THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
422
Sintez olunmuş birləşmənin quruluşu NMR-spektr vasitəsilə təsdiq
olunmuşdur.
Ədəbiyyat [1] Məmmədov S.A., Fərzəliyev V.M., Ladoxina N.P.və b. // Azərb. kimya jurnal 2013. № 4.
s. 40
[2] Məmmədov S.A., Əliyeva L.S., Ladoxina N.P. və b. // Azərb. kimya jurnal 2015. № 4. s.98
[3] Мамедов С.А., Мамедова С.И., Ладохина Н.П и др.//Нефтехимия 2014, Т.54, № 3,
c.229
BITKI YAĞLARI TURŞULARININ METIL, ETIL, IZO-PROPIL VƏ BUTIL EFIRLƏRININ YANACAQ KIMI TƏDQIQI Zülfiyyə Əliyeva, Leyla İsmayılova Afaq İmanova, Elnurə Məmmədova Y.H. M ə mm ə d ə liyev ad ı na Neft-Kimya Prosesl ə ri İ nstitutu Bak ı , Az ə rbaycan zulfiya_aliyeva@inbox.ru Elmi rəhbər: t.e.d. Təranə Məmmədova Açar sözlər: dizel yanacağı, çox funksiyalı əlavələr, bitki yağlarının metil efirləri
Hazırkı vəziyyətdə enerjinin əsas hissəsi benzin, maye qaz, dizel yana-
cağı və təbii qaz kimi ənənəvi yanacaqlar tərəfindən təmin olunur. Lakin, bu
tip yanacaqların istifadəsinin istixana effekti yaradan qazların yaradılması,
turşu yağışları və qlobal istiləşmə kimi ekologiya üçün çox zərərli olan effekt-
ləri də var. Ekoloji problemlərlə yanaşı, xam neft ehtiyatlarının azalması və
mineral enerji daşıyıcılarının istifadəsi nəticəsində Yer Kürəsinin ekologiya-
sında baş verən dönməz dəyişikliklər alternativ enerji mənbələrinə keçilmə-
sini zəruri edir. Qeyd olunduğu kimi bitki yağları turşuları əsasında alınmış
mürəkkəb efirlər həm sərbəst halda dizel yanacağı əvəzi, həm də əmtəə dizel
yanacaqlarına 5-20 % əlavə edildikdə ekoloji cəhətdən daha təhlükəsiz dizel
yanacaqları növləri alınmasında istifadə olunurlar.
Tədqiqatlar optimal şəraitlərdə sintez olunmuş pambıq, günəbaxan, qar-
ğıdalı, soya və palma bitki yağları turşularının metil, etil, izopropil və butil efir-
lərinin yanacaq kimi təqiqi EN14214 standartına uyğun aparılmış və stan-
dartın tələblərinə tam cavab verirmişdir. Alınan nəticələr cədvəl 1-də təqdim
edilmişdirlər.
Alınan biodizel yanacaqlarının setan ədədlərinin 52-53, alışma tempera-
turlarının 125-132
0
C olması və tərkiblərində kükürdlü birləşmələrin olmaması
onların yanğına qarşı davamlı ekoloji təhlükəsiz olduqlarını bir daha sübut
edir.