Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə415/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   411   412   413   414   415   416   417   418   ...   493
BHOS Tezisler 2022 17x24sm

 
 
 
 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
428
YÜNGÜL PİROLİZ QƏTRANININ TƏRKİBİNİN PİROLİZƏ
VERİLƏN XAMMALDAN ASILILIĞI 
Şəfiqə Əliyeva
Az
ə
rbaycan Milli Elml
ə
r Akademiyas
ı
, M. Na
ğ
ı
yev ad
ı
na
Kataliz v
ə
 Qeyri-Üzvi Kimya 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
E_colifefutur_e@mail.ru 
Elmi rəhbər: t. ü. e. d. Professor Fikrət Sadıqov 
Açar sözlər:
Piroliz, yan məhsullar, yüngül qətran, benzol, toluol, neft-polimer qətranı 
Neft karbohidrogenlərinin pirolizindən mühüm məhsullar olan etilen, 
propilenlə yanaşı maye yan məhsullar - ağır və yüngül qətran alınır [Капус-
тин В. М 2007. Ч. 2]. Pirolizə verilən xammaldan və piroliz rejimindən asılı 
olaraq, yan m’hsullar ümumi məhsulun 30-40%-ə qədərini təşkil edir [Ф. М. 
Садыгов January 2019 p. 29-35]. Yan məhsulların 70-75%-ə qədərini yüngül 
qətran, yüngül qətranın tərkibinin 60-70%-ni aromatik karbohidrogenlər (30-
40% benzol, 16-18% toluol, və eləcə də etilbenzol, stirol, ksilollar) təşkil edir. 
Bu rəqəmlər yan məhsullara məqsədli məhsul kimi baxılmasını tələb edir. 
Piroliz prosesinin yan məhsullarının səmərəli emalı neft-kimya sənayesinin 
mühüm problemlərindən biridir. [В.Н. Эрих 408 с]. Bu məsələnin həlli, xüsu-
silə neftlə zəngin olan ölkələr üçün aktualdır. Yüngül qətranın həm kəmiyyət, 
həm keyfiyyət tərkibi pirolizə verilən xammalın növündən və piroliz rejimindən 
asılıdır. Dünya miqyasında piroliz prosesi üçün müxtəlif xammallardan isti-
fadə olunur. Bura neft emalı qazları, qaz kondesatları, neft emalının maye 
fraksiyaları: ilkin benzin, nafta, liqroin, kerosin, dizel, qazoyl, solyar fraksiya-
ları, hətta yüngül xam neft də daxildir [ Переверзев А. Н. 2001]. Azərbay-
canda 4 növ xammal piroliz olunur: katalitik krekinq benzini, katalitik krekinq 
benziniylə C
3
-C
4
qarışığı, C
3
-C
4
fraksiyası , etanla C
3
-C
4
qarışığı. Tədqiqatlar 
göstərir ki, yüngül qətranın kəmiyyət və keyfiyyət tərkibinin ən yüksək həddi 
pirolizə verilən xammal benzin (Azərbaycanda katalitik krekinq benzini) ol-
duqda baş verir. Agilent Technologies 7820A (kolon HP5, uzunluğu 30m, 
diametri 3.2x10
-4
, aktiv fazanın qatılığı 2.5x10
-7
) qaz xromatoqrafında aparı-
lan yüngül qətranın analizlər seriyası göstərir ki, pirolizə verilən xammallar 
katalitik krekinq benzini və ya katalitik krekinq benziniylə C
3
-C
4
fraksiyasının 
qarışığı olduqda aromatik karbohidrogenlərlə daha zəngin olur. Ümumiyyətlə 
yüngül qətran aromatik karbohidrogenlər, alkanlar və alkenlərin qarışığından 
ibarət sarı –narıncı rəngli mayedir. Böyük tərkib hissəsini aromatik karbohid-
rogenlər (benzol, toluol, stirol, ksilollar, etilbenzol, trimetilbenzollar) təşkil 
etsədə, yüngül qətranda pentan, heksan, tsikloheksan, pentadien, izopren 
kimi doymuş və doymamış karbohidrogenlər də mövcuddur. Dünya üzrə ben-
zol istehsalının 40-50%-ni yüngül qətranın emalı təşkil edir [Ф.М. Садыгов, 
2016. 148 с.]. Piroliz zamanı xammal kimi katalitik krekinq benzini və ya kata-
litik krekinq benziniylə C
3
-C
4
fraksiyasının qarışığı götürüldükdə qazxroma-



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin