THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
447
OKSİGENAT AŞQARLI B10 YANACAĞININ TƏDQİQİ S.E.Hüseynova, Ş.Z.Qasımova, R.Ə.Hüseynova, İ.Q.Məmmədov Bak ı Dövl ə t Universiteti Bak ı , Az ə rbaycan sahla.hussynova@bk.ru Elmi rəhbər: Ofelya Cavadova Açar sözl ə r: biodizel, yanacaq, tsiklik ketal
Son illər klassik yanacaq ehtiyyatlarının tükənməsi, eləcə də ekoloji balan-
sın pozulması alternativ enerji mənbələrinə olan marağın artmasına səbəb ol-
muşdur. Bu səbəbdən yeni növ yanacaqların alınma üsullarının işlənib hazır-
lanması müasir dünyanın aktual problemlərindən biridir. Hazırda ən çox isti-
fadə olunan alternativ enerji mənbələrindən biri biodizel yanacağıdır. Dizel
mühərrikləri üçün alternativ yanacaq hesab edilən biodizel həm təmiz forma-
da, həm də dizel yanacağı ilə birlikdə müxtəlif nisbətlərdə qarışıq şəklində is-
tifadə edilə bilər.
Biodizel yanacağının potensial üstünlükləri aşağı emissiya qabiliyyəti,
daha yaxşı yağlama nəticəsində mühərrikin uzun ömürlü olması, bioloji par-
çalanma, yüksək setan ədədi və s. kimi xüsusiyyətlərdir. Biodizel yanaca-
ğında aromatik, azot və kükürdlü birləşmələr olmadığından, ətraf mühit üçün
də müxtəlif ekoloji problemlər (ozon dəliyinin ölçüsünün artması, turşu ya-
ğışlarının əmələ gəlməsi, atmosferdə zəhərli kimyəvi birləşmələrin yığılması,
istixana effektinin yaranması və s.) yaradan zəhərli maddələr buraxılmır [1,2].
Göstərilənlərə nəzərən KOH katalizatoru iştirakında günəbaxan yağının
və metanolun transefirləşməsindən biodizel sintez edilmişdir. Proses 55°C-də,
yağın metanola 1:3 nisbətində aparılmış və 93% çıxımla biodizel alınmışdır.
Sintez olunan biodizelin dizellə həcm nisbətində qarışığından B10 hazırlan-
mışdır. Yanacağa müxtəlif nisbətlərdə şam ağacının qozasından alınan yağ və
tsiklopentanon ilə qliserinin kondensləşmə məhsulu olan tsiklik ketal əlavə edi-
lərək ASTM standartlarına uyğun olaraq istismar parametrləri tədqiq edilmişdir.
Əldə edilən nəticələr B10 yanacağına oksigenli birləşmələr əlavə edildikdən
sonra, yanacağın sıxlıq, özlülük, mis korroziya, alışma-, donma-, bulanma tem-
peraturu kimi bir çox fiziki xassələrinin yaxşılaşmasını deməyə əsas vermişdir.
Aparılan tədqiqatlardan alınan nəticələri ümumiləşdirsək, qeyd edə bilə-
rik ki, oksigenli birləşmələr əlavə edilən B10 yanacaq qarışığı dizel mühər-
rikləri üçün təmiz biodizel (B100) və dizel yanacağı ilə müqayisədə daha
böyük üstünlüklərə malikdir.
Ədəbiyyat [1] Ibrahim Mamedov, Sahila Huseynova, Ofelia Javadova, Nargiz Azimova, Rahila Huseynova,
Shargiya Gasimova, Testing of pine oil and glycerol ketal as components of B10 fuel blend
Energy, Environment and Storage 2021
[2] S.N. Gebremariam, J.M. Marchetti, Economics of biodiesel production: Review, Energy
Conversion and Management]