THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
448
YERLİ XAMMAL ƏSASINDA BİODİZELİN ALINMASI Z.A.Abasova, R.Ə.Hüseynova, Ş.Z.Qasımova, İ.Q.Məmmədov Bak ı Dövl ə t Universiteti Bak ı , Az ə rbaycan zulfiyeabasova@mail.ru Elmi rəhbər: Ofelya Cavadova Açar sözl ə r: dizel, biodizel,yanacaq
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi
çirkləndirən başlıca mənbə növü olaraq qalır. Nəqliyyatda müxtəlif alternativ
yanacağın istifadəsi neft yanacağının dəyişdirilməsi probleminin həllini təmin
edir, motor yanacağının alınması üçün xammal bazasını əhəmiyyətli dərəcə-
də genişləndirir, nəqliyyat vasitələrinin ekoloji-təmiz yanacaqla təmin edilmə-
si məsələlərinin həllini asanlaşdırır. Tələb olunan fiziki-kimyəvi xassələrə ma-
lik alternativ yanacaq növlərinin, o cümlədən biodizelin əldə edilməsi imkan-
ları dizel mühərriklərinin iş proseslərini məqsədyönlü şəkildə təkmilləşdirmə-
yə, onların ekoloji və iqtisadi göstəricilərini yaxşılaşdırmağa imkan verir. Al-
ternativ yanacaqlar yalnız ətraf mühitin mühafizəsi deyil, həm də ölkələrin
neftdən və qazdan asılılığını da azaldır.
Göstərilənlərlə yanaşı, qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki
vacib məsələni də həll etmiş olur: yanacaq mənbələrinin bərpa olunan for-
maya keçirilməsi; çoxçeşidli xammal növlərindən istifadə edilməsi.
Qeyd etmək lazımdır ki, regionun xüsusiyyətlərindən asılı olaraq alter-
nativ enerjidən istifadə zamanı bu və ya digər xammal mənbələrinə üstünlük
verilir.
Məlumdur ki, Respublikamızda
pambıqçılığın inkişafına əlverişli şərait
vardır və bu aqrar siyasətin prioritet istiqamətlərindən biridir
.
Pambıqçılığın
inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı da bu məsələdə
mühüm rol oynayır.
Göstərilənlər nəzərə alınaraq tərəfimizdən klassik sənaye katalizatoru
olan KOH iştirakında yerli xammal olan texniki pambıq yağının metanolla
transefirləşməsindən biodizel sintez edilmişdir. Texniki pambıq yağının metil
efiri (biodizel) və dizel-biodizel nümunələrinin istismar xassələri Amerika Test
və Materialları Standartına (ASTM) uyğun olaraq yoxlanılmışdır.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, hazırlanmış yanacaq
növləri klssik dizel və saf biodizellə müqayisədə daha yüksək istismar
xassələrinə malikdirlər.
Ədəbiyyat [1] Дегодя Е.Ю., Мальцева Е.В. Влияние автомобильного транспорта на окружающую
среду // Современные проблемы транспортного комплекса России. 2016. Т. 6. № 1.
С. 34–37
[2] http://www.e-qanun.az/framework/36050
[3] Igbokwe J.O, Olisaemeka C.N, Chidiebere F.N,
Biofuel , 2015; 6:1-8