Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə421/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   417   418   419   420   421   422   423   424   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
434
SU SİSTEMLƏRİNİN RADİONUKLİDLƏRDƏN VƏ AĞIR 
METALLARDAN SORBSİYA ÜSULU İLƏ TƏMİZLƏNMƏSİ 
Musa Bayramov, Şəhla Quliyeva, Günay Mehdiyeva, Mahirə Ağayeva
Bak
ı
 Dövl
ə
t Universiteti 
Bak
ı
, Az
ə
rbaycan 
guliyevashahla@hotmail.com 
Elmi rəhbər: Musa Bayramov 
Açar sözl
ə
r:
radionuklidlər, zərərli kimyəvi maddələr, sorbentlər, təmizləmə 
Su sistemlərinin və digər ətraf mühit obyektlərinin zərərəli kimyəvi mad-
dələrdən və radionuklidlərdən təmizlənməsinin effektiv üsullarının işlənib 
hazırlanması müasir elmin aktual problemlərindən biridir [1, 2].
Tərkibində amin-, sulfo-, karboksil və digər qruplar saxlayan polimer tipli 
sorbsiya materialları yuxarıda adları çəkilən toksikantların effektiv təmizlən-
məsində mühüm yer tutur [3]. 
Artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetində yeni sorbsiya mate-
riallarının - stirol, fenol, alkenillfenol, formaldehid və müxtəlif amin birləşmə-
ləri əsasında aktiv funksional qruplara malik tikili polimerlərin işlənməsi və 
onların uran birləşmələrinə və müxtəlif təbiətə malik ətraf mühitə zərərli tok-
sikantlara qarşı sorbsiya xassələrinin öyrənilməsi ilə bağlı tədqiqat işləri apa-
rılır.
Təqdim olunan tezis 2-alilfenol (AF), formaldehid (CH
2
O) və etilen 
diamin (EDA) əsasında üçlü sooliqomerlərin sintezi, onlar əsasında müxtəlif 
kimyəvi çevrilmələrinə həsr edilmişdir. Yuxarıda göstərilən birləşmələrin üçlü 
sooliqomerləşməsi reaksiyası ampulada AF:CH
2
O:EDA - 0,5:4:1 mol 
nisbətində və 85-90

temperaturda aparılmışdır. 
Əvvəlcə AF-lə formaldehidin reaksiyası (1:2 mol nisbətində) 45

-də 
aralıq 2-allilfenolformaldehid birləşməsini əmələ gətirir, daha sonra diger 
reagentlər sistemə daxil edilir. Sooliqomerləşmə (prokursorların) 85-90

temperaturda 3 saat ərzində (çıxım 89,2%-dir) tamamlanmışdır. 
Alınmış sooliqomer aseton və spirtdə həll olan açıq-sarı rəngli maddə-
dir. Sonra isə 80

temperaturda azoizobutirodinitril (1%) inisiatorunun işti-
rakı ilə akrilonitril ilə sopolimerləşməsi (tikilməsi) prosesi öyrənilmişdir.
Sooliqomer: akrilonitril - 1:1 mol nisbətdə, tikilmə müddəti 10 saat. Müəyyən 
edilmişdir ki, seçilmiş şəraitdə tikilmə prosesi əsasən akrilonitrilin sintez edil-
miş sooliqomerlərin strukturunda mövcud olan allil fraqmentləri ilə sərbəst 
radikal sopolimerləşməsinin reaksiyası (ilkin mərhələ) və sonra üç- ölçülü 
strukturların əmələ gəlməsi olmuşdur (sonrakı mərhələlərdə). Polimerləşmə 
reaksiyasının tikilmə məhsulunun quruluşu İQ spektroskopiyasının vasitəsilə 
təsdiq edilmişdir.
Tərkibində aminometil fraqmentlərinin (–CH
2
–NH–CH
2
–CH
2
–NH–),
(–CH
2
–CH–CH
2
–CH
2
–CN–) və fenol hidroksilin olması sulu məhlullardan 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin