ABŞERON TURİZM BÖLGƏSİNDƏ KURORT-MÜALİCƏ
TURİZMİNİN MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏR
Baş müəllim SULTANOVA Gülşən Abdul qızı
Müəllim VƏLİYEVA Günel Vahid qızı
Bakı Dövlət Universiteti
SYMMARY
The modern situation and perspectives of the resort-recreation
tourismin Absheron tourism zone
Absheron resort tourism zone offers favorable comfort, climatic, conditions, rich mineral springs
along the Caspian Sla, pomegranate beaches, and therapenfic mud resources. The complek resort factors
available on the Absheron Peninsuela allow the treatment of diseases of the nerkes, cardiovascular system,
gastrointestinal tract, pacemaker. Strategic planning of treatment tourism is carried out taking into
account economic reforms taking place in the country.
In this point of view, the expansion of economic reforms in the region and the high rates of economic
growth play a key role in the development of domestic and foreign tourism.
Key words: Tourizm, resort, recreation, balneological, cure-health
Kurort-müalicə müəssisələrinin tiplərinə balneoloji, iqlim və palcıq kurortları daxildir.Respublikamiz-
da balneoloji kurort ehtiyatlari bol olsada bu sektor hələ lazımı səviyyədə inkişaf etməmisdir.Lakin,Abşe-
ron əlverişli mikroiqlim ehtiyatları komfort şərait, müalicə imkanları baxımından böyük əhəmiyyət daşıyır.
Abşeronda əlverişli iqlim şəraiti iqlimlə müalicənin aero və helioterapiya növlərinin həyata keçirilməsi
üçün geniş imkanlar yaradır. [6, s.383].
Bölgənin mikroiqlim ehiyatlarının turizmin təşkili baxımından qiymətləndirilməsi, əsasən, komfortlu
günlərin təkrarlanması, günəşli günlərin cəmi kurort-müalicə turizminin inkişafi ücün əlverişlidir. Əlverişli
subtropik iqlim şəraiti, narın qumlu çimərliklər, isti dəniz, həmçinin mineral bulaqlar və müalicəvi palçıq
ehtiyatları burada istirahət və müalicənin təşkili üçün əlverişlidir,Abşeron yarımadasının şimal hissəsində
Novxanı, Bilgəh, Pirşağı; şimal-şərqində Zaqulba, Buzovna, Şüvəlan,
Mərdəkan, cənubunda isə Sahil,
Hövsan və Şıx kurort qəsəbələri yerləşir. Balneloji turizm resurslarından ən geniş yayılanı mineral və
termaıl sulardır. Abşeronda termal su mənbələri daha çox yayılmışdır. Burada olan termal su
mənbələri
əsasən yodlu-bromlu və hidrogen-sulfidlidir. Abşerondakı məşhur termal sulara "Qala", "Bilgəh", "Şıx" və
"Suraxanı" və s. aiddir. Bu suların ümumi debiti 240 mln l/gündən çoxdur. Bu termal su mənbələrində
temperatur 25-35
C-yə çatır.Masazır və Böyük Şordakı palçıqlı, yodlu-bromlu, minerallaşması yüksək olan
müalicəvi sular da mühüm balneoloji ehtiyatlar sayılır. Xalq arasında bu sulara kükürdlü sular da deyilir.
Bu suların temperaturu yüksək olur. Ölkədə kükürdlü suların bütün növlərinə təsadüf edilir. Bu sular neft
və bitumlu rayonlarda, hidrogen-sulfid qazlı sular Abşeron bölgələsində geniş yayılmışdır.
Abşeron yarımadasında mövcud olan kompleks kurort amilləri sinir,
ürək-damar sistemi, mədə-
bağırsaq, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə imkan verir. Burada dənizsahili boyunca
sanatoriya, pansionat və istirahət mərkəzləri fəaliyyət göstərir.Masazır və Böyük Şordakı palçıqlı, yodlu-
bromlu, minerallaşması yüksək olan müalicəvi sular da mühüm balneoloji ehtiyatlar sayılır. Bu göllərdə
olan müalicəvi palçıqlar və suyunun tərkibi Gürcüstanın "Axtala" palçıq vulkanı kurortunda olan balneoloji
ehtiyatlara oxşardır.
Masazır və Böyük Şorda müalicəvi palçıqların ümumi hesablanmış ehtiyatı 133
106 m
3
təşkil edir.
Hazırda bu müalicəvi palçıqlar əsasında yerli əhəmiyyətli müalicə vannalarından Abşeronun bir sıra
sanatoriyalarında, müxtəlif müalicə müəssisələrində Masazır və Böyük Şorun müalicəvi palçıqlarından
istifadə olunur. "Binəqədi" gölünün də müalicəvi əhəmiyyəti vardır. Gölün
suyunun tərkibində müxtəlif
minerallar, yod-brom vardır. Abşeronun digər palçıq vulkanlarından olan "Axtarma", "Qaradağ",
"Daşqılın" da müalicəvi xassələrə malik olsada, hazırda qeyd olunan müalicəvi palçıqlardan istifadə
edilmir.
Azərbaycanda balneoloji rekreasiya ehtiyatlarından istifadə qənaətbəxş səviyyədə deyildir. Bunların
cəmi 5-10%-i kurort müəssisələrində istifadə olunur. Respublikada "Kurort"
Səhmdar Cəmiyyətinin
tabeliyində 11130 yerlik balneoloji sanatoriya kompleksi vardır. Bundan başqa, özəl şirkətlərə məxsus
Dostları ilə paylaş: