Tezislər / Theses


Elmi rəhbər: k.e.d., professor Ağa Mustafayev



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə413/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   409   410   411   412   413   414   415   416   ...   493
BHOS Tezisler 2022 17x24sm

Elmi rəhbər: k.e.d., professor Ağa Mustafayev 
Açar sözl
ə
r
:
doymamış poliefirlər, qliserin, epoksid qatranı, odadavamlı kompozisiya, 
malein anhidridi, bitsiklo [2.2.1]-hept-5-en-2,3-dikarbon turşusunun anhidridi.
 
Məlumdur ki, epoksid qatranı əsasında kompozisiya materiallarının istis-
mar göstəricilərini yaxşılaşdırmaq məqsədilə onların müxtəlif quruluşa malik 
doymuş və doymamış poliefirlərlə modifikasiya olunmasına böyük üstünlük 
verilir [1, 2008, OKP-3], [2, 2014, s.103-107] Araşdırmalar göstərir ki, bitsiklik 
quruluşlu doymamış poliefirlərin istifadə edilməsi ilə epoksid qatranlarının 
modifikator kimi istifadə olunmasına ədəbiyyatda az rast gəlinmir, ona görə-
də bu məsələyə yanaşma elmi və praktiki cəhətdən maraq doğurur [3, 2006, 
c. 101-106], [4, 2007, s.319].
 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
426
Təqdim olunan işdə bitsiklik quruluşa malik karbohidrogen fraqmentləri 
saxlayan doymamış poliefirlər sintez olunmuş və onlar əsasında odadavamlı 
kompozisiya materialları alınmışdır. 
 
Bitsiklik quruluşlu doymamış poliefirləri almaq üçün Dils-Alder reaksiyası 
əsasında tsiklopentadienlə malein anhidridinin kondensləşməsindən alınan 
bitsiklo [2.2.1]-hept-5-en-2,3-dikarbon turşusunun anhidridi, qliserin və 
malein anhidridinin polikondensləşməsindən tərkibində həm bitsiklik- və həm 
də malein fraqmentləri saxlayan doymamış poliefirlərin alınma üsulları işlənib 
hazırlanmışdır:
 
 
Proses zamanı bitsiklo [2.2.1]-hept-5-en-2,3-dikarbon turşusunun anhid-
ridi, qliserin və malein anhidridi əsasında alınmış doymamış poliefirlərin poli-
kondensləşmə reaksiyasının müqayisəli qanunauyğunluqları öyrənilmişdir.
 
Tədqiqat işinin gedişi zamanı temperaturun‚ reaksiya vaxtının və rea-
gentlərin molyar nisbətlərinin çıxıma təsiri araşdırılmışdır. Müəyyən edilmiş-
dir ki‚ temperaturun 145°C- dən yuxarı olduğu hallarda alınan poliefir qatran-
laşır və nəticədə çıxım azalır (70-75%). Müəyyən edilmişdir ki‚ reaksiya 3-4 
saat müddətində başa çatır, o cümlədən reaksiya vaxtının artırılması da 
poliefirin çıxımının azalmasına səbəb olur.
 
Reaksiyanın optimal şəraiti: bitsiklo [2‚2‚1]-hept-5-en-2‚3-dikarbon turşu-
sunun anhidridi : qliserin : malein anhidridi, uyğun olaraq 0‚06:0‚ 12:0‚06 mol 
nisbətində götürülür, temperatur 140-145
0
C‚ reaksiya vaxtı isə 3-4 saat təşkil 
edir. Sintez prosesi zamanı həlledici kimi o-ksiloldan istifadə edilmişdir, reak-
siya azot qazı mühitində aparılmışdır. Nəticədə 80-85

çıxımla doymamış 
oliqoefir sintez edilmişdir.

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin