Qum şəhərlərini hakimiyyəti altına aldı. Ağqoyunlu dövləti bununla ömrünü başa
vurdu.
Şah İsmayıl 1501-ci ildə özünü şah elan etdi. 1508-ci
ildə Xorasan xaric
Azərbaycan, İran, Ağrı Dağına yaxın yerlərin hamısı, Ərəb İraqı Səfəvi
hakimiyyətinə daxil olmuşdu. Şah İsmayıl Ağqoyunlu dövlətinin torpaqlarını ələ
keçirmək yolundakı cəhdlərini davam etdirdi. XVI əsrin əvvəllərində qonşuluqda
olan dövlətlərin hamısı Səfəvilərin Qaraqoyunlu və Ağqoyunluların varisi olduğunu
qəbul etmişdi. Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında Özbək xaqanı Şeybani
xanın ordusunu məğlub edib Xorasan vilayətini əlinə keçirdi. XVI əsrin ilk ilinin
axırında Səfəvi dövlətinin torpaqları Amudərya çayından Fərat çayına kimi uzanıb
gedirdi.
Səfəvi ordusu 1514-cü il avqust ayının 23-də Makunun cənub-qərbindəki Çaldıran
düzündə Osmanlı hökmdarı Yavuz Sultan Səlimin ordusu ilə başladığı döyüşdən
məğlubiyyətlə çıxdı və geri çəkildi.
Səfəvilər bu hərblə Ərzincan, Diyarbəkir,
Mardin və Anadolunun bəzi vilayətlərini əldən verdilər.
Şah İsmayıl 1524-cü ildə rəhmətə gedənə kimi şimaldakı Şirvanşahları və
Şəkini Səfəvilərə tabe etmişdi. Oğlu I Təhmasib (1524-1576) dövründə Şirvan
torpaqları Səfəvi dövlətinin tərkibinə daxil edildi və
Şəkinin hakimiyyətinə son
qoyuldu.
Osmanlı hökmdarı Qanuni Sultan Süleyman 1534,1535,1548,1554-cü illərdə
dörd dəfə Səfəvilərin üstünə yeridi. Qanuni bu hücumlarla hər hansı nəticəyə yetişə
bilmiyəcəyini başa düşüb 1555-ci ildə Təhmasib ilə Amasyada sülh sazişinə qol
çəkdi. I Təhmasibin ölümündən sonra bir müddət Azərbaycanda
hakimiyyət
mübarizəsi getdi. Bundan istifadə ədən Osmanlı Sultanı III Murad ordusuyla 1578-
ci ildə Cənubi Qafqaza daxil olub Şamaxı və Dərbəndi işğal etdi. 12 il çəkən
Osmanlı-Səfəvi ixtilafı 1590-cı ildə imzalanan İstanbul sazişi ilə nəticələndi. O
dövrdə hakimiyyətə gələn Şah Abbas Azərbaycanın cənub-şərqi istisna olaraq
qərbdəki torpaqları Osmanlı imperiyasına təhvil vermək məcburiyyətində qaldı.
Səfəvi türk dövlətinin başına təzəcə keçən I Şah Abbas (1578-1629) Osmanlı
İmperiyası ilə mübarizə edə bilmək və Azərbaycanı yenidən ələ keçirmək üçün bəzi
mühüm reformalara əl atdı. Təzə hərbi hissələr yaradıldı. Ancaq həddən artıq səhvə
yol verildi və dövlət idarələrinə fars mənşəli şəxslər təyin edildi. Dövlətin paytaxtı
1598-ci ildə Qəzvindən İsfahana köçürüldü. Bununla
da idarə türk ənənəsindən
aralanmağa və tənəzzülə başladı. Səfəvi dövləti XVIII əsrin əvvələrinə qədər yaşasa
da, türk dövlətçilik ənənəsindən tamamiə uzaqlaşaraq fars şahlarının ənənələrini
yaşatmağa başlamışdır. Dövlətin varlığına 1736-cı ildə Nadir şah son qoyub.
Paytaxtı Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri
Dostları ilə paylaş: