Tezislər / Theses


Elmi rəhbər: professor İbrahim Məmmədov



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə444/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   440   441   442   443   444   445   446   447   ...   493
BHOS Tezisler 2022 17x24sm

Elmi rəhbər: professor İbrahim Məmmədov 
Açar sözl
ə
r:
Dizel, biodizel, yanacaq 
Avtomobillərdə, eləcə də sənayenin müxtəlif sahələrində neft yanacaq-
larından istifadənin artması ətraf mühitin çirklənməsinə səbəb olaraq plane-
timizdə ozon təbəqəsinin deşilməsi, qlobal istiləşmə, istixana effektinin ya-
ranması və s. kimi ciddi problemlərə gətirib çıxarmışdır. Göstərilənlər nəzərə 
alınaraq, dünyanın elm adamları klassik yanacaqları əvəz etmək üçün alter-
nativ mənbələri tapmaq məqsədilə geniş araşdırmalar aparırlar [1].
Belə 
mənbələrdən
biri biodizeldir. Biodizel bərpa edilə bilən, bioloji parçalanmaya-, 
ətraf mühitə uyğunlaşmaya-, aşağı emissiyaya malik, toksik olmayan, normal 
dizel mühərriklərində rahatlıqla istifadə qabiliyyəti və s. kimi üstünlükləri özün-
də saxlayan dövrümüzün alternativ yanacaqlarından biridir. Biokütlə yana-
caqları özündə aromatik, kükürdlü və azotlu birləşmələr saxlamadığından 
ətraf mühitə zəhərli maddələr də buraxmırlar [2]. Bioyanacaqlar mövcud 
enerji böhranını əvəzləyən və qlobal istiləşmənin azaldılmasına kömək edən 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
458
enerji mənbələri hesab olunur. Bu potensial üsdünlükləri nəzərə alaraq müx-
təlif ölkələrdə bitki və heyvan mənşəli yağlardan biodizel istehsal olunur [3]. 
Təqdim edilən işdə biodizel dəvətikanı yağının KOH katalizatoru iştira-
kında metanol ilə transefirləşməsindən alınmışdır. Əldə edilən biodizel və adi 
neft dizelindən B5, B10, B20 və B50 qarışıqları hazırlanmış və bu qarışıqların 
istismar xassələr tədqiq edilmişdir. B5, B10, B20, B50 yanacaqlarında sıxlıq 
(0,849-0,866 qr/sm
3
) və kinematik özlülüyün (3,348-3,781 mm
2
/s) qiymətləri 
bir qədər artsa da, 40
o
C- də ASTM-ə uyğun olmuşdur. Dizel yanacağı ilə mü-
qayisədə biodizel qarışıqlarında kükürdün miqdarının (0,04 %-dən 0,025%-
ə qədər) azalması ətraf mühit və insan sağlamlığı üçün müsbət hesab oluna 
bilər. Bununla yanaşı B5, B10, B20 və B50 yanacaqlarında setan ədədi də 
(43,2-43,8) artmışdır. Göstərilən nəticələri adi dizelin ASTM standartları ilə 
müqayisə etdikdə bütün qarışıqların standartlara uyğun xüsusiyyətlərə malik 
olduğunu görərik. Bu nəticələr dəvətikanı yağından alınan biodizelin adi dizel 
mühərrikində hər hansı bir dəyişiklik edilmədən istifadə oluna bilməsinə 
imkan verir. Dəvətikanı bitkisinin ölkəmizdə geniş yayılması və maliyə qiymə-
tinin aşağı olması bu bitkidən bioyanacaq üçün istifadə olunmasına şərait 
yaradır. Hazırda dəvətikanı yağı ilə yeni katalitik ion maddəsi iştirakında 
bioyanacaqlar istehsalı istiqamətində tədqiqat işləri davam etdirilir.
Ədəbiyyat 
[1] S.P.Chincholkar, S.Srivastava, A.Rehman, S.Dixit, A.Lanjewar. Biodiesel as an Alter-
native Fuel for Pollution Control in Diesel Engine, Asian J. Exp. Sci., 14, 13-22, 2005 
[2] I.G.Mamedov, S.Huseynova, O.Javadova, N.Azimova, R.Huseynova, S.Gasimova. 
Testing of pine oil glycerol ketal as components of B10 fuel blend, Energy, 
Environment and Storage., 14, 11-12, 2021 
[3] K.Pikula, A.Zakharenko, A.Stratidakis, M.Razgonova, A. Nosyrev. The advances and 
limitations in biodiesel production: feedstocks, oil extraction methods, production, and 
environmental life cycle assessment, Green Chemistry Letters and Reviews 276, 275-
294, 2020 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin