Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə420/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   416   417   418   419   420   421   422   423   ...   493
BHOS Tezisler 2022 17x24sm

 
 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
433
XROMEN TÖRƏMƏSİNİN DİZEL YANACAĞINDA 
ANTİOKSİDLƏŞDİRİCİ TƏSİRİNİN TƏDQİQİ 
V.R.İsrəfilova, Y.V.Məmmədova 
Bak
ı
 Dövl
ə
t Universiteti 
Bak
ı
, Az
ə
rbaycan
isrefilovavusale1998@gmail.com 
Elmi rəhbər: İ.Q.Məmmədov
Açar sözl
ə
r:
gliserin, aldehid, çoxkomponentli sintezlər, aşqarlar 
Müasir dövrün ən aktual problemlərindən biri yağların və yanacaqların 
müxtəlif təsirlərə qarşı stabilliyinin artırılmasıdır. Bu problemin həlli məqsə-
dilə yeni aşqarların işlənib hazırlanması istiqamətində daim işlər aparılır.
Göstərilənlər nəzərə alınaraq ekoloji təmiz, eləcə də yaşıl həlledici olan 
qliserin iştirakında 4-brombenzaldehidin malonodinitril və dimedonla klassik 
kondensləşmə reaksiyasından (
E
)-2-amino-4-bromfenil-7,7-dimetil-5-okso-
4-stiril-5,6,7,8-tetrahidro-4
H
-xromen-3-karbonitril birləşməsi sintez olunaraq 
dizel yanacağının oksidləşməsinə qarşı aşqar kimi xassəsi yoxlanılmışdır [1,2]. 
Tərəfimizdən aşqar əlavə edildikdən əvvəl və sonra sonra dizel yanaca-
ğının oksidləşməyə qarşı davamlığı öyrənilmişdir. Eləcə də hidrogen perok-
sid əlavə edilmiş dizel nümunəsində aşqarın antioksidləşdirici təsirinə baxıl-
mışdır. Dizel nümunələrində aşqarın antioksidləşdirici effekti NMR spektros-
kopiyasının köməyilə tədqiq edilmişdir. 
Tədqiqatlardan alınan nəticələr sintez olunmuş birləşmənin dizel yana-
cağında antioksidləşdirici effektə malik olmasını göstərmişdir. 
Ədəbiyyat
[1] S.C. Chuang, S.P. Sung, J.C. Deng, M.F. Chioua, D.S. Hsu, Organic & Biomolecular 
Chemistry, 2016, 14, p.2306-2317 
[2] N. Binhayeeding, S. Klomklao, K. Sangkharak, Energy Procedia, 2017, 138, p. 895-900 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin