THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
430
MERKAPTOSİRKƏ TURŞUSUNUN ETOKSİETİL
EFİRİNİN AMİNOMETİLLƏŞMƏSİ
Nərmin Qurbanlı
Bak
ı
Dövl
ə
t Universiteti
Bak
ı
, Az
ə
rbaycan
nermin.qurbanli2016@gmail.com
Elmi rəhbər: Professor Qasım Hüseynov
Açar
sözl
ə
r
: merkaptosirkə turşusu, etoksietanol, dimetilamin, dietilamin
Kükürdlü üzvi birləşmələr içərisində sulfidlər xüsusi yer tuturlar. Onlar
pestisid, dərman maddəsi, sürtkü yağlarının və yanacaqların keyfiyyətini yax-
şılaşdıran aşqar, inhibitor, plastifikator və s. kimi istifadə olunurlar.
Müəyyən edilmişdir ki, molekulunda mürəkkəb efir qrupu olan sulfidlər
çoxfunksiyalı xassəyə malikdirlər. Kükürd atomuna görə β- vəziyyətdə mü-
rəkkəb efir qrupunun olması aşqar kimi sulfidlərin antikorroziya xassəsini
kəskin yaxşılaşdırmaqla yanaşı,onlara yeni faydalı xassələr (məsələn: anti-
mikrob, antioksidləşdirici, yağlayıcı) verir [2]. Bundan başqa məlumdur ki,
sürtkü yağlarına əlavə edilən aşqarların tərkibində azot atomunun olması
onların antioksidləşdirici xassəsini gücləndirir [1].
Qeyd olunanları nəzərə alaraq, molekulunda mürəkkəb efir qrupu və
azot atomu olan sulfidlər sintez etmək məqsədi ilə merkaptosirkə turşusunun
etoksietil efiri sintez edilmiş, onun formaldehid və ikili aminlərlə reaksiyaları
öyrənilmişdir.
Başlanğıc maddə kimi istifadə olunan merkaptosirkə turşusunun etoksi-
etil efiri məlum metodla [3] merkaptosirkə turşusunun etoksietanolla qarşılıqlı
təsiri nəticəsində alınmışdır. Müəyyən olunmuşdur ki,alınan efirin formalde-
hid və ikili aminlərlə reaksiyaları nəticəsində müvafiq dialkilaminometiletok-
sietiloksikarbonilmetil sulfidlər əmələ gəlir:
Burada : HN(R)
2
= HN(CH
3
)
2
, HN(C
2
H
5
)
2
, C
6
H
5
NH
Dostları ilə paylaş: