. Bundan başqa nanoquruluşlu maqnit xassəli
sorbentlər digərləri ilə müqayisədə daha üstün xüsusiyyətlərə malik olması
ilə fərqlənir. Bu sorbentlər əhəmiyyətli dərəcədə yüksək səth sahəsinə, daha
qısa diffuziya yoluna, yüksək ekstraksiya qabiliyyətinə malik olmasıdır. Bu
xüsusiyyətlər tədqiqatçıların son iki onillikdə yeni və səmərəli nanoquruluşlu
maqnit xassəli sorbentlərin istifadə edilməsinə
xüsusi diqqət yetirməsinə
səbəb olmuşdur [1-3].
Bərk fazalı ekstraksiyada adsorbent kimi istifadə edilən maqnit nanohis-
səciklərinin sintezi və tətbiqləri ilə bağlı araşdırmalar sürətlə artır. Maqnit bərk
fazalı ekstraksiya (MBFE) üçün istifadə olunan maqnit xassəli sorbentlər
MBFE əsaslı metododikalarının ayrılma və qatılaşdırma sürətinə, qatılaşdır-
ma əmsalının qiymətinə və kənar komponentlərin maneçilik təsirinə böyük
təsir göstərir. MBFE üçün istifadə edilən maqnit nanohissəcikli sorbentlər
yüksək maqnit xassəsinə malik olmaqla tərkibində müxtəlif funksional qruplar
saxlayan nanoölçülü quruluşda olur. Tərkibində müxtəlif funksional qruplar,
məsələn, hidroksil, karboksil, amin, merkaptan olan maqnit xassəli sorbentlər
sintez etmək mümkündür ki, bu da onların təyin olunan komponentlərə qarşı
yüksək seçiciliyə malik olmasını təmin edir.