THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
442
Neft şlamlarının emal metodu və zərərsizləşdirilməsinin
seçilməsi əsasən
neft şlamındakı neft məhsullarının miqdarından asılıdır. Neft tullantılarının
zərərsizləşdirilməsi və utilizasiyası məqsədilə kimyəvi zərərsizləşdirmə,
bioloji emal, termiki emal,
fiziki emal, fiziki-kimyəvi emal metodlarından
istifadə olunur. Fiziki-kimyəvi emal metodu daha geniş yayılmışdır.
Hazırkı tədqiqatlar N.Nərimanov adına NQÇİ-nin Daşgil sahəsindən,
Salyanoil və Ə.Əmirov adına NQÇİ-dən gətirilmiş şlam nümunələrinin fiziki-
kimyəvi metodla emalına həsr edilmişdir. Bu metoddan istifadə edərkən neft
şlamlarının emalı məqsədilə xüsusi seçilmiş səthi-aktiv maddələr, deemul-
qatorlar, isladıcılar, həlledicilər və digərlərindən istifadə olunur. Deemulqator-
ların hazırlanmsı otaq temperaturunda Laprol -3003, Laprol -3603-2-12,
Laprol 5003-2B-10 və yüngül qazoylun 40:60 (kütlə %) nisbətində həmçinin
bu Laprolların Flexoil CW-288 reagenti ilə ekvikütlə nisbətində qarışığının və
yüngül qazoylun 20:20:60 (kütlə %) nisbətində qarışığının tam həll olmasına
qədər sadə qarışdırılması ilə aparılır. Flexoil CW-288 reagenti depressator
xassəli olsa da, deemulsasiya etmə qabiliyyətinə malik deyil.
Lakin bu
reagenti Laprollarla ekvikütlə nisbətində qarışdırqda qüvvətli deemulsasiya
etmə qabiliyyəti əldə edilir. Görünür ki, bu
zaman Laprol və Flexoil CW-
288 reagenti arasında sinergetik effekt yaranır. İsladıcı reagentin hazırlan-
ması otaq temperaturunda maye şüşənin Na
2
SiO
3
və qələvinin NaOH 9:1
(kütlə %) nisbətində sadə qarışdırılması ilə aparılır. Hazırlanmış qeyri-iono-
gen deemulqatorlar tələ su-neft emulsiyasına daxil edildikdə fazaların ayrıl-
ma sərhədində cəmləşirlər. İsladıcı reagent isə mexaniki qarışıqların səthin-
də adsorbsiya olunaraq, onları hidrofilləşdirir və emulsiyada su damcılarının
disperslənmış örtüklərinin tərkibində yerləşən mexaniki qarışıqların səthin-
dən adsorbsiya olunmuş neft emulqatorlarını sıxışdırıb çıxarır. Aralıq emul-
siya layı kimi N.Nərimanov adına NQÇİ-nin Daşgil sahəsində yerləşən neftin
hazırlanması və nəqli sexinin ərazisində olan neft şlamlarından, Salyanoyl
neft şlamı və Əmirov adına NQÇİ neft şlamından istifadə olunmuşdur.
N.Nərimanov adına NQÇİ-nin Daşgil sahəsindən gətirilmiş neft şlamının
tərkibində 7,13 % su, 1487 mq/l duz və 8,5 % mexaniki qarışıqlar vardır.
Salyanoyl neft şlamı tərkibində 46% su, 2340mq/l duz, 20% mexaniki qarışıq-
lar saxlayır. Əmirov adına NQÇİ neft şlamında 63% su, 1860 mq/l duz və
22% mexaniki qarışıqlar vardır. Aralıq emulsiya layının parçalanması
“butulka sınağı” (botl-test) ilə həyata keçirilmişdir. Qraduirovka olunmuş və
ağzı kip bağlanan şüşə qaba (durulaşdırıcı butulka) 200 qram neft şlamı
doldurulur. Neft şlamına həlledici, su, KD-1 kompozisiyası, deemulqator əla-
və edilir. Neft şlamına əlavə edilən maddələrin ümumi kütləsi 40 qram təşkil
etmişdir. Alınan qarışıq mexaniki qarışdırıcı ilə qarışdırılır. Əlavə edilən kom-
ponentlər neft şlamı ilə qarışdıqdan sonra qarışdırma
davam etməklə
temperatur 65-70
o
C-yə qədər artırılır. Qarışdırılma dayandırılır, şüşə qabın
ağzı bağlanır və çökdürmə prosesi 6 saat müddətində aparılır.