Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə60/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   56   57   58   59   60   61   62   63   ...   493
BHOS Tezisler 2022 17x24sm

Figure 2


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
65
YÜKSƏK TƏZYİQLİ NEFT-QAZ VƏ QAZ-KONDENSAT 
YATAQLARININ İŞLƏNMƏSİ ZAMANI KEÇİRİCİLİYİN AZALMASI 
PROBLEMİNƏ QARŞI APARILAN TƏDBİRLƏR 
Şəmsi Orucov 
SOCAR “Neftqazelmit
ə
dqiqatlayih
ə
” 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
shamsi.orucov@socar.az 
Elmi rəhbər: Texnika Elmləri Namizədi, Dosent Natiq Həmidov 
Açar sözlər:
Skin fakrot, quyudibi zona, keçiricilik, kimyəvi təsir 
Karbohidrogen ehtiyacına olan tələbatın durmadan artdığı müasir dövr-
də hasilatın optimallaşdırılması məsələsinə ciddi yanaşılmalıdır. Karbohidro-
gen yataqlarının işlənmə və istismarı zamanı yaran problemlər daimi nəzarət 
altında saxlanılmalı və bu problemlərə qarşı profilaktik tədbirlər görülməlidir.
Quyu və ya quyular qrupunun hasilatının tədricən azalması problemi 
üzərindən aparılmış tədqiqatların nəticəsində məlum olmuşdur ki, bu tip 
problemlər adətən geoloji səbəbdən yaranırlar. Buna bariz nümunə elə qu-
yudibi zonanın keçiriciliyinin işlənmə-istismar zamanı korlanmasıdır. Quyu-
dibi zonanın keçiriciliyinin layın ilkin keçiriciliyindən fərqlənməsi halını Skin 
faktor xarakterizə edir. Aparılan tədqiqatlardan belə nəticəyə gəlinir ki, Skin 
faktorun qiymətindən asılı olaraq quyudibi zonanın keçiriciliyinin layın ilkin 
keçiriciliyindən fərqlənməsi iki istiqamətdə mümkündür: keçiriciliyin azalması 
və keçiriciliyin artması.
Skin faktorun müsbət qiymətində keçiricilik azaldığı üçün hasilat da 
azalacaqdır. Keçiriciliyin azalması səbəbləri araşdırılarkən məlum olmuşdur 
ki, quyudibi zonanın keçiriciliyi ilk dəfə qazma prosesi zamanı qazma məhlu-
lunun xüsusi çəkisinə düzgün nəzarət edilməməsi səbəbindən quyuda udul-
ma getməsi və udulma nəticəsində də laya daxil olan gilli məhlulun şişərək 
məsamələri tutması ilə korlanır. Quyu mənimsənilərək istismara verildikdən 
sonra isə duz və ya asfalten-qətran-parafin çöküntülərinin də quyudibi zona-
nın keçiriciliyini azaltması müşahidə olunur.
Skin faktorun qiymətinin sıfır və ya mənfi olması istiqamətində xeyli təd-
qiqatlar aparılmış, quyudibi zonaya müxtəlif təsir üsulları işlənib hazırlanmış-
dır. Ən effektiv üsullar istilik və kimyəvi təsir üsulu olaraq bilinir. Kimyəvi təsir 
dedikdə isə quyudibi zonanın turşu ilə işlənməsi nəzərdə tutulur. Turşular 
üçün isə xüsusi tələblər qoyulur. İlk olaraq quyudibi zonanın işlənməsi za-
manı istifadə edilən turşu məhsuldar layı təşkil edən süxurla reaksiyaya gir-
dikdən sonra yaranan duz çöküntü verməməli, suda yaxşı həll olmalıdır. 
Həmçinin bu turşu quyu daxili avadanlıqların sonrakı işinə mənfi təsir göstər-
məsin deyə müəyyən olunmuş qatılıqda istifadə edilməli və proses texnoloji 
pozuntulara yol vermədən aparılmalıdır.



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin