Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə435/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   431   432   433   434   435   436   437   438   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
449
MƏHV OLMUŞ MEŞƏ VƏ AĞAC ODUNCAQLARININ 
QALIQLARINDAN YANACAQ BRİKETLƏRİNİN HAZIRLANMASI
MODİFİKASİYA OLUNMASI VƏ YANMANI LƏNGİDƏN 
ƏLAVƏLƏRİN TƏDQİQİ 
Nadirə Həsənxanova, Təranə Məmmədova 
Akad.Yu.M
ə
mm
ə
d
ə
liyev ad
ı
na Neft Kimya Prosesl
ə
ri 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
Açar sözl
ə
r:
Biokütlə, bioyanacaq, briket, oduncaq, alternativ enerji, utilizasiya
Planetimizin ekoloji vəziyyətinin sərtləşməsi nəzərə alınaraq hazırda 
neftə alternativ olan xammal mənbələrinin araşdırılması gündəmdə olan ak-
tual problemlərdəndir. Bu nöqtəyi nəzərdən bərpa oluna bilən biokütlədən 
müxtəlif növ bioyanacaqların alınması əsas istiqamətlərdəndir. Yanacaq 
briketləri də enerji alınmasında alternativ mənbə olaraq ekoloji vəziyyətin 
daha təmiz olmasına səbəb olur. Belə ki, neft əsaslı yanacaqlarla (mazut, 
yanar şistlərlə) müqayisədə istilikxana qazlarının (CO
2
, SO
2
, NO
2
) nəzərə 
çarpacaq dərəcədə azalmasını təmin edir [1]. Enerji mənbəyi kimi odun 
yanacağının istifadəsi istilikxana qazı tullantılarının məhdudlaşdırılması və 
azaldılması ilə bağlı Kyoto Protokolunun müddəalarına tamamilə uyğundur. 
Son illərdə Avropada pellet (qranullar) və briketlərə tələbat davamlı olaraq 
artır. Burada AB-nin iqlim siyasəti, xüsusən atmosferə istixana qazı tullan-
tılarının azaldılması tədbirləri böyük rol oynayır. Qlobal qranul istehlak baza-
rının təxminən 85%-i Avropadadır. Qranullar müxtəlif dənli bitkilərin sama-
nından, ilk növbədə buğdadan hazırlanır. Saman uzun müddətdir ki, Avropa-
da, ABŞ, Kanada, Hindistan, Çin və digər ölkələrdə yanacaq kimi istifadə 
edilir. Future Metrics (ABŞ) konsaltinq şirkətinin apardığı bir araşdırmaya 
görə böyük İES-lər üçün yalnız sənaye qranullarının illik istehlakı 2023-cü ilə 
qədər 21.5 milyon ton təşkil edəcək ki, bu da indiki 12 milyon tondan demək 
olar ki, iki dəfə çoxdur. Yalnız ENplus və DIN + növləri üçün illik istehlak Al-
maniyada 2 milyon tonu, İtaliyada isə 3 milyon tonu keçmişdir [2-4]. 
Bunları nəzərə alaraq işğaldan yeni azad olunmuş Dağlıq Qarabağın 
ərazilərində meşələrdə məhv olmuş və qocalmış ağac xammalın bərk yana-
caq növlərinin alınmasında istifadə olunması bu regionun iqtisadi inkişafına, 
eyni zamanda ekoloji baxımdan daha təhlükəsiz yanacaq növlərinin alınma-
sına səbəb olur.
Təqdim olunan işin yerinə yetirilməsi üçün Dağlıq Qarabağın ərazilərin-
də meşələrdə məhv olmuş eləcə də qocalmış fıstıq və şam ağaclarının yon-
qarı və talaşaları təmiz halda və
0,5-1% küt miqdarında bentonit (Ben), kar-
bamid əsasında alınan fenol-formaldehid qatranı (KarFFQ), qazoyl fraksiya-
larının tərkibində olan aromatik karbohidrogenlərlə modifikasiya olunmuş 
fenol-formaldehid oliqomerləri (qazFFO), fındıq ağacının kömürü (FK) əlavə 
olunaraq qarışıqlar alınmış və bu qarışıqlardan briketlərin alınması və yan-
ma xassələri tədqiq olunmuşdur. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin