THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
443
Çökdürmə prosesi başa çatdıqdan sonra ayrılan suyun həcmi qeyd
olunur, neft fazası ayrılır və effektivlik neftin tərkibindəki qalıq suyun, xlorid
duzlarının və mexaniki qarışıqların miqdarı ilə təyin olunur. Neftdəki qalıq
suyun miqdarı ГОСТ 14870-77-yə uyğun olaraq Dina-Stark metodu ilə, xlorid
duzlarının miqdarı ГОСТ 21534-76 və mexaniki qarışıqlar ГОСТ 6370-83-ə
uyğun müəyyən olunmuşdur. Aparılmış işlərin nəticələri sübut etmişdir ki,
neft şlamına əlavə edilən maddələrin emal etmə qabiliyyəti yüksəkdir. Belə
ki, deemulsasiyadan sonra neftdə qalan su, duz və mexaniki qarışıqların
miqdarı ГОСТ 51858-2002-nin tələblərinə uyğun olmuşdur. Yəni qalıq suyun
miqdarı 0.5 %-dən, xlorid duzlarının miqdarı 100 mq/l-dən və mexaniki qa-
rışıqların miqdarı isə 0.05 %-dən aşağıdır(1-ci qrup neftə uyğun). Su-neft
emulsiyasının parçalanmasında işlədilən termokimyəvi üsulda hər iki amilin-
temperatur və kimyəvi reagentin birgə təsirindən istifadə edilmişdir [3].
Nəticədə belə bir qənaətə gəlinmişdir ki, neft şlamlarından nefti ayırmaq
üçün hazırlanmış yeni texnologiya neft şlamlarını emal etmək üçün daha
geniş miqyasda tətbiq oluna bilər.
Ədəbiyyat [1] Современные методы переработки нефтешламов/ Ягафарова Г.Г. [и др.] М.: Химия,
2010. 190с
[2] Жаров О.А., Лавров В.Л. Современные методы переработки нефтешламов//
Экология производства. 2004. № 5. С.43-51.
[3] О.А. Кириллов, А.Н. Кабанов, С.В. Савинков Экономическая эффективность
переработки шламов нефтеперерабатывающего предприятия / Успехи в химии и
химической технологии. Том 28. 2014. № 10 (159). С.105-107.
EÜBE-NİN YENİ İSTEHSAL TEXNOLOGİYASINDA EKOLOJİ