THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
450
Fıstıq yonqarı və şam talaşası əsasında təmiz halda və onlara 0,5-1%
küt. miqdarında bentonit (Ben), karbamid əsasında alınan fenol-formaldehid
qatranı (KarFFQ), qazoyl fraksiyalarının tərkibində olan aromatik karbohidro-
genlərlə modifikasiya olunmuş fenol-formaldehid oliqomerləri (qazFFO) və
fındıq ağacının kömürü (FK) əlavə olunaraq briketlər alınmışdır. Hər birinin
alışma, tam dövr alışma və yanma müddəti müəyyən edilmişdir.
Müəyyən olunmuşdur ki, şam talaşasının istifadəsində alınan nümunələr
üçün də fistıq yonqarı üçün olan qanunauyğunluqlar müşahidə olunur, lakin
alınan nümunələr daha kövrək olur.
Fıstıq yonqarına fındıq kömürü əlavə etdikdə alınan briketlərin daha köv-
rək olduğu lakin bunların közərmə müddətinin və tam yanma müddəti qatqı-
sız nümunələr ilə müqayisədə 8,7 dəq artdığı (təqribən 56% yanma müddəti
daha çox olur) təyin olunmuşdur.
Fıstıq yonqarına 0,5% fındıq kömürü və qazFFo əlavəsində alınan nü-
munələrin yanma müddəti daha da çoxalır və 26 dəq. təşkil edir (təqribən
70% artır). Briketlərin bərkliyi sırf fındıq kömürü ilə alınan nümunələr ilə mü-
qayisədə artmışdır.
Ən bərk nümunələr fistıq yonqarının nişasta ilə 0,5%-li qarışıqları üçün
müşahidə olunmuş və bunların yanma müddətləri də 30,25 dəq. təşkil etmiş-
dir və qatqısız briketlərlə müqayisədə 98% artmışdır.
Ədəbiyyat 1. http://www.ecoproject.org/projects/biomass_brochure.pdf
2. https://lesprominform.ru/jarticles.html?id=4672
3. Oliveira, P. E., Leal, P. & Pichara, C. E. Pellets derived from Eucalyptus nitens residue:
physical, chemical, and thermal characterization for a clean combustion product made in
Chile. Can. J. For. Res. 48, 1194–1203. https://doi.org/10.1139/cjfr-2018-0122 (2018)
4. Вавилов А.В. Брикеты из возобновляемых биоэнергоисточников. Монография. /А.В.
Вавилов// Минск, Стринко, 2013