2.
Müştəri sorğusu əsasında, sorğunun aparılmasında müəssisənin praktiki təcrübəsini tətbiq
etmək;
3.
İşçilərin konsepsiyasında "xidmət standartları"nın tətbiqi və
köklənməsi üzrə təlimlərin
keçirilməsi;
4.
Otel işçilərinin dil biliklərinin təkmilləşdirilməsi;
5.
Oteli təşviq etmək üçün müxtəlif marketinq vasitələrindən istifadə.
Bu gün müştəri xidməti keyfiyyəti otel biznesinin təşkilində əhəmiyyətli
bir fəaliyyət sahəsi
hesab edilməlidir. Müştərilərə xidmətin keyfiyyəti bir otelin rəqabətlilik səviyyəsində mühüm
parametrdir, xidmətin həyata keçirilməsi bir otel müəssisəsinin iqtisadi fəaliyyətinin əsasını təşkil edir.
Bu baxımdan, xidmət proseslərinin davamlı təkmilləşdirilməsi bu gün Azərbaycanda otellərin böyük
əksəriyyəti üçün mühüm əhəmiyyət kəsb edən otel rəhbərliyinin təkmilləşdirilməsinin ayrılmaz bir
hissəsidir.
Tədqiqatın nəticəsi
kimi qeyd etmək olar ki, müəssisələrin hədəf auditoriyanı anlamaq və
marketinq məqsədlərini hədəf auditoriyaya uyğunlaşdırmaq hesabına müştərilərin
sadiqliyini təmin
etmək olar.
Dostları ilə paylaş: