THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
385
Xüsusi örtük materiallara malik olmayan təyinatın aparıldığı mühitdə
lazımı analitik effektə malik olmur. Buna görə də maqnit xassəli sorbentlərin
turş mühitində sorbsiya qabiliyyətini, seçilik və stabillik qabiliyyətini yaxşılaş-
dırmaq üçün onların müxtəlif materiallarla funksionallaşdırılması və qarışdı-
rılması üsulundan istifadə olunur [4]. Maqnit xassəli sorbentlərin funksional-
laşdırılması üçün istifadə olunan örtük materiallara misal olaraq səthi aktiv
maddələr, karbon nanoborular, qrafen/qrafen oksid, metal üzvi birləşmələr,
ikiqat laylı hidroksidlər, aptamerlər, molekulyar əsaslı polimerlər kimi müxtəlif
materiallar, eləcə də maqnit xassəli hidrogellər, muncuqlar, köpüklər və sün-
gərlər kimi birləşmələri göstərmək olar. Maqnit xassəli sorbentlərin funksio-
nallaşdırılması onların ayrılma effektivliyini artırmasına baxmayaraq, onların
hidrofob və dispersiya xüsusiyyətlərini artırmaq üçün daha çox tədqiqatın
aparılması tələb olunur [5, 6].
Qarışıq şəkildə olan komponentlərin ekstraksiyası prosesində istifadə
olunan muncuq və hidrogel əsaslı sorbentlər ağır metal ionlarının adsorbsi-
yası və ətraf mühit nümunələrindən ekstraksiyası üçün geniş istifadə olunan
hidrofil materiallardır. Nümunə olaraq, mis, kadmium və qurğuşun ionlarını
(>90%) sulu məhluldan səmərəli şəkildə ekstraksiya etmək üçün polisaxarid-
qrafen oksidi-Fe
3
O
4
hidrogelindən istifadə olunur [7].
Bütün bunlar maqnit xassəli yeni sorbentlərin alınması, onların quruluş
və xassələrinin öyrənilməsi və analitik kimyada əhəmiyyətinin müəyyən edil-
məsi əsaslı tədqiqat işlərinin aparılmasını zəruri məsələ olaraq qarşıya qoyur.