Türk dünyasında İpək Yolu mədəni turizmin markasıdır. Bu yolun məntəqələrində elm,
mistik
inanclar dinlər yayılma fürsəti tapdılar. Ümumiyyətlə, tarixi yol boyu iqtisadiyyat canlandı, şəhərlər inşa
edildi, mədəniyyətlər isə təkmilləşdi. Çin mədəniyyətində bir çox icad və kəşf buradan dünyaya yayılıb.
Mərkəzi Asiyadan Şimala, Cənuba, Qərbə uzanan ticarət yolları da orta əsrlər boyu canlılıq qazanıb. Bu
canlılıq əsnasında meydana gələn ticari və mədəni hərəkətlənmə bu ərazilərdə memarlığının abad
edilməsinə yol açmışdır. Mərkəzi Asiya böyük bir mədəniyyət mərkəzi olmuşdur və dünyanın ən
gözoxşayan memarlıq üslublu şəhərləri burada qurulmuşdur. İpək Yolunun bərpası ilə həm mədəni mirasın
üzə çıxarılması, həm də buna bağlı olan turizmin hərəkətləndirilməsi üçün layihələr gündəmə gəlmişdir.
Beynəlxalq təşkilatlar, xüsusilə YUNESKO dialoq yolları proqramı əhatəsində 1987-ci ildə “Böyük
İpək Yolu” proqramını başlatmışdır. Bu layihə əhatəsində elmi və mədəni nəşrlər çap etdirmişdir. BMÜTT
isə 1993-cü ildə İndoneziyadakı ümümi iclasında mövzunu gündəmə alaraq İpək Yolu turizm anlayışını
tanıdacaq uzun vədəli turizm proqramının həyata keçirilməsinə qərar verdi. İpək Yolunun simvolik şəhəri
olan Səmərqənddə 1994-cü il “İpək Yolu Turizmi Səmərqənd Deklarasiyası” ilk addım olaraq imzalandı.
2000-ci ildə isə YUNESKO tərəfindən “Böyük İpək Yolu” yəni, “TRASEKA ili” elan olundu. 2002-ci il
Özbəkistanın Buxara şəhərində “Buxara Deklarasiyası” ilə “İpək Yolu Turizm Ofisinin” Səmərqənddə
qurulması qərara alındı [1,s.4].
Bu gün müasir İpək Yolunda dünyanın diqqətini çəkən möhtəşəm memarlıq əsərləri turizmin
cazibəsini artırmaqdadır. Türk xalqları üçün xüsusi məna kəsb edən bir çox memarlıq şəhərləri YUNESKO
tərəfdən qorunması labüd olan dünya mədəni miras siyahısına əlavə edilmişdir. Bu mədəni mirasın turizm
məqsədli dəyərləndirilməsi üçün BMÜTT də “İpək Yolu Təşəbbüsü” adlı proqram başlatmışdır. Bu
proqram əhatəsində çalışmalar davam etməkdə olub və 2010-cu ildən etibarən İpək
Yolu turizmini bir
marka halına gətirmək üçün fəaliyyət planı çıxarılmışdır. Türk dünyasının bir-birini tanımasına vəsilə olan
çalışmalar növbəti illərin fəaliyyət planının da hazırlanmasına səbəb oldu.
Azərbaycan baxımından İpək Yolu mədəni mirası son dərəcə əhəmiyyətlidir. İpək Yolu mirası kimi
məscidlər, divanxanalar, karvansaraylar Mərkəzi Asiyadan Aralıq dənizinə mədəni körpünün kimliyini
daşıyır. Yenidən canlanmağa başlayan İpək Yolunun əsas marşrutu geniş
ərazidə türk mədəniyyətinin
coğrafiyası üzərindədir. Bu sahədə görüləcək hər cür layihələr Türk dünyasındakı yaxınlaşmanı
artıracaqdır. Xüsusilə, İpək Yolu turizmi ilə atılacaq addımlar fərqli coğrafiyalarda yaşayan türk
birliklərinin bir-birini daha yaxından tanımasına vəsilə olacaqdır. Bu vəziyyət
müxtəlif mədəniyyətlərin
bənzərliyinin tanınması ilə birliyin və əməkdaşlığın gücləndirilməsində son dərəcə əhəmiyyətlidir.
Qərbin diqqətini xüsusilə çəkən İpək Yolu üzərində yer alan ölkələrin turist səyahətlərini planlayarkən
bir turda bir neçə ölkəni səyahət etmə imkanlarının olmasıdır. Xarici turistə bir paketdə bir neçə ölkəni
səyahət etmə imkanı təqdim olunsa turistlər üçün cəlbedici paket, yeni İpək Yolu tur paketinin üstünlüyü
olar. Yeni İpək Yolu ortaq tur paketi proqramını reallaşdırmaq qərarı Qazaxıstan, Türkiyə, Azərbaycan və
Qırğızıstanı əhatə edirki, bu proqram da turizm sahəsinin inkişafına müəyyən bir ölçüdə pay qatacağı
düşünülməkdədir.
YUNESKO tərəfindən dəstəklənən, Azərbaycanın da iştirak etdiyi İpək Yolu online
platforması adlı proqram isə 2013-cü ildən etibarən həyata keçirilir. Həmin proqram sayəsində İpək Yolu
üzərindəki əsas dövlətlər tarixi və mədəni miraslarını virtual aləmdə turistlərə öncədən nümayiş etdirirlər.
Tarixi dəhlizin bərpası ilə YUNESKO tərəfindən dəstəklənən digər əhəmiyyətli layihələrdən biri “İpək
Yolu Abidələrinin Ümümdünya İrs Siyahısında Nominasiyası” adı ilə hallanır [6]. Azərbaycanda Qobustan
qayaüstü təsvirlərinin, İçərişəhər memarlıq kompleksinin bu siyahıda yer alması, zəngin maddi-mədəni irsi
ilə turizmdə nailiyyətlər əldə etməsinə səbəb olur.
2014-cü il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Bodrum zirvə görüşündə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan rəhbərlərinin razılığı ilə “Müasir İpək Yolu” turizm paketi layihəsini reallaşdırmağı
qərara aldılar. Dörd ölkə üzrə təşkil olunan turun müddətinin hələlik 14 gün
davam etdirilməsi nəzərdə
tutulur[7]. Bu layihə turizmdə gəlir əldə etməkdən daha çox müasir İpək Yolu xəttinin təbliği funksiyasını
daşıyır. Bu layihə çərçivəsində turizm iqtisadiyyatında əməkdaşlığın genişlənməsi düşünülür. İstanbuldan
başlayan turlar Azərbaycan, Qırğızıstan səfərindən sonra Qazaxıstanda yekunlaşır. Müasir İpək Yolu
turizm paketi layihəsi Naftalan, Gəncə, Şəki, Qəbələ, Bakı şəhərlərini əhatələməklə, turizm imkanlarını,
mədəniyyəti tanıtmaqla turistlər üçün maraqlı məkan obrazı yaradır.
İpək Yolunun dünya sivilizasiyalarının inkişafında apardığı rolun əhəmiyyətini nəzərə alaraq
YUNESKO bu barədə hər il fərqli layihələr həyata keçirir. 2018-ci il bu təşkilat “İpək
Yolu diyaloq
yolunun kompleks tətqiqi” adlı proqramının 30 illiyini qeyd etmişdi. Həmin proqram çərçivəsində İpək
Yolu marşrut xətləri ilə ekspedisiya təşkil edilib Yaponiya, Çin, Monqolustan, Nepal,
Özbəkistan,
Dostları ilə paylaş: