THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader
of Azerbaijan Heydar Aliyev
67
a) Quyudibi zonanın dağılması və bu səbəbdən istismar kəmərinin
bükülmə ehitimalının artması;
b) Qumun quyudibinə toplaşaraq lay-quyu
əlaqəsinin zəifləməsinə və
hətta axının dayanmasına səbəb olması;
c) Qumun quyu lüləsi boyu lift borularında tıxac əmələ gətirməsi;
d) Qumun quyudaxili və quyuağzı avadanlıqların düzgün işini pozması
və s.
Qum səbəbindən əsaslı və cari təmirə verilən
quyularda təmir müdddəti
yetəri qədər çox olduğundan məhsul itkisi min tonlarla ölçülür. Bu da öz
növbəsində sənayenin xammala olan təlabatını
ödəməkdə problemlərin
yaşanacağına səbəb olur. Elə məhz bu səbəbdən də, quma qarşı profilaktik
tədbirlər görülməkdədir.
Quma qarşı mübarizə iki istisqamətdə aparılır:
1. Qumun quyuya gəlməsinə qarşı aparılan tədbirlər;
2. Quyudibindəki qumun oradan çıxarılması üçün aparılan tədbirlər.
Süxur hissəciklərinin laydan qopub axınla
birlikdə quyudibi zonaya
toplaşmasının qarşısını almaq üçün quyular aşağı debitlə işlədilməli, yəni
kiçik diametrli tənzimləyicilərdən istifadə edilməlidir. Lakin bu iqtisadi cəhət-
dən səmərəli olmadığından biz optimal diametrli tənzimləyicilərdən istifadə
edərək quyu ağzında əks təzyiq yaradırıq.
Qumun quyuya gəlməsinin qarşısını almaq üçün quyudibi süzgəclərdən
istifadənin effektivliyi araşdırılmış və metal süzgəclərin (xüsusən genişlənə
bilən süzgəclərin) qum səbəbindən olan təmirlərin arasındakı müddəti təqri-
bən üç dəfəyə qədər artırdığının qənaətinə gəlinmişdir. Həmçinin çınqıllı süz-
gəclərin də quma qarşı effektiv təsir göstərdiyi çoxsaylı təcrübələrlə sübuta
yetirilmişdir. Çınqıllı süzgəclər də özləri iki hissəyə bölünür: quyudibində iri
dənəli qumlarla yaradılan süzgəclər və quyuağzında hazırlanıb sonra quyuya
endirilən süzgəclər.
Qum probleminə qarşı aparılan profilaktik tədbirlərdən biri də məhsulun-
da qum olan quyunu boru arxasından maye vurmaqla (fasiləsiz) istsimar et-
məkdir. Təbii ki, hər üsulun öz müsbət və mənfi cəhətləri vardır, lakin əsas
məqsəd optimal hasilatın əldə edilməsidir və bunun üçün tədqiqatlar hələ də
aparılır.
İstinad
1. [Ikporo, B., & Sylvester, O., 2015, Effect of sand invasion on oil well production:
a case
study of Garon field in the Niger Delta. The International Journal of Engineering and
Science, 4(5), 64-72..]
2. [Urgens X.,&Neviger Z.,2009, Sand production in producing wells.Oil engineering. No. 2.
pp. 8-10.]
3. [Wu, B., Bahri, C., Tan, C., Li, Q., Rahim, A., Helmi, M., &Friedel, T., 2010, Sand
Production Prediction for a Mature Oil Field-A Case Study. In SPE Asia Pacific Oil and
Gas Conference and Exhibition. Society of Petroleum Engineers.]