Tezislər / Theses


Elmi rəhbər: Texnika Elmləri Namizədi, Dosent Natiq Həmidov



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə62/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   58   59   60   61   62   63   64   65   ...   493
BHOS Tezisler 2022 17x24sm

Elmi rəhbər: Texnika Elmləri Namizədi, Dosent Natiq Həmidov
Açar sözlər:
Qum, quyudibi süzgəclər, optimal rejim, tənzimləyicilər 
İstər Azərbaycan, istərsə də dünya neft-qaz çıxarma təcrübəsində aparı-
lan tədqiqatlar sübut edir ki, quyularda baş verən mürəkkəbləşmələrin 45%-
dən çoxu kəskin qum təzahürü ilə bağlıdır. Qumun yaratdığı problemlər yata-
ğın işlənməsi, quyuların istismarı və quyu məhsulunun ilkin emalı zamanı 
yaranan problemlər olaraq üç hissədə birləşir.
Qum səbəbindən işlənmə-istismar zamanı yaranan problemlərə aşağı-
dakıları misal göstərmək olar: 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
67
a) Quyudibi zonanın dağılması və bu səbəbdən istismar kəmərinin 
bükülmə ehitimalının artması; 
b) Qumun quyudibinə toplaşaraq lay-quyu əlaqəsinin zəifləməsinə və 
hətta axının dayanmasına səbəb olması; 
c) Qumun quyu lüləsi boyu lift borularında tıxac əmələ gətirməsi; 
d) Qumun quyudaxili və quyuağzı avadanlıqların düzgün işini pozması 
və s. 
Qum səbəbindən əsaslı və cari təmirə verilən quyularda təmir müdddəti 
yetəri qədər çox olduğundan məhsul itkisi min tonlarla ölçülür. Bu da öz 
növbəsində sənayenin xammala olan təlabatını ödəməkdə problemlərin 
yaşanacağına səbəb olur. Elə məhz bu səbəbdən də, quma qarşı profilaktik 
tədbirlər görülməkdədir. 
Quma qarşı mübarizə iki istisqamətdə aparılır: 
1. Qumun quyuya gəlməsinə qarşı aparılan tədbirlər; 
2. Quyudibindəki qumun oradan çıxarılması üçün aparılan tədbirlər. 
Süxur hissəciklərinin laydan qopub axınla birlikdə quyudibi zonaya 
toplaşmasının qarşısını almaq üçün quyular aşağı debitlə işlədilməli, yəni 
kiçik diametrli tənzimləyicilərdən istifadə edilməlidir. Lakin bu iqtisadi cəhət-
dən səmərəli olmadığından biz optimal diametrli tənzimləyicilərdən istifadə 
edərək quyu ağzında əks təzyiq yaradırıq. 
Qumun quyuya gəlməsinin qarşısını almaq üçün quyudibi süzgəclərdən 
istifadənin effektivliyi araşdırılmış və metal süzgəclərin (xüsusən genişlənə 
bilən süzgəclərin) qum səbəbindən olan təmirlərin arasındakı müddəti təqri-
bən üç dəfəyə qədər artırdığının qənaətinə gəlinmişdir. Həmçinin çınqıllı süz-
gəclərin də quma qarşı effektiv təsir göstərdiyi çoxsaylı təcrübələrlə sübuta 
yetirilmişdir. Çınqıllı süzgəclər də özləri iki hissəyə bölünür: quyudibində iri 
dənəli qumlarla yaradılan süzgəclər və quyuağzında hazırlanıb sonra quyuya 
endirilən süzgəclər. 
Qum probleminə qarşı aparılan profilaktik tədbirlərdən biri də məhsulun-
da qum olan quyunu boru arxasından maye vurmaqla (fasiləsiz) istsimar et-
məkdir. Təbii ki, hər üsulun öz müsbət və mənfi cəhətləri vardır, lakin əsas 
məqsəd optimal hasilatın əldə edilməsidir və bunun üçün tədqiqatlar hələ də 
aparılır. 
İstinad 
1. [Ikporo, B., & Sylvester, O., 2015, Effect of sand invasion on oil well production: a case 
study of Garon field in the Niger Delta. The International Journal of Engineering and 
Science, 4(5), 64-72..] 
2. [Urgens X.,&Neviger Z.,2009, Sand production in producing wells.Oil engineering. No. 2. 
pp. 8-10.] 
3. [Wu, B., Bahri, C., Tan, C., Li, Q., Rahim, A., Helmi, M., &Friedel, T., 2010, Sand 
Production Prediction for a Mature Oil Field-A Case Study. In SPE Asia Pacific Oil and 
Gas Conference and Exhibition. Society of Petroleum Engineers.] 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin