THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
66
Quyudibi zonanın işlənməsi zamanı xlorid və gil turşularından istifadənin
effektiv nəticələri olmuşdur. Belə ki, xlorid turşusunun duzları suda yaxşı həll
olduğu üçün çöküntü vermir və 18%-li məhlulunun quyu daxili avadanlıqlara
zərəri yoxdur. Bu gil turşusuna da aiddir. Gil turşusu xlorid və flörid
turşularının qarışığıdır və istifadəsinin Skin faktorun qiymətini aşağı saldığı
təcrübələrlə sübut olunmuşdur.
Kimyəvi təsirin aparılması alqoritmi belədir: quyu təmiz suya qədər boru
arxası açıq halda yuyulduqdan sonra təsir ediləcək zonanın həcmi qədər
kondensat quyuya vurulur, ardınca hesabata uyğun miqdarda istifadə edilə-
cək turşu vurulur və yenə onun ardınca kondensat araqatı kimi vurulur. Basqı
mayesi kimi isə su götürülür, suyun vurulması sonuncu araqatı kondensatın
laya basılmasına kimi davam edir, sonra quyu təzyiq altında 2-4 saat arası
bağlanılır.
Quyunu işə salmaq üçün mənimsənilmə prosesi aparılır və quyu üçün
optimal rejim seçilərək istismara verilir. Kimyəvi təsir nəticəsində keçiriciliyin
artması quyuya axının intensivləşməsinə səbəb olur və bu da öz növbəsində
hasilatda artım ilə nəticələnir.
İstinad 1. [Halliburton, Effective Sandstone Acidizing, Best Practices Series.2000.]
2. [Kalfayan, L.J. Production Enhancement with Acid Stimulation (Second Edition). 2008.]
3. [Schlumberger, Reservoir Stimulation (Third Edition). 2000. John Wiley & Sons.]
YÜKSƏK TƏZYİQLİ NEFT-QAZ-KONDENSAT QUYULARININ İSTİSMARI ZAMANI YARANAN QUM PROBLEMİNƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR Şəmsi Orucov SOCAR “Neftqazelmit ə dqiqatlayih ə ” İ nstitutu Bak ı , Az ə rbaycan shamsi.orucov@socar.az